Azərbaycanda maaşların 1 manat artırılmasının əsl səbəbi bu imiş - Nazirlik açıqladı

Azərbaycanda maaşların 1 manat artırılmasının əsl səbəbi bu imiş - Nazirlik açıqladıNazirlər Kabinetinin qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun "əmək haqlarının 1 manat artırılması" kimi təqdim edilməsi yanlışdır.

Bu barədə Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev açıqlama verib.

Bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişiklik edilməsi barədə" 21 aprel 2017-ci il tarixli 161 nömrəli qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun "əmək haqlarının 1 manat artırılması" kimi anlaşılması və təqdim edilməsi yanlışdır.

İlk növbədə bildirirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 6-cı hissəsinə əsasən, minimum əmək haqqının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Məcəllənin 158-ci maddəsinin 2-ci hissəsinə əsasən isə respublikanın büdcədən maliyyələşdirilən müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Hazırda isə respublikamızda muzdlu işçilərin 40 faizindən çoxu büdcədən maliyyələşdirilən sahələrdə çalışır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamı ilə imzalanmış və minimum əmək haqqının məbləği 2017-ci ilin əvvəlindən 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilmişdir.

Bununla bağlı olaraq, Nazirlər Kabineti 21 aprel 2017-ci il tarixli 161 nömrəli Qərarla 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarının "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə uyğunlaşdırılmasını, yəni bu Qərarın 5 nömrəli əlavəsi olan "Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi"ndə dəyişiklik edərək, həmin işçilərin minimum vəzifə maaşlarının müəyyən olunmuş minimum əmək haqqı səviyyəsindən aşağı olmamasını uyğunlaşdırılmaqla təmin etmişdir.

Göründüyü kimi, qeyd olunan qərar sadəcə olaraq, Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktının Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğunlaşdırılması məqsədinə xidmət edir.

Onu da bildirirəm ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə respublikamızda dövrü olaraq minimum aylıq əmək haqqının artırılması həyata keçirilir. Son on il ərzində minimum əməkhaqqının məbləği 3,5 dəfə artırılmış, nəticədə ölkə üzrə orta aylıq əməkhaqqı da 3,3 dəfə artmışdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3195   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel