Son dəqiqə! Ermənilərə işləyən azərbaycanlı satqınlarla bağlı ŞOK DETAL - Sən demə onlar illərdir...

Son dəqiqə! Ermənilərə işləyən azərbaycanlı satqınlarla bağlı ŞOK DETAL - Sən demə onlar illərdir..."Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev deyib.

DTX rəisi bildirib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərbə Şərqin qovşağında yerləşir: "Təbii ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü aşkarlamışdı, artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi, prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq məsələyə öz qiymətini verəcək".

Mənbə: APA

Hadisə   Baxılıb: 27546   Tarix: 19 may 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR