Nərgiz Paşayeva: "Taleyimə təşəkkür etmək istərdim ki..." - FOTO

Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland və AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif olunublar.

AMEA-nın prezidenti Akif Əlizadə "Nizami Gəncəvi adına Qızıl medalı" professor Nərgiz Paşayevaya təqdim etdi. Təqdimatdan sonra AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva çıxış edərək bu mükafata layiq görüldüyünə görə həmkarlarına təşəkkürünü bildirib.

"Söhbət elmdən gedirsə, biz nə deyə bilərik? Elmi boşluq təkcə elmi boşluq deyil. Müasir dünyada elmi boşluq yüksək tribunalardan, möhtərəm müstəvilərdən məhrum olmaq deməkdir. Bu baxımdan, aydındır ki, bizim seçimimiz – Oksford universiteti – tam doğrudur. 2013-cü ildə 800 illik tarixə malik olan Oksford Universitetində dahi Nizaminin adını daşıyan Azərbaycan və Qafqazşünaslıq Mərkəzi yaradılıb".

Professor Nərgiz Paşayeva Oksford Universitetində yaradılan Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinə Nizami Gəncəvinin adının verilməsini böyük hadisə kimi qiymətləndirib: "Bu adın verilməsi özü müəyyən mənada böyük qələbəyə işarədir. Bu yüksək adla mərkəz 2013-cü ildə yaradıldı, amma bu ad həmişəlik və əbədi olaraq Oksford Universitetində qalmalıdır".

N.Paşayeva taleyinə təşəkkür edib ki, onu 3 universitetlə bağlayır. "Bakı Dövlət Universiteti – Azərbaycanın qürur mənbəyi, Azərbaycanın təfəkkürlər quyusudur. Daha sonra Lomonosov adına Moskva Dövlət Universiteti – keçmiş sovet və postsovet məkanında ən nüfuzlu universitetdir. Nəhayət, Oksford Universiteti. Yəqin ki, hər hansı bir qüvvə məni bu 3 universitetlə bağladıqda mənim üzərimə böyük məsuliyyət də qoyub".

Qeyd edək ki, ötən gün AMEA-nın həqiqi və müxbir üzvü seçiliblər. Onların arasında N.Paşayeva da var
Nərgiz Paşayeva: "Taleyimə təşəkkür etmək istərdim ki..." - FOTONərgiz Paşayeva: "Taleyimə təşəkkür etmək istərdim ki..." - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1928   Tarix: 03 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021