Azərbaycanda bu qızlar bakirə olmadığı üçün öldürüldü - "Bıçağı qızdırdım, belinə basdım..." - FOTO

Azərbaycanda bu qızlar bakirə olmadığı üçün öldürüldü - "Bıçağı qızdırdım, belinə basdım..." - FOTOZaman-zaman ailədaxil münaqişələr ağır cinayətlərlə nəticələnir. Buna səbəblərdən biri də bakirəlik məsələsidir.

Sonxeber.az metbuat.az-a istinadən bununla bağlı ağır cinayətləri təqdim edir:

Toydan bir gün sonra özünü öldürən gəlin...

1997-ci il təvəllüdlü Aytən Nəzərova toy gecəsi gəlin getdiyi evdən qaçaraq, səhər saatlarına qədər şəhərin naməlum ərazilərində gizlənib. Səhər saat 9 radələrində Tovuz rayonunun mərkəzi bazarının yaxınlığında yerləşən, təxminən 10-12 metr hündürlüyündə dəmir yolu xəttinin üzərində yerləşən körpüdən özünü ataraq intihar edib. Mərhum aldığı ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum Aytən Nəzərova toydan təxminən 1 ay əvvəl həyat yoldaşı, 25 yaşlı Amin Qasımov tərəfindən rayonun Düz Cırdaxan kəndinə ana babası Məhəmməd Abbasovun evinə qaçırılıb və 27 gün o evdə saxlanılıb. El adətincə ailələr arasında barışıq olub, toy günü də iyun ayının 10-na təyin olunub.Toy gecəsi oğlanın anası Şəhri Qasımovaya oğlanın yengəsi tərəfindən, həmçinin oğlu Amin Qasımov tərəfindən gəlinin bakirə olmaması xəbərini alması hadisənin bu yerə çatmasına səbəb olub.

Ata 10 yaşlı qızını "əxlaqsız" sayıb öldürdü...

Yəmənin Səna şəhərində qəddar ata 10 yaşlı qızını bir neçə gün vəhşicəsinə döyüb, uşağın bədəninə qızdırılmış bıçaq və qayçı basıb, dəhrə ilə belindəki dərisini kəsərək şırımlar açıb, elektrik cərəyanı ilə işgəncələr verib, əl-ayağını kəsik-kəsik edib. Qız işgəncələrə dözə bilməyərək ölüb.

"Qızımı döydüm ki, qonşudakı kişi ilə yatağa girdiyini boynuna alsın", - deyə həbs olunan ata bildirib.

Nişanlısını bıçaqlayaraq qətlə yetirib

Hadisə Oğuz rayonunun Padar kəndində qeydə alınıb. Oğlan nişanlı olduğu qızla mübahisə edib. Mübahisə zamanı İlkin Rəsulov üzərində gəzdirdiyi bıçaqla Səbinə Əhmədovaya 4-5 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi açıqlanıb. Belə ki, cinayəti törədən şəxs nişanlısının ona bakirə olmadığını dediyini iddia edib.

Nişanlısını amansızlıqla qətlə yetirən 26 yaşlı gənc...

Hadisə Türkiyənin Kayseri şəhərində baş verib. 26 yaşlı Yasin Tarlaçı 23 yaşlı nişanlısı Neslihan Tarlaçını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Təqsirləndirilən şəxs peşman olmadığını deyib:

"Bakirə olmadığına görə öldürdüm".
Azərbaycanda bu qızlar bakirə olmadığı üçün öldürüldü - "Bıçağı qızdırdım, belinə basdım..." - FOTOAzərbaycanda bu qızlar bakirə olmadığı üçün öldürüldü - "Bıçağı qızdırdım, belinə basdım..." - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 14274   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021