Diqqət: Azərbaycanda maaşlar buna görə artırıldı - FOTO

Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemində "115" rəqəminin "116" rəqəmi ilə əvəz edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Nazirlər Kabinetinin 21 aprel qərarında qeyd olunur ki, sənəd "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Prezidentin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən qəbul edilib. Ancaq 1 manat maaş artımının baş verməsi müzakirə iştirakçıları arasında marağa səbəb olub.

Qeyd edək ki, sonuncu dəfə Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarına edilən 5 nömrəli əlavəyə əsasən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları sxeminə əlavələr edilib. Həmin sxemdə qeyd olunur ki, Atatürk mərkəzinin xidməti otaqları yığışdıran işçisinin maaşı 115 manat olub. Belə ki, 2010- cu ildə edilən dəyişiklikdə xidməti otaqları yığışdıran şəxs 95 manat maaş alırdısa, 2013-cü ildə bu rəqəm artaraq 115 manat təşkil edib. Eləcə də digər işçilərin maaşlarına artımlar edilib.

Qeyd olunan cədvəllərdə 2010 və 2013- cü ilin qərarlarına əsasən işçilərin aylıq vəzifə maaşlarının sxemi təqdim edilib.

Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin sözügedən qərarı ilə mətbuatdan tanış olublar. Ancaq qərar onlara hələ təqdim edilməyib. Ona görə də 1 manat məsələsi onlara da qaranlıq qalıb. 10 gün müddətində rəsmi qərar Mərkəzin mühasibatlıq bölməsinə daxil olacaq və ondan sonra məsələ aydınlaşacaq. Mərkəzdən onu da bildiriblər ki, ilk dəfədir belə bir qərarla tanış olurlar. İndiyə kimi maaşlarda 1 manat artım söhbəti olmayıb, maaş artımı bütün işçilərə şamil olunub.

Mərkəzdən maaş artımı ilə bağlı konkret cavab verilməsə də, ehtimal etmək olar ki, sözügedən 1 manatlıq artım məhz Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlıdır. Belə ki, ölkədə minimum maaş 116 manat nəzərdə tutulub.

Mənbə: qafqazinfo
Diqqət: Azərbaycanda maaşlar buna görə artırıldı - FOTODiqqət: Azərbaycanda maaşlar buna görə artırıldı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2571   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel