Azərbaycanlı tanınmış müğənnidən NAZİRƏ ŞİKAYƏT

Azərbaycanlı tanınmış müğənnidən NAZİRƏ ŞİKAYƏTMüğənni Elnarə Xəlilova mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə açıq məktub yazıb.
O, nazirə ünvanladığı məktubda Opera və Balet Teatrının rəhbərliyindən şikayət edib.
Müğənni məktubda bunları qeyd edib:

"Cənab nazir Əbülfəs Qarayev, mən Elnarə Xəlilova Sabit qızı Müstəqil Telekompaniya olan Space telekanalında yayımlanan "Xanımlar və cənablar" adlı proqramın müəllifi və aparıcısıyam. Proqramda tamaşaçıları istənilən mövzularda mütəxəssislərin yardımı ilə maarifləndirmə istiqamətində çox mühüm işlər aparılır. Reytinq xatirinə nə ağlamaq, nə də yersiz gülmək var. Eyni zamanda Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliği ilə meşğuluq. Proqrama millət vəkillərindən tutmuş, səfirlər və onların xanımları, ölkənin tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinə qədər qonaqlar təşrif buyururlar.

Ötən həftə Opera və Balet Teatrında "Arşın mal alan" tamaşasına baxmağa getdim və tamaşadan olduqca böyük zövq aldım. Deyərdim ki, bu tamaşa Azərbaycan mədəni irsinin ən gözəl nümunələrindən biridir. Buna görə də tamaşa bitdikdən sonra kulisdə aktyorlarla görüşdüm və onları böyük məmnuniyyətlə proqramımızda görmək istədiyimi bildirdim. Mayın 13-ü teatrın mətbuat xidmətinin əməkdaşı Şükufə xanımla əlaqə saxlayıb rəhbərlik səviyyəsində aktyorların proqramda iştirakına icazə aldım. Ondan sonra mətbuat xidmətindən bir-bir aktyorların telefon nömrəsini alıb şəxsən özüm onlara zəng edib verilişimə çağırdım. Hər kəsin razılığını aldıqdan sonra 76 yaşlı çoxdan təqaüdə getməli olan rejissor işləri müdiri Tamara Eyvazova mənə zəng vurub aktyorları buraxmadığını söylədi. Səbəbini soruşduqda həmin gün saat 4-də aktyorlardan üçünün "Sevil" operasının məşqində olmalarını dedi. Mən də öz növbəmdə aktyorların məşqinə heç bir şəkildə mane olmayacağımı söylədim. Belə ki, veriliş bir saatlıqdır və mən 13:00-da proqrama başlayıb, 14:00-da onları buraxacağıma dair söz verdim. "Bu televiziyadır, gecikmələr olur" bəhanəsi isə bizə aid deyil. "Xanımlar və cənablar" proqramına ayrılmış günlərdə 2-3 veriliş çəkdiyimi və bu səbəbdən də gecikmənin qeyri-mümkün olduğunu Tamara xanıma bildirdim. Qisacası, hər nə qədər aktyorların məşqə gecikməyəcəklərinə dair faktlar sadalasam da 76 yaşlı bu xanımın "icazəsini" ala bilmədim. O, mənim heç bir fikrimi dinləməyərək "aktyorlarımı proqrama buraxmıram" dedi.

Bundan sonra mən çəkilişi saat 12:00-la təyin etdim və ehtiyatda bir əlavə saatın olmasın ona bildirdim və dedim ki, çəkiliş və sizin məşq günü ayrı-ayrı saatlardadır. Üstəlik aktyorların saat 13:00-da artıq studiyadan çıxacağına söz verdim. Bu isə o deməkdir ki, saat 16:00-dək aktyorların istirahət etməyə vaxtları da qalacaq. Bununla da Tamara xanımı razı sala bilmədim. Ancaq yersiz və səbəbsiz "yox" cavabı eşitdim. Əhvalımı pozmadım. "Sevil" operasında oynayan hər üç aktyora vəziyyəti başa saldım və dedim ki, sizin proqramda iştirak etməyinizə icazə vermirlər. Sonra proqramın çəkilişi günü məşqi olmayan yerdə qalan üç aktyora dəvətli olduqlarını bildirdim. Onlara proqramda Azərbaycan incəsənəti, Opera və Balet Teatrının təbliği istiqamətində söhbətlər edəcəyimizi və yeri gəldikcə tamaşalardan musiqi nömrələri ifa edə biləcəklərini dedim. Mayın 14-də isə mənə bildirdilər ki, Opera və Balet Teatrının rəhbərliyi iclas edib və bütün aktyorların "Xanımlar və cənablar" proqramda iştirak etməyini qadağan edib. Teatrın direktoru bildirib ki, hansı aktyor proqrama getmək istəyirsə, ərizəsini yazıb işdən çıxsın. Rəhbərlik aktyorları şantaj edib.

Cənab nazir, mən sizə güvənib belə bir sual verirəm: Bu nə dəməkdir, bunun adı nədir? Niyə təqaüd yaşlı olan teatrın məsul işçiləri Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində həyata keçə biləcək tədbirlərdə aktyorlara qadağa qoyurlar? Xüsusən də, ölkəmizin bütün sahələrdə təbliğinin vacib olduğu möhtərəm İslam oyunlarının keçirildiyi bir vaxtda dahi Üzeyir bəyin irsinin, Opera və Balet Teatrının milyonlarla televiziya tamaşaçısına ən yaxşı tərəfdən təqdim olunması, Milli Musiqimizin dəyərlərinin təbliğ olunması qəbahət olardı sizcə? Axı niyə təqaüd yaşına çatmış kadrlar teatrlarda cavan aktyorların qarşısını bu cür kəsir? Bunun adı nədir: qərəz, düşmənçilik, yoxsa paxıllıq? Mənim Sizdən başqa sözümü deyə biləcək heç kimim yoxdur. Artıq dərəcədə xahiş edirəm, cənab nazir, teatrlarımızın inkişafına və təbliğ olunmasına bu cür xələl gətirən yaşını ötmüş işçilər haqqında ölçü götürəsiniz. Onlar nəinki teatrın, hətta Azərbaycan mədəniyyətinin adına yersiz prinsipləri ilə xələl gətirir, ziyan vurur".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3543   Tarix: 15 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021