Hazır olun! Sentyabrda Azərbaycanda elə bir hadisə baş verəcək ki...

Hazır olun! Sentyabrda Azərbaycanda elə bir hadisə baş verəcək ki...Fuad İbrahimov: "Manatın dövriyyədən çıxarılması, azaldılması prosesi davam edəcək"

Azərbaycanda baş verən iki kəskin devalvasiyadan sonra hər kəsi düşündürən manatın hansı məzənnə koridorunda dəyişəcəyidir.Bu istiqamətdə kifayət qədər proqnozlar, rəsmi məlumatlar yayılıb.Ancaq demək olar ki, deyilənlər hər zaman bir-birinə zidd olub.Müstəqil ekspertlərin verdiyi açıqlamalar Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatların tamamilə əksini göstərib.Mövcud məzənnə isə təbii ki, AMB-nin nəzarətindədir.Ekspertlər hesab edir ki, manatın məzənnəsini AMB inzibati qaydada tənzimləyir və məzənnəyə valyuta bazarının heç bir təsir imkanları yoxdur.Çünki Azərbaycanda makroiqtisadi vəziyyət yoxdur.Bu gün iqtisadiyyatda balans pozulub.

Manatın məzənnəsinin bir müddətdir 1.70 civarında dəyişməsinə münasibət bildirən deputat Vahid Əhmədov manatın ucuzlaşacağı proqnozunu davam etdirib. Millət vəkilinin sözlərinə görə, hazırda idxalın azaldılması ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb: "Müəyyən qədər manat qıtlığı yaratmaqla məzənnəni saxlamaq mümkün olub. Sentyabr ayından sonra bunu etmək daha çətin olacaq".

AMB isə bunun tamamilə əksini deyir.AMB-nin verdiyi məlumatlardan belə məlum olur ki, manatın məzənnəsi hələ uzun müddət 1.70 koridorunda olacaq.Məzənnədə ciddi şəkildə azalma və ya artma müşahidə olunmayacaq.

Manatın məzənnəsinin hansı istiqamətdə dəyişəcəyini "Cümhuriyət" qəzetinə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, Mərkəzi Bank iqtisadi inkişafın qarşısını almaqla məzənnəni sabit saxlayır. Onun sözlərinə görə, bu gün ölkə iqtisadiyyatının inkişafı üçün iqtisadi mexanizmləri işə salmaq lazımdır:

"Manatın məzənnəsini elan olunan dəhlizdə (oxu: 1.70) saxlamaq onu göstərir ki, Mərkəzi Bank yenə də bazar iqtisadiyyatının müddəalarına cavab verməyən alətlərdən istifadə edəcək. Yəni, manatın dövriyyədən çıxarılması, azaldılması prosesi davam edəcək.Məzənnə yenə də süni şəkildə saxlanılacaq. Ancaq məzənnənin bu dəhlizdə sentyabra qədər saxlanılması bir az mübahisəli məsələdir. Ola bilər ki, noyabr, dekabr aylarına və ya 2018-ci ilin sonuna qədər məzənnəni bu çərçivədə saxlasınlar.

Ancaq nəyin hesabına?Yəni, Vahid Əhmədov bu haqda doğru deyib ki, manatın məzənnəsini sentyabra qədər saxlamağın özü belə böyük bir faciədir. Çünki bu proses iqtisadiyyatın kiçildilməsi hesabına aparılır. Bu yolla aşağı və orta sahibkarlıq sinfinin dinamik inkişafının qarşısı alınır.Ümumiyyətlə, manatı dövriyyədən çıxarmaqla makroiqtisadi səviyyədə iqtisadiyyatın irəliləyişinə sədd çəkilir.Bu gün bu manatın məzənnəsinə təsir etmək üçün Mərkəzi Bankın əlində olan yeganə alətdir.

Bir tərəfdən də bu gün nəyin bahasına olursa-olsun, məzənnəni saxlamaq lazımdır.Çünki ərzaq məhsullarının idxalı yüksək olduğu üçün bu gün məzənnəni bu alətlər hesabına saxlamaq daha yaxşı olar.Amma digər tərəfdən də bununla iqtisadiyyatın dinamik inkişafının tamamilə qarşısı alınır.Bu baxımdan sanki qapanmış dairə yaranır.Bu dairədən də çıxmaq üçün yol xəritəsi müddəlarını və digər iqtisadi mexanizmləri hərəkətə gətirmək lazımdır.Bunun başqa yolu yoxdur".

Mənbə: cebheinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3816   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart