Son dəqiqə! Ermənilər dünən gecədən Tərtəri gülləbaran etdilər! - Nəticədə...
Mayın 16-da axşam saatlarında Tərtər rayonunun təmas xəttində yerləşən ərazisi erməni silahlı birləşmələri tərəfindən iki istiqamətdən atəşə tutulub.
Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilər həmin əraziləri minaatanlardan atəşə tutublar:
"Təxminən saat 22:30 radələrinə qədər ərazilərimiz atəşə tutuldu. Kəndlərdə dağıntı yoxdur. Əsasən boş sahələrimiz atəşə tutulub. 22:30 radələrində Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurdu. Hazırda sakitçilikdir, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
Eyni zamanda, düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.
Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.
Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 6207 Tarix: 17 may 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub
Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şəri
20 martİlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı Novruz bayramı münasibətilə təbrik edib. -a istinadən təbrikin mətnini təqdim edir:. "Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm. Azərbaycan torpağında çox qədim köklər
18 martMaduro və həyat yoldaşı yenidən hakim qarşısında
Manhetten federal məhkəməsində Venesuela prezidenti Nikolas Maduronun işi üzrə ikinci məhkəmə prosesi başa çatıb. xəbər verir ki, dinləmə təxminən bir saat yarım davam edib. Dinləmənin əsas məsələsi ABŞ hökumətinin Maduro və həyat yoldaşı Siliya Floresin hüquqi xidmətləri üçün Venesuela hökumətinin ödənişin
27 mart31 Mart soyqırımı - insanlığa qarşı cinayət
Son iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə "böyük Ermənistan" yaratmaq kimi xülyalarını həyata keçirmək istiqamətində atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllər və soyqırımı aktlarıilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə hazırda Ermənista
31 martYaddan çıxmayan soyqırım
Tarix boyu Azərbaycan qonşu ölkələrin təcavüzünə, işğalına məruz qalıb. Təbii ki, məqsəd, türk varlığına son qoymaq, dövlətimizi parçalamaq, torpaqlarını bölüşdürmək olub. Eyni zamanda xalqımız işğallar zamanı qəddar işgəncələrə məruz qalmış, tarixi abidələrimizə, milli mədəniyyətimizə qarşı barbarlı
31 martTürkiyə XİN: Qara dənizdə tankerə hücum beynəlxalq hüququ pozur
Türkiyənin Xarici İşlər Nazirliyi Qara dənizdə "Altura" tankerinə edilən hücumu beynəlxalq hüququn pozulması və gəmiçiliyə ciddi təhdid kimi qiymətləndirib. xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçelinin bəyanatında bildirilib. "Bu gün Qar
27 mart