"18 günün gəlini idi, gözündən aldığı güllə yarasından öldü"- ADNA terrorundan 8 il ötür...

"18 günün gəlini idi, gözündən aldığı güllə yarasından öldü"- ADNA terrorundan 8 il ötür...ADNA terrorundan 8 il ötür...

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var. Duz, xas, adına və sair…
Bir qismi yaddan çıxıb, adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də bu gündə açırıq.
Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü olmuşdu... 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür… O qanlı gündən artıq 8 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyası 30 aprel 2009-cu il tarixində adi günlərdən birini yaşamalı idi. Amma həmin gün akademiyanın 2-ci tədris binasında qanlı terror hadisəsi baş verdi... Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələdi... Gülləyə tuş gələnlərin içərisində akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri vardı...

Qanlı hadisə nəticəsində

Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
Və Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü öldürüldü...

Hadisə zamanı sağ qalan Zemfira Hüseynli Bdanışır ki, baş verənləri anbaan xatırlayır. Səsə otaqdan çıxan Zemfira Hüseynli dəhlizdə laboratoriya müdiri Tamella xanımla professor Ramiz Abdullayevin yerə yıxıldığını görüb və onlara tərəf qaçıb. Elə bu zaman Zemfira xanıma qəfildən bir nəfər yaxınlaşıb:

"Qatil mənə tərəf gəldi, əlini uzatdı silahla başımdan vurdu. Elə bil, başımı ülgüclə kəsdilər. Yerə yıxıldım. Ölmədim... Qanım Ramiz müəllimə tərəf axmağa başladı. Qatil göz hərəkətimdən sağ olduğumu görüb ikinci dəfə atəş açaraq, məni vurdu. Təkrar dəhşətli ağrı hiss etdim..."

Fərda Qədirovla göz-gözə gələn İlkin Şirəliyev də sağ qalıb. O, ikinci mərtəbədə dərsdə olan zaman auditoriyaya soxulmaq istəyən Fərdanın qarşısını tələbə yoldaşları ilə birlikdə partaları qapının ağzına yığmaqla kəsib. Amma dəhlizdən içəri atılan güllələrin qabağını almaq mümkün olmayıb... Qapının pəncərəsindən boylanan Fərda auditoriyada olan 3 tələbəni hədəfə ala bilib...

Qatilin gülləsinə tuş gələnlərdən biri də 18 günün gəlini olmuş Məmmədova Şəfa Afət qızıdır...

Anası Xuraman Məmmədova deyir ki, mənim üçün çox çətindir. Neçə illər keçsə də, həmin günü unuda bilmirik:

"Şəfa iş otağından dəhlizə çıxıb aşağı düşəndə, 3-cü mərtəbədə elə pilləkəndə, sol gözündən aldığı güllə yarasından dünyasını dəyişib. Qanlı hadisədən düz 18 gün əvvəl isə Məmmədovların yaşadığı evdə toy xonçaları bəzənmişdi".

Aprelin 12-də Şəfanı ata evindən ağ gəlinliklə aparan Rahim Tağıyev, onu düz 18 gündən sonra ağ kəfənlə son mənzilə yola salınması üçün elə ata evinə qaytardı...

Xuraman xanım deyir ki, qızı öz şəxsi həyatını demək olar ki, unudub yalnız elmlə məşğul olurmuş. Akademiyada əsas dərsliklərin rus dilində olması Şəfa üçün başlıca problemlərdən biriymiş. Bu səbəbdən Şəfa həmin dərslikləri tərcümə edib icmal xarakterli bir kitab hazırlayıbmış. 2009-cu ilin sentyabr ayında isə hazırladığı kitabı tələbələrə təqdim edəcəkdi. Qismət olmadı….

ADNA-da kütləvi terroru həyata keçirən isə Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov idi. Terrorçu hadisə zamanı həbs olunacağını görüb, özünü də güllələmişdi.

Sonda onu da əlavə edək ki, prezident İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılmışdı.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında həyat öz axarı ilə davam edir. Artıq təhsil müəssisəsinin 2 -ci korpusunun giriş qapısında mühafizə xidməti yaradılıb, polis əməkdaşları keşik çəkir. Dərsə gələn tələbələrin tələbə biletləri yoxlanılır, şəxsiyyəti təsdiq olunmadan heç kim Neft Akademiyasının binasına buraxılmır. Hətta, birinci mərtəbədən tutmuş 6-ci mərtəbəyədək mühafizə kameraları da quraşdırılıb. Kaş ki, bu elə əvvəldən belə olaydı. Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı bütün ölkə sarsıldı...
Dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik...

BiG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 4864   Tarix: 30 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

18 ildir tikilən binada 354 mənzil 1000-dən çox şəxsə satılıb - VİDEO

Xırdalan şəhərində çoxmərtəbəli bina 18 ilə yaxındır ki, sakinlərə təhvil verilmir. Yəni vətəndaşlar 20 ilə yaxındır aldıqları mənzilləri gözləyir. Kifayət qədər uzun müddətdir. Hətta elə mənzil var ki, 3-5 nəfərə satılıb. Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə ünvanındaki bu bina 2006-cı ildən tikilməy

7 mart
.

Qohum evliliyində doğulan körpələrdə hansı problemlər yarana bilər? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər. Bunu Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib. İlk olaraq qohum evliliyi tövsiyə edilməyə

12 mart
.

Keçmiş nazir qadağanı fürsətə çevirir: "TikTok" o alacaq!

ABŞ-nin keçmiş maliyyə naziri Stiven Mnuçin ölkədə "milli təhlükəsizliyə problem yaratdığı" iddiası ilə qadağan olunmaq təhlükəsi ilə üzləşən TikTok-u almaq üçün investor qrupu yaradacağını açıqlayıb. xarici mənbəyə istinadən xəbər verir ki, Stiven Mnuçin "CNBC" televiziyasına verdiy

15 mart
.

Niyə telefonuzu çarpayıya atmamalısınız? Bir çox istifadəçinin təhlükəli vərdişi

Bəlkə də bütün istifadəçilər smartfonun sərt səthə düşməsi təhlükəsini bilirlər. Buna görə hər bir qadset sahibi cihazı yerə və ya asfalta atmaqdan qorxur. xarici mediaya istinadla bildirir ki, ancaq cib telefonları tez-tez çarpayıya və ya divana "uçur". Belə görünür ki, smartfonu yumşaq bi

15 mart
.

Köhnə metro qatarları yeniləri ilə nə vaxt əvəzlənəcək? - AÇIQLAMA + VİDEO

Metro hər bir şəhərin nəqliyyat problemlərinin həllində rol oynayan əsas vasitələrdən biridir. Qatarların müasir dövrün standartlarına cavab verməsi də vacib amillərdəndir. "Bakı Metropoliteni" QSC-dən metroda fəaliyyət göstərən köhnə qatarların nə zaman dəyişdiriləcəyi barədə açıqlama verilib

14 mart
.

Seda Sayan boşanır?

2022-ci ildə Beşiktaşdakı lüks hoteldə ailə quran məşhur türkiyəli müğənni Seda Sayan bu günlərdə həyat yoldaşı Çağlar Öktendən boşanacağı ilə bağlı xəbərlərlə gündəm olub. Aparıcılıq etdiyi proqramda yayılan xəbərlərə üsyan edən Sayan ayrılıq iddialarına son qoyaraq diqqətçəkən açıqlamalar verib.

18 mart
.

"Çoxlarından fərqli olaraq ailəm olub, ailəli aktrisalar barmaq sayı qədərdir" - FOTO

"Əsl aktyorun orqanikası, bütün duyğuları, hissləri, ürəyi, beyni bir rolun üzərində işləyir. Bunu yaşayırsan. Hər insan öz ömrünü yaşayır, amma aktyor bir ömründə neçə rol oynayırsa hamısının həyatını yaşayır. Öz ömrümüz, yazımız, taleyimiz gedir, yaddan çıxır. Nə oynayacamsa mən onun haqda fikirləşi

15 mart
.

Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT

"Uber" Avstraliyada taksi sürücülərinin "maliyyə itkiləri" üçün təxminən 178 milyon dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, taksi sürücüləri "Uber"in qaydalara əməl etməməsi səbəbindən gəlirlərini itirdiklərini əsas gətirərək şirkətə qarşı iddia qaldırıblar

18 mart
.

Dəhşətli QƏTL: Pensiyaçını öldürdü, ürəyini kəsib avtobus dayanacağında yedi

Başqırdıstanda pensiyaçı kişinın dəhşətli qətli araşdırılır. -ın xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı Erinjon A. onu balta ilə vurub, sonra ürəyini kəsib. Satanist adamyeyən vəhşi qətliamda şübhəli bilinərək saxlanılıb. Məlumata görə, kişi "qaranlıq qüvvələrlə" sövdələşərək qət

6 mart