Ramil Usubovun işdən qovduğu yol polislərinin - ADLARI+ tam siyahı

Ramil Usubovun işdən qovduğu yol polislərinin - ADLARI+ tam siyahıDaxili İşlər naziri Ramil Usubovun heyrət doğuran qanunsuz hərəkətlərinə görə bu yaxınlarda işdən qovduğu 7 polis əməkdaşının adları məlum olub. Söhbət, Bakı şəhəri, Nizami rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin əməkdaşlarından gedir.

Bir neçə gün əvvəl BakiPost.az xəbər verirdi ki, bu qurumda xidmət aparan polis əməkdaşları Daxili İşlər Nazirliyində qeydiyyatda olmayan rabitə vasitələri ("ratsiya") ilə təchiz edilib. Yol polisi əməkdaşları xidmət aparan zaman qanunu pozan sürücülər və qayda pozuntuları ilə bağlı məruzələri yalnız bu rabitə vasitəsi ilə həyata keçirirmişlər.

"Əməliyyat"lar zamanı çoxlu sayda nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, burada isə müəyyən vəsait ödənildikdən sonra avtomobillər sərbəst buraxılıb.

İnandırıcı olmaq üçün sürücülərə qeydiyyatda olmayan buraxılış vərəqələri verilib. Əslində isə cərimə meydançasına aparılan avtomobillərin buraxılması üçün alınan pullar haqda şöbənin rəisi və onun yaxın ətrafından başqa heç kim xəbərdar olmayıb. Yəni alınan pullar rəsmiləşdirilməyib, şəxsi ciblərə gedib.

Araşdırma zamanı məlum olub ki, bütün bunlarla yanaşı Nizami rayonu ərazisində rəhbərliyə məruzə olunmadan reydlərin aparılması da qanunsuz olaraq həyata keçirilib. Bu reydlər zamanı da həmin rabitə vasitələrindən istifadə olunub.

Məlumatda bildirilirdi ki, şöbədə çalışan, yol-patrul xidməti aparmaq səlahiyyəti olmayan polis zabitləri – "kabinet işçiləri", həmçinin, təqaüddə olan sabiq DYP əməkdaşı da həmin reydlərə cəlb olunurmuş.

Bu proses 2017-ci ilin mart ayına qədər davam edib. 2017-ci ilin mart ayının əvvəllərində isə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin əməkdaşları qeyd olunan pozuntuları aşkar edərək, təhqiqata başlayıblar.

Aparılan təhqiqatların nəticəsi olaraq, əmrlərin icraçısı olan 7 əməkdaş daxili işlər orqanlarından xaric edilib. Onlar arasında iki zabit və bir nəfər polkovnik-leytenant rütbəli şəxs də var.

"AzPolitika.info" işdən qovulan polis əməkdaşlarının adlarını dəqiqləşdirməyə nail olub. Siyahını təqdim edirik:

Bəhram Mədətov (Polkovnik-leytenant)

Rza Mehtiyev

Anar Qurbanov

Fuad Atakişiyev (PPX əməkdaşı)

Tərlan Qasımov

Elnur Rəhmanov

Coşqun Abbasov

Maraqlıdır ki, bu kobud qanun pozuntularına görə birbaşa məsuliyyət daşıyan Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Firdovsi Yusifov hələ öz vəzifəsində qalır. Bu anlaşılmaz fakt isə ilk növbədə işdən çıxarılan polis əməkdaşlarının narazılığına səbəb olub. Onlar qanun pozuntularını məhz rəisin göstərişi və tələbi ilə həyata keçirdiklərini bildirirlər.

Yeri gəlmişkən, müşahidələr belə deməyə əsas verir ki, Nizami DYPŞ əməkdaşlarının qanunsuz hərəkətləri hazırda da davam edir. Hətta daha əcaib formada. Adının çəkilməsini istəməyən vətəndaş-sürücü deyir ki, iki gün əvvəl – mayın 16-da Nizami DYPŞ-nin 99-YP-279 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan əməkdaşı Musayev İqrar Himayət oğlunun qəribə təklifi ilə üzləşib. Belə ki, "İslam Oyunları"na görə "Koroğlu" metrostansiyasının ətrafında yaranmış qarmaqarışıqlıqdan çaşan sürücü avtobus dayanacağına daxil olub. Bu zaman sözügedən DYP əməkdaşı onu saxlayıb və qaydanı pozduğunu, 100 manat 4 bal cərimə ediləcəyini bildirib. Sürücü izah etməyə çalışıb ki, o, yaranmış qarmaqarışıqlığa görə çaşdığından avtobus dayanacağına daxil olub. İmkan varsa, güzəşt olunsun. Bundan sonra DYP inspektoru ilə sürücü arasında təxminən belə bir dialoq keçib:

İnspektor: Nə deyirsən, bəlkə "seka" edək?

Sürücü: "Sekanı" başqaları ilə edərsən! Mənə isə imkan varsa, yazma.

İnspektor çaşqın halda: Həəə… "seka" deyəndə ki, mən deyirəm yəni cərimənin yarısını yazım. 100 manat deyil, onun yarısını yazım… Yəni maddəni dəyişim…

Bundan sonra inspektor guya 50 manatlıq, yəni "seka olunmuş" protokolu yazır və sürücüyə təqdim edir. Lakin sürücü sonradan aydınlaşdırır ki, heç bir "seka"dan söhbət gedə bilməz, inspektor ona elə yol verdiyi xətaya uyğun cərimə yazıb – 60 manat, 3 bal. Yəni, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci bəndi ("Giriş qadağandır" yol nişanının tələbini pozma) inspektorun təqdim etdiyi kimi, 100 manat və 4 bal yox, elə 60 manat 3 bal cərimə sanksiyası nəzərdə tutur.

Sürücü təklif edir ki, DYP rəhbərliyi inspektor İqrar Musayevin "Gəl "seka" edək" təklifinin əslində nə məna daşıdığını aydınlaşdırsın və KİV-də élan etsin ki, bu təklifi alan vətəndaş-sürücülər çaşıb, onun kimi başqa məna çıxarmasınlar…


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4613   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021