Erməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİ

Erməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİDurmadan artan itkilər, əsgərlərin bir-birlərini güllələməsi, təxribat əməliyyatlarının uğursuzluğu, ordu daxilindəki xaos, Azərbaycan ordusunun düşmənə məxsus zenit-raket kompleksini, digər texnika və hərbi obyektləri məhv etməsi Ermənistan ordusunu iflic vəziyyətə salıb.

Düşmən ölkə daxildə saxtalaşdırdığı iki seçki nəticəsində, onsuz da, gərgin olan sosial-ictimai vəziyyətin partlayış həddinə çatmaması üçün cəbhədə növbəti təxribat əməliyyatları keçirməyə cəhd edir. O cümlədən də, informasiya təxribatları. Bu gün yaydıqları videogörüntülər kimi.

Gəlin, həmin videoları diqqətlə təhlil edək.

Əvvəla, döyüş mövqelərinə yaxın ərazidə havadan müdafiə sistemlərinin, rabitə və hərbi nəqliyyat vasitələrinin yerləşdirilməsi mümkün deyil. Bu, kadrlarda açıq sezilir. Belə ki, ilkin olaraq video görüntünün birinci saniyəsində (şəkil 1) düşmən mövqelərindən atılan mərmilər 07-13 saniyəsində yaşayış məntəqəsinin yuxarı istiqamətində partlayır (şəkil 2).

Düşmən görüntülərdə dərhal diqqəti yayındırmaq üçün "atəş nöqtələrinə" zərbə vurulduğunu bildirir. Halbuki, həmin istiqamətdə mülki əhalinin yaşayış məntəqəsi yerləşir. Ona görə də, videonun 2-ci, 3-cü saniyələrində atəşdən sonra mülki geyimli şəxslərin ərazidən uzaqlaşması görünür. Məntəqəni ətrafında peyin tayası da oranın yaşayış obyekti olmasını təsdiqləyir. Ərazi vurularkən, 12-ci saniyədə yenə də atəşin icində qaçan mülki sakin (şəkil 3) görürük.

Sonxeber.az azvision.az-a istinadən xəbər verir ki, göründüyü kimi, düşmən yaşayış məntəqələrimizi "hərbi obyekt" kimi təqdim edir. 25 və 26-cı saniyədə ərazinin bombalanması nəticəsində nədənsə vurulmayan məntəqə (şəkil 4) 37-ci saniyədə vurulur (şəkil 5) və dərhal "partlayış" tüstü ilə əvəz edilir (şəkil 6).

Yaşayış məntəqəsini "Radioelektron vasitələrlə mübarizə və rabitə idarəetmə qovşağı" kimi təqdim edən düşmən vurulan məntəqənin fotosunu (foto videoya əlavədir) yayımlayarkən kabel yanğını və daha böyük partlayışdan danışır. Halbuki, videoda geniş yanğının olmadığı aşkar görünür (şəkil 5-dən 6-ya keçidi, 37-38-ci saniyələri diqqətlə izlə).

Videonun bu hissəsini izləyərkən konkret nəticəyə gəlmək olar ki, həmin ərazi düşmənin iddia etdiyi kimi "Radioelektron və rabitə idarəetmə qovşağı" deyil. Yoxsa, həmin qurğulara sahib sistem daha böyük yanğın çıxarar və ən azından yanğın uzun müddət çəkərdi. Pilotsuz uçuş aparatı ilə yuxarıdan çəkilən montajlanmış görüntülər də bunu təsdiq edir.

Düşmən daha sonra daxili auditoriyaya məhv edilmiş zenit-raket komplekslərinin əvəzində, guya bölmələrimizə məxsus "OSA" ZRK-nın vurulmasını göstərməyə cəhd edir. Yenə də eyni ssenari təkrarlanır. Obyektin qarşısına düşən mərmi onu zədələmir (şəkil 8), daha sonra həmin obyektin partladılması (şəkil 9) göstərilir. Ardınca daha maraqlı bir hal müşahidə edirirk. "Maskalanmış texnika"nın üzərindəki örtük yanmır (şəkil 10).

Təsəvvür edək ki, hansısa möcüzə nəticəsində yanmayan bu örtüyün altında həqiqətən Zenit Raket Kompleksi var. Amma aşağıdakı foto yuxarıda göstərilən kadrlarla tamamilə ziddir və video görüntülərin təxribat məqsədilə hazırlanığını aşkar ortaya çıxarır. Bu "geniş partlayış" görüntüləri videonun daxilinə foto kadr olaraq yerləşdirilib, yəni sonradan hazırlanıb.

Yəni düşmən təxribat məqsədilə hazırladığı bu görüntülərlə özünü ifşa edir. Faktik olaraq, yaşayış məntəqələrimizin vurulması və mülki sakinlərin hədəfə alınması isə Azərbaycan ordusuna növbəti cavab zərbələrini üçün əsas qazandırır
Erməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİErməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİErməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİErməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİErməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİErməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1526   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən ikinci şəxs də həbs edilib

Məhkəmənin qərarı ilə "Roşka" ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib. "Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. *. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edə

11 aprel
.

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

"İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır". "Report" xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib. "Xəstə daxil olarkən diaqnoz

12 aprel
.

Bakıda gənc oğlan sübh tezdən özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində Südçülük Sovxozu deyilən ərazidə baş verib. 28 yaşlı Tağıyev Turqut Rafiq oğlu səhər saat 7 radələrində yaşadığı evdə özünü asıb. İntiharın səbəbi isə məlum deyil. Araşdırma aparılır

13 aprel
.

Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb

2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib. Buna baxmayaraq, qəzalarda həlak olanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki ill

14 aprel
.

Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar. Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçini

11 aprel
.

Axtarışda olan şəxslər tutuldular

Aprelin 10-da ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən  -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

11 aprel
.

Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. -ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır. Klubun mətbuat katibi Mübariz Süleymanlının -a verdiyi məlumata görə, hüquq-mühafiz

11 aprel
.

Xaçmazda məktəbdə yanğın

Xaçmazdan məktəbdə yanğın olub. Bu barədə -a FHN-dən bildirilib. Məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3 ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb. Məktəbi

9 aprel
.

Bakı-Qazax şosesində zəncirvari qəza: Xəsarət alanlar var

Bakının Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Bakı-Qazax şosesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nadir Habil oğlu Nağıyev və 22 yaşlı Sadiq Eduard oğl

14 aprel