Diqqət! Bakıda ərzaq qıtlığı yarandı

Bakının topdansatış və pərakəndə ərzaq mağazalarında Rusiya istehsalı olan məhsulların qıtlığı yaşanır.

Buna səbəb Dağıstanda ötən ayın sonundan etibarən "TIR" sürücülərinin "Platon sistemi"inə etiraz olaraq başladıqları tətildir.

Xatırladaq ki, Azərbaycandan qonşu ölkəyə və geriyə yük daşıyan "TIR"-ların Dağıstandan hərəkətinin çətinləşməsi Rusiya ilə Azərbaycan arasında ərzaq, kənd təsərrüfatı məhsullarının idxal və ixracında ciddi problemlər yaradıb.

Nəticədə ölkəni Rusiya, Ukrayna və Belarus ərzaq məhsulları, gündəlik tələbat malları ilə təmin edən firmaların çoxu fəaliyyətlərini dayandırıblar.

Son günlər Şimali Qafqazda "TIR" sürücülərinin, yükdaşıma şirkətlərinin tətilləri dayandırdığı haqda xəbərlər var. Dağıstanda isə "TIR" sürücülərinin tətili hazırda qismən səngisə də davam etməkdədir. Xəbərlərə görə, Azərbaycan dövlət nömrə nişanlı "TIR"-lar polis avtomobillərinin müşayiəti ilə Dağıstan ərazisindən hərəkət edir. Lakin belə görünür ki, sürücülərin bir çoxu dağıstanlı sürücülərin hücumuna məruz qalmamaq üçün səfərlərini dayandırıb. Çünki Bakının topdansatış və parakəndə ərzaq mağazalarında Rusiya mallarının qıtlığı açıq-aşkar müşahidə olunmaqdadır.

Qeyd edək ki, Dağıstanda "TIR" sürücüləri martın 27-dən bəri "Platon sistemi"inə etiraz olaraq tətil keçirirlər. Dağıstanlı sürücülər Azərbaycan dövlət nömrə nişanlı "TIR"-ların da sürücülərini zorla öz aksiyalarına cəlb etməyə çalışdıqlarına görə, onların hərəkətini əngəlləyib, hücuma məruz qoyub, hətta yük maşınlarını yandırıb və özlərinə atəş açıblar. Bu zaman sürücülərdən döyülənlər və yük maşınları yandırılanlar da olub. Sürücülərin sözlərinə görə, etirazçılar onları hədələyərək "darıxmayın, geri qayıdanda gününüzü görəcəksiniz" deyirlər.
Diqqət! Bakıda ərzaq qıtlığı yarandıDiqqət! Bakıda ərzaq qıtlığı yarandı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1682   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel