Əfv Komissiyasından "yanlış əfv" qalmaqalına AÇIQLAMA

Əfv Komissiyasından "yanlış əfv" qalmaqalına AÇIQLAMAAzərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası mətbuatda Azərbaycan Respublikası Prezidentinin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2017-ci il 16 mart tarixli sərəncamına adı düşən şəxsin əvəzinə başqa şəxsin azad edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Komissiyadan daxil olan açıqlamada bildirilir ki, həmin məlumat heç bir rəsmi fakta istinad edilməməklə əsassızdır: "Belə ki, qeyd olunan sərəncam hüquqi aktların rəsmi dərc olunduğu qəzetlərdə, habelə elektron variantda dərc edildiyi Hüquqi Aktların Dövlət Reyestrində dərc olunub. Həmin sərəncamdan göründüyü kimi, əfv edilmiş şəxs Mahmudov Elvin Habil oğludur.

Eyni zamanda, bildirilir ki, Əfv Məsələləri Komissiyasında məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun da əfv olunması ilə bağlı müraciətə baxılıb.

Müəyyən edilib ki, E.Mahmudovun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində 2016-cı il 8 oktyabr tarixdə məhkumların qarşılıqlı olaraq bir-birilərinə xəsarət yetirməsi faktına görə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə bağlı E.Mahmudov və bəzi məhkumlar məhkəmənin qərarına əsasən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilib. Hazırda istintaq davam etdirilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1705   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda qaya uçqunu baş verib

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsind

11 aprel
.

Ötən gün sərhəddə yaralanan baş leytenantın FOTOSU

Ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. "Qafqazinfo" həmin baş leytenantın fotosunu təqdim edib:

11 aprel
.

Balakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c

17 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Mikroavtobus qəzasında iki uşaq öldü, səkkiz yaralı var

Dağıstanda yük maşını ilə mikroavtobus toqquşub. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə Kasumkənd kəndində baş verib. Qəza nəticəsində iki uşaq ölüb, səkkiz nəfər yaralanıb. Xəsarət alanlardan ikisi uşaqdır

13 aprel
.

Axtarışda olan şəxslər tutuldular

Aprelin 10-da ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən  -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

11 aprel
.

Gəncədə bazarda yanğın olub

Gəncədə bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, bazar ərazisində ümumi sahəsi 150 kvadratmetr olan talvarın taxta atmaları 25 kvadratmetr sahədə, piştaxta 40 kvadratmetr sahədə və üç ədəd soyuducu qismən yanıb. Bazarın qala

14 aprel
.

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

14 aprel