Son dəqiqə! Rusiya Qarabağdan geri çəkilir

Azərbaycan üçün çox önəmli olan dönüş başlayıb

SSRİ-nin dağılmasında əsas rol oynamış Qarabağ münaqişəsinin Rusiyanı da məhv edə biləcəyi artıq ruslara da əyan olub.
Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti, siyasət elmlər namizədi Aleksandr Nikolayeviç Perenciyev Rusiyanın nüfuzlu qəzetlərindən biri olan "Nezavisimaya qazeta"da yazdığı "Qarabağ yanğını çağdaş Rusiya üçün dərs olmalıdır" adlı məqaləsində bu məqamlara toxunub.

Məqalədə keçmiş SSRİ-nin Qarabağ münaqişəsi üzündən dağıldığı bildirilir: "O vaxtında söndürülmədi və bütün Sovet İttifaqı üzrə təxribat fəaliyyəti üçün ideal model oldu, nəticədə, bu, nəhəng dövlətin iflasına gətirib çıxardı".

Aleksandr Perenciyev münaqişənin keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti olmuş Mixail Qorbaçovun ətrafına yığılmış bir qrup tərəfindən qızışdırıldığını bildirir: "Münaqişə sovet hakim elitasının bir sıra nümayəndələrinin və ölkənin zəifləməsində maraqlı olan qərb qüvvələrinin fəal iştirakı ilə yaradılıb və bəslənib".

Müəllif Dağlıq Qarabağda etiraz üçün heç bir əsas olmadığını bildirir: "Dağlıq Qarabağda həyat səviyyəsi Azərbaycanın və Ermənistanın qonşu rayonlarına baxanda yetərincə yüksək idi. Amma millətçi fəallar gözəl şüarlar irəli sürərək, insanları qan və yoxsulluğa sürüklədiklərindən narahat deyildilər. Çox vaxt olur ki, etirazı başqalarından yaxşı yaşayanlar edirlər. Sonra da əllərində olan hər şeyi itirirlər. Qarabağda da belə oldu - indi muxtar respublikada orta hesabla Azərbaycandan və Ermənistandan xeyli kasıb yaşayırlar".

"Nezavisimaya qazeta" açıqca göstərir ki, Qarabağ ermənilərinin bu vəziyyətə düşməsində Ermənistanın tanınmış adamları - müəllimləri, jurnalistlər, alimlər və hətta akademiklər günahkardır: "Onlar özlərindən çıxdılar və bu, bir ildən sonra qanlı və vəhşi hadisələrə səbəb oldu".

Məqalədə Ermənistan Dövlət Plan Komitəsinin əməkdaşı, iqtisad institunun elmi işçisi İqor Muradyanın o vaxt Dağlıq Qarabağın Ermənistana birləşdirməsini nəzərdə tutan "Qarabağ" komitəsinə rəhbərlik etməsi yada salınır. İndi erməniləri "Rusiyanın qulları" adlandıran İqor Muradyan 2000-ci illərdə Tomas de Vaala verdiyi müsahəbsində bildirib ki, Qarabağda yaşyan azərbaycanlıların taleyi onları heç zaman narahat etməyib: "Onların taleyi onda bizi maraqlandırmırdı və indi də maraqlandırmır".

Məqalə müəllifi Aleksandr Perenciyev bundan çox önəmli saydığı bir nəticə çıxarır: "Ölkəni etirazlarla dağıtmağa başlayanlar əvvəlcə özlərini vətənpərvər kimi göstərirlər. Amma zaman göstərir ki, onlar əvvəl başdan satqın olublar".

Bu məqalə Azərbaycan çox önəmlidir. İndiyə kimi azərbaycanlılar bu faktları deyirdilər, amma Moskvada bunu eşitmək istəmirdilər. O vaxt Mixail Qorbaçev Qarabağda hay-küy salan erməniləri cəzalandırmaq əvəzinə vilayətdə xüsusi rejim yaratdı və ermənipərəst Arkadi Volskini bu rejimə rəhbər göndərdi. 1988-1990-cı illərdə Dağlıq Qarabağa rəhbərlik etmiş Arkadi Volski erməni silahlı birləşmələrinin yaradılmasına xüsusi şərait yaradıb. O hətta kluar söhbətlərində erməni silahlıların dincə əhalini qırmasında əsas günahı Azərbaycanda görüb, yəni Azərbaycan Dağlıq Qarabağı Ermənistana versəydi bu qırğınlar da olmazdı.

Dağlıq Qarabağ münaqişəsi SSRİ-ni dağıtdı və rusları dünyanın iki supergücündən biri olmaq imkanından məhrum etdi, Rusiya regional gücə çevrildi. Bu, Moskvanı "erməni sevgisindən" çəkindirə bilmədi. Həm Birinci Qarabağ müharibəsində, həm də Aprel döyüşlərində Rusiya Ermənistan əsas havadarı kimi çıxış etdi, döyüşlərdə ermənilərə həm maddi, həm də canlı qüvvə ilə dəstək verdi. Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın çoxsaylı muxtar qurumları üçün pis örnək olacağını belə qulaq ardına vurdular. Bütün Rusiya mətbuatı bu 30 il ərzində ermənilərin xeyrinə yalanlar dərc etməkdə davam etdi.

Amma indi, göründüyü kimi, Rusiyada alternativ düşünənlər var və bu cür presedentlərin ölkələrini hansı fəlakətlərə sürükləyə biləcəyini anlayırlar. Rusiyanın nüfuzlu qəzetində "Qarabağ yanğını çağdaş Rusiya üçün dərs olmalıdır" adlı məqalənin dərc olunması da bundan xəbər verir.

Mənbə: istipress
Son dəqiqə! Rusiya Qarabağdan geri çəkilirSon dəqiqə! Rusiya Qarabağdan geri çəkilirSon dəqiqə! Rusiya Qarabağdan geri çəkilir


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3537   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart