Ət alanlara xəbərdarlıq! Bu ətləri almayın!

Daşkəsən Rayonunun ərazisində yerləşən "Elba" MMC-yə məxsus heyvan kəsimi, emalı fabrikində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 26 aprel 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən sürücü Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilinə Daşkəsən-Gəncə avtomobil yolunda baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 50 qutu (hər biri 20 kq olmaqla) cəmi 1000 kq sümükdən ayrılmış, karton qutulara qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib.

Polis əməkdaşları tərəfindən saxlanılmış avtomobilin yük yerində aşkar edilmiş mənşəyi məlum olmayan heyvan ətlərinin yükləndiyi Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi "Elba" MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikinə baxış keçirilib. Baxış zamanı fabrikin 1 saylı kamerasında hər biri 20 kq olmaqla 260 qutu, hər biri 40 kq olmaqla 12 qutu cəmi 5680 kq sümükdən ayrılmış karton qutulara qablaşdırılmış, dondurulmuş mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri, hər biri 6 kq olmaqla 60 ədəd polietilen paketlərə qablaşdırılmış mənşəyi məlum olmayan ümumi çəkisi 360 kq olan heyvanın iç piyi, 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları aşkar edilib. Həmçinin "Elba" MMC-yə məxsus 2 saylı soyuducu kamerada 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları və daxili orqanları aşkar olunub.

Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları sürücü Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi "Elba" MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində aşkar edilmiş mənşəyi məlum olmayan ətlərin, ət məhsullarının mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Aşkar edilən ətlər, iç piyləri, başlar, dərilər və digər orqanlar müayinələr başa çatana qədər fabrikin 1 saylı soyuducu kamerasına yığılaraq qapısı möhürlənməklə müvəqqəti saxlanca qoyulub.

Bununla əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunan qaydada tədbirlər görüləcək.
Ət alanlara xəbərdarlıq! Bu ətləri almayın!Ət alanlara xəbərdarlıq! Bu ətləri almayın!Ət alanlara xəbərdarlıq! Bu ətləri almayın!Ət alanlara xəbərdarlıq! Bu ətləri almayın!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2916   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milyarder Fərhad Əhmədovun şirkəti yenə cərimələndi

Teymur Əhmədov adına "AzNar" QSC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icr

16 aprel
.

Zaqatalada iki qohum pomidor turşusundan zəhərlənib

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 199-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zaman

15 aprel
.

Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi

Azərbaycanın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Hacı Əliyevin səhhətində yaranan nasazlıqla bağlı məsələyə aydınlıq gəlib. Bu barədə İdman.biz saytına üçqat dünya və dördqat Avropa çempionunun özü məlumat verib. Əliyev bildirib ki, hazırda gözünə düşən mikrobla bağlı müalic

15 aprel
.

91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə - Video

Şəhid Ülfət Kərimovun 91 yaşlı anası Fatma Kərimova ilk dəfə oğlunun şəhid olduğu ərazidə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ARB-də yayımlanıb. F. Kərimovanın işğaldan azad olunandan sonra ilk dəfə Kəlbəcərə gedişi təsirli görüntülərlə yadda qalıb. Daha ətraflı videoda

16 aprel
.

Maaş və pensiyalarda yeni artımlar olacaq?

"Dünya bazarında "Brent" markalı neftin qiymətində artımlar müşahidə edilir. Son qiymətlər göstərir ki, bir barel "Brent" markalı neftin qiyməti 90 dollardan baha təklif olunur". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bi

15 aprel
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən 48 saylı yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılmas

15 aprel
.

İtkin düşən 10 yaşlı uşaq axtarılır

Bakıda 10 yaşlı uşağın itkin düşməsi ilə bağlı polisə müraciət edilib. "Qafqazinfo" xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü T.Bəkirov 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlunun itkin düşməsini bildirib. O qeyd edib ki, oğlu 2014-cü i

16 aprel
.

AQTA-dan Çingiz Abdullayevin zəhərlənməsi ilə bağlı - Açıqlama

"Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb". Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

15 aprel
.

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

"Aprel ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb". Bu barədə "Qafqazinfo"ya BQXK-nın Azərbaycan nümayəndəliyini

15 aprel