Nizami Gəncəvi ilə bağlı Azərbaycandan sərt reaksiya

Nizami Gəncəvi ilə bağlı Azərbaycandan sərt reaksiyaAlmaniyanın Hannover şəhərindəki Junge Oper Hannover ‎teatrı tərəfindən Nizami Gəncəvi və onun "Leyli və Məcnun" əsəri ilə bağlı yanlışlığa yol verilib. Teatr tərəfindən Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvi fars şairi kimi təqdim edilib.

Müəllif Hüquqları Agentliyindən məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi məlumatlandırılıb, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün Azərbaycanın Almaniyadakı səfirliyinə göndərilib.
Azərbaycanın Almaniyadakı səfirliyi Nizami Gəncəvi və onun "Leyli və Məcnun" əsəri ilə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılması ilə bağlı teatrın rəhbərliyinə məktub göndərilib, eyni zamanda Agentliyin hazırladığı arayış onların diqqətinə təqdim edilib və sözügedən səhvlərin aradan qaldırılması xahiş edilib.
Teatrın səfirliyə cavab məktubunda isə onlara təqdim edilmiş məlumatlara görə təşəkkür olunub və müvafiq düzəlişlərin edildiyi bildiririlib.
Agentlik həmçinin bildirir ki, əlavə araşdırma göstərib ki, həqiqətən Teatrın İnternet və Feysbuk səhifələrində "Leyli və Məcnun" hekayəsinin fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılıb. Lakin düzəlişlərdən sonra Nizami Gəncəvi "orta əsrlər şairi" kimi göstərilib, onun Azərbaycan şairi olması qeyd olunmayıb. Bununla bağlı səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılıb. Məsələ Agentliyin diqqət mərkəzində saxlanılır.
Mənbə: Publika.az
Nizami Gəncəvi ilə bağlı Azərbaycandan sərt reaksiya


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1763   Tarix: 12 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral