Azərbaycanın xalq artisti: "İtimi ərə vermişəm, ev-eşiyi də var"

Azərbaycanın xalq artisti: "İtimi ərə vermişəm, ev-eşiyi də var"İtlərin iki dənə balası var

Heyvansevər məşhurlardan biri də xalq artisti Səməd Səmədovdur. O, 5 dənə nadir cinsdən olan it saxlayır.

Müğənni ailem.az-a müsahibəsində bildirib ki, bağ evində itləri üçün xüsusi şərait yaradıb. Bu itlərin qiyməti isə heç də ucuz deyil: "Beş dənə labrador cinsindən olan itim var. Böyük, çox ağıllı, kamallı itlərdir. Bilirəm ki, Putin və Obama da labrador cinsini sevirlər. Bu itləri mənə hədiyyə veriblər, Moskvadan gətiriblər. Balaca, bir aylıq labrador min dollardır. İndi artıq böyüyüb, ərə vermişik, iki dənə balası var. Bağın bir hissəsi onlarındır, evləri-eşikləri. Orada ağaclar var, hər şərait düzəldilib".

S.Səmədov itlərinə xüsusi qulluq etdiyini, onlara xüsusi yeməklər verdiyini deyir. Müğənni itləri ilə gözəl və əyləncəli vaxt keçirdiyini də vurğuladı. Hətta gümrah qalmağını itlərinə borclu olduğunu etiraf edir: "Mayın 15-dən havalar bir az isinsin, onları 2 gündən bir qaç-qaça aparıram dənizə, həm özüm çimirəm, həm onlar çimir. 40-45 dəqiqə sudan çıxmırıq. Sonra qaça-qaça gəlirik bağa. 2,5 km yolu gedirik və geri qayıdırıq, olur 5 km. Ona görə mən belə formadayam. Onlara "pediqril", "çapi" yeməkləri verirəm. Hardasa restoranda oturanda yoldaşıma deyirəm ki, artıq qalan sümükləri aparaq itlərə verək. İldə bir dəfə onlara iynə vurdururuq, üç aydan bir qurd dərmanı verirəm, gənə üçün sprey vururam. Yəni ki, təmiz saxlayıram. Çünki mənim 6 nəvəm var, onlar gəlib itlə oynayırlar, gənə keçə bilər. Ona görə mən itlərə super qulluq edirəm".

Yəqin ki, çoxlarınız S. Səmədova Nadir Qafarzadənin itlərini evləndirmək istədiyini xatırlayırsınız. Müğənni bunun bir şou olduğunu açıqladı. O, ötən gün itlərini evləndirən və onlar üçün məclis təşkil edən iş adamının bu addımını da təəccüblə qarşılamadı. Özü itinə təntənəli məclis qurmağı düşünməyən xalq artisti itlərin insana ən yaxın canlı olduğunu deyir: "O, sadəcə, şou idi, guya itlərimizi evləndirəcəyik. Məndə taksa idi, uzun it, onda da yadımda deyil hansı cins idi. Elə-belə qurma idi bu, guya itlərimizi evləndiririk. Alimlər sübut edib ki, insanı nə qədər çox tanıyırsan o qədər itə hörmətin artır. İtdən etibarlı heç nə ola bilməz".

Xalq artisti hətta itinin onun həyatını xilas etdiyini də deyir. Uzun illər əvvəl saxladığı it sahibi üçün canını qurban verib: "Mənim iki itimdən biri 18 il yaşayıb, o biri 14 il. Bir gün darvazanı açanda it qaçıb məni qarşılamağa, maşın onu vurub 10 metr kənara tullayıb. Ağsaqqallar mənə dedi ki, o zərbə mənə dəyə bilərdi, heyvan o zərbəni götürüb özünə".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3645   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021