"Neftçi"nin muzeyində Rasim Rəfiyevin adı niyə qeybə çəkilib? - Mərhumun oğlu və klubdan AÇIQLAMALAR

"Neftçi"nin muzeyində Rasim Rəfiyevin adı niyə qeybə çəkilib? - Mərhumun oğlu və klubdan AÇIQLAMALARAprelin 22-də "Bakcell Arena"da "Neftçi"nin 80 illiyi münasibəti ilə fanşopu və muzeyinin açıldığını xəbər vermişdik. Lakin klub rəhbərləri lövhəsində 1995-1997-ci illərdə "Neftçi"yə rəhbərlik etmiş Rasim Rəfiyevin adının olmaması birmənalı qarşılanmayıb.

Sonxeber.az bu mövzunu davam etdirmək qərarına gəlib və mərhum Rasim Rəfiyevin oğlu Riadın fikirlərini öyrənib.

"Neftçi"nin muzeyində Rasim Rəfiyevin adı niyə qeybə çəkilib? - Mərhumun oğlu və klubdan AÇIQLAMALARHazırda AFFA-da əsas millinin administratoru, seleksiya üzrə baş koordinator olan Riad da atasının adının orda olmamasından narazı qalıb: "Atam "Neftçi"nin rəhbəri olduğu müddətdə kluba özündən çox can yandırıb. Klubun muzeyində mən də olmuşam. Bəzi adamlar yaxınlaşıb məndən atamın adının həmin lövhədə niyə olmaması barədə soruşub. Mən isə bunun cavabını bilmirəm. Yaxşı olar ki, bunun cavabını elə "Neftçi" rəsmiləri cavablandırsın. Mənə də onların nə cavab verəcəyi maraqlıdır. İstənilən halda, atamın "Neftçi" üçün bu qədər etdikləri fonunda ondan kiçik bir fraqment də olsa yerləşdirmək olardı. Ancaq bunu da orda görmədim".

Əslində Riad Rəfiyevin narazılığı başadüşüləndir. 1995-1997-ci illərdə "Neftçi"nin əsas sponsoru məhz Rasim Rəfiyevin oğlunun adını daşıyan RİAD şirkəti olub. Əbəs yerə deyil ki, həmin vaxt komandanın formalarının üzərinə bu şirkətin adı yazılıb.

Bəs görəsən, "Neftçi" tərəfi bu məsələyə nə deyir? Bilavasitə bu məsələ ilə məşğul olmuş "Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovdan bu sualımıza aydınlıq gətirməyi xahiş etdik.

"Neftçi"nin muzeyində Rasim Rəfiyevin adı niyə qeybə çəkilib? - Mərhumun oğlu və klubdan AÇIQLAMALARSabiq ANS-çinin cavabı belə oldu: "Onun adının orda olmamasının səbəbi var. Çünki o, "Neftçi"də vitse-prezident vəzifəsində çalışıb. O lövhədən də aydın olduğu kimi, Rasim Rəfiyev "Neftçi"də çalışdığı müddətdə klub prezidenti Aydın İbrahimov olub. Onun da adı həmin lövhəyə klub prezidenti kimi yerləşdirilib. Burda heç bir qaranlıq məqam yoxdur. Rəsmi sənədlərdə Rasim Rəfiyev klub prezidenti olmayıb. Biz rəsmi sənədlərdə kimin adı prezidentdirsə, onun şəklini də ora yerləşdirmişik. Mən bunu özümdən çıxarmamışam. "Neftçi"nin tarixini bilənlərlə məsləhətləşib bunu etmişik. Əgər onun adını ora daxil etsəydik, Aydın İbrahimovun 2 illik prezident postunu itirmiş olacaqdıq. Bizim kluba aid "Neftçi" - 70" kitabı var. Səhv etmirəmsə, o kitabın 496-cı səhifəsində də Rasim Rəfiyevin vitse-prezident olduğu göstərilib. Bu vaxta qədər həmin yazıya etiraz edən olmayıb, indi olur. Yəqin həmin kitabı bu vaxta qədər oxuyan olmayıb".

Bəlli olduğu kimi, bu lövhəyə klub prezidentləri yox, klub rəhbərlərinin adı salınıb (məsələn, Çingiz Abdullayev Müşahidə Şurasının sədri olsa da, klub rəhbəri kimi adı ora daxil edilib - S.M.). Belədə onu da bu siyahıya daxil etmək olardı. Axı kluba sponsorluq edən bir adam vitse-prezident ola bilməzdi...

Rəsulov isə rəsmi sənədlərə söykəndiyini bildirir: "Mən də eşitmişəm ki, rəhmətlik Rasim müəllim "Neftçi" üçün çox şey edib. Klub üçün çoxlu pul xərcləyib. Ancaq rəsmi sənədlərdə vəzifəsi vitse-prezident kimi göstərilən adamı mən ora necə daxil edə bilərəm axı?"

Qeyd edək ki, Rasim Rəfiyevə məxsus RİAD firması aviaşirkət olub və hazırda fəaliyyət göstərmir.

Səbuhi MUSAYEV
"Neftçi"nin muzeyində Rasim Rəfiyevin adı niyə qeybə çəkilib? - Mərhumun oğlu və klubdan AÇIQLAMALAR"Neftçi"nin muzeyində Rasim Rəfiyevin adı niyə qeybə çəkilib? - Mərhumun oğlu və klubdan AÇIQLAMALAR"Neftçi"nin muzeyində Rasim Rəfiyevin adı niyə qeybə çəkilib? - Mərhumun oğlu və klubdan AÇIQLAMALAR"Neftçi"nin muzeyində Rasim Rəfiyevin adı niyə qeybə çəkilib? - Mərhumun oğlu və klubdan AÇIQLAMALAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2540   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21 aprel
.

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. "Report" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2. Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarı

11 aprel
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12 aprel
.

"Qalatasaray" İkardinin alternativini Fransada tapıb

Argentinalı ulduz Mauro İkardini əvəzləyə biləcək hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Fransa bazarına üz tutub. Məlumata görə, "CimBom" "Liqa 2"də forma geyinən Zan Vipotniklə maraqlanır. Qeyd edək ki, klub hazırda ehtiyat hücumçu kimi komandada çıxış edə

19 aprel
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

Millinin hücumçusunun küçədə sümüklərini sındırdılar

Avstriya yığmasının gənc hücumçusu Muharem Huskoviç paytaxt Vyana şəhərinin mərkəzində hücuma məruz qalıb. Futbolçu bankomatın yanında vurulub və oradan dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.  xarici mediaya istinadla bildirir ki, Vyananın mərkəzində avstriyalı futbolçu Muharem Huskoviç döyülüb. Hadis

11 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel