"Azərbaycan gec-tez Ermənistanla üz-üzə gələcək"

"Azərbaycan gec-tez Ermənistanla üz-üzə gələcək"Analitik Qarabağda münaqişənin həddən artıq ciddiləşdiyini yazıb

"Dağlıq Qarabağ münaqişəsinin ölü nöqtədən tərpənməsi üçün ermənilər işğal edilmiş rayonları azad etməyə başlamalıdır. Ermənistan isə bunun əksini edir. İrəvan sülh prosesini altdan-altdan pozur və bunda Azərbaycanı ittiham edir."

"Karnegi" fondunun böyük elmi işçisi, məşhur Britaniya analitiki Tomas de Vaal "Focus on Karabakh"ın redaktoru Emil Sanamyana müsahibəsində belə deyib.

Onun sözlərinə görə, bu gün Qarabağ münaqişəsinin həlli təsəvvür edilmir, problem yavaş-yavaş həllini tapmalıdır. Analitik bildirir ki, əgər tərəflər bir-birinə güzəşt etməsələr, növbəti toqquşmalar yalnız vaxt məsələsidir.

"Münaqişə bir halda həll oluna bilər: Əks tərəfin dərdinə şərik olmaqla, əks təqdirdə çətin olacaq. Şərait dəyişəcəksə, Azərbaycanın münaqişəyə münasibəti dəyişə bilər. Söhbət, ilk növbədə, ərazilərin qaytarılmasından gedir", - Tomas de Vaal sözlərinə əlavə edib.
Britaniyalı analitik hesab edir ki, Qarabağ münaqişəsi addım-addım, qarşılıqlı güzəştlər yolu ilə həll edilməlidir.

"Məsələn, ermənilər tərəfindən Qarabağdan cənub-şərqdəki rayonlardan birinin, nəqliyyat əlaqələrinin açılışı və ya Qarabağ ermənilərinə böyük hüquqların verilməsinə əvəz olaraq, azad edilməsi. Amma mən bunun bu dəqiqə mümkün olacağını düşünəcək qədər sadəlövh deyiləm. Münaqişə həddindən artıq ciddiləşib. istənilən güzəştlər hər iki tərəfdən bir növ satqınlıq və ya milli təhlükəsizlik maraqlarına xəyanət kimi qəbul edilir" – de Vaal bildirib.

Britaniya analitiki deyir ki, ermənilər və azərbaycanlılar birlikdə yaşamağı bacarırlar və bunu onların Gürcüstanda, Rusiyada və başqa ölkələrdə sülh şəraitində yaşamaları da sübut edir.

"Ermənilər başa düşməlidir ki, onlar öz evlərini itirmiş və öz torpaqlarına qayıtmaq istəyən insanlara qarşı düşmən mövqedə dayanmamalıdırlar. Yaxşı bilirəm ki, prezident Sarkisyan bir dəfə "Ağdam ermənilərin vətəni deyil" deyə etiraf edib və bunun üçün tənqid edilib. Amma əslində o düzünü deyirdi. İndi hər iki tərəf öz hərbi, diplomatik və iqtisadi mövqelərindən çıxış edərək oyun oynayır. Və heç kim güzəşt etmək istəmir. Bu isə o deməkdir ki, onlar gec-tez yenidən qarşı-qarşıya gələcəklər". – Britaniyalı analitik deyib.

Mənbə:istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1577   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel