Avtoritetlər görün hansı azərbaycanlı məşhur müğənniləri şantaj edib sonra da...

Avtoritetlər görün hansı azərbaycanlı məşhur müğənniləri şantaj edib sonra da...Bakı Ağır Cinayətlər Məhkəməsində "Şeron" musiqi qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə növbəti prosesi keçirilib.

Hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs qismində İntizar Məmmədov ifadə verib.

O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib: "Təqsirləndirilən şəxslər mənə hədə-qorxu gəlməyib, pul tələb etməyiblər. Onlardan şikayətçi deyiləm". İntizar Məmmədov həmçinin ifadəsində zərərçəkmiş olmadığını deyib: "Şəxsən mənə və mənim yanımda Ramilə Tahir və dostları heç bir hədə-qorxu gəlməyib. Sadəcə Rəşadgilə borclu olduğumuz pulu verməyimizi istəyiblər".

İntizar Məmmədov ibtidai istintaq zamanı ifadəsində bildirib ki, musiqi sənəti ilə 5 ildir məşğul olur: "2012-ci ildə dostlarım Ramil Qasımov və Rəşad Əhmədov ilə birlikdə "Şadan" musiqi qrupunu yaratdıq. Qrupa maliyyə dəstəyi vermək üçün birlikdə Rəşadın atası Ziyadxana məxsus Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən səs-yazma studiyasını öz razılığı ilə 55 min dollara Tərlan adlı şəxsə satdıq.

Əldə olunmuş vəsaitdən Rəşad özünə 5 min dollar götürdü, 5 min manatı isə mən götürdüm. Qalan pulu qrupun inkişafına xərclədik. Razılaşmışdıq ki, hər toy məclisindən əldə etdiyimiz 3 min manatın 1000 manatını musiqiçilərə verək, 1000 manatını üçümüz aramızda bölək, qalan 1000 manatı Rəşadın atasına verək.

Bir müddət bir yerdə işləyərək Rəşadın atasının pulundan 13 min manat qaytardıq".

İntizar Məmmədovun sözlərinə görə, 2015-ci ildə qrupdan ayrılıb və ayrıca fəaliyyət göstərməyə başlayıb: "Lakin Rəşadın atası və özü bizdən pulun qalan hissəsini tələb etdi. Həmin vaxt Rəşadın atası pulunu dolların yeni məzənnəsi ilə istədi".

Zərərçəkmiş qeyd edib ki, 2016-cı ilin oktyabr ayında Rəşadın atası əvvəllər tanımadığı, adlarının ona sonradan "Qara Çöplü" ləqəbi ilə tanınan Tahir, "Vaska" ləqəbli Vazeh, Gündüz, gürcüstanlı Ariz, Zabratlı İlqar, Talış İlqar və Emin kimi şəxsləri üstlərinə göndərib: "Həmin şəxslər birinci dəfə Bakıxanov qəsəbəsində çayxanalardan birində, ikinci və üçüncü dəfə Tahir adlı şəxsin yaşadığı Zabrat qəsəbəsindəki evində, dördüncü dəfə isə Nəsimi rayon Polis İdarəsinin yaxınlığında "PUB"lardan birində görüşdük.

Tahir bildirdi ki, Rəşadın atası borcunu almağı onlara həvələ edib. Tahir Rəşadın atasının obyektinin satışından əldə olunmuş 55 min dolların qaytarılmasının zəruri olduğunu bildirdi. Özünü ədalətli şəxs kimi göstərmək üçün həmin pulun hansı formada alınmasını Rəşaddan soruşdu.

Rəşad bildirdi ki, obyektin satılması müqabilində 36 min manat və 13 min dollar alınıb. Bundan sonra Tahir həmin pulları üç nəfərin arasında böldü. Hərənin payına12 min manat və 4 min dollar düşdüyünü təyin etdi. O, həmin pulların qısa zamanda ona çatıdırılmasını tələb edərək, bizdən nə edəcəyimizi soruşdu.

Həmin görüşdə Ramil ilə birlikdə 13 min manatı birgə çalışdığımız dövrdə Rəşada qaytardığımızı dedik. Qalan pulun əvəzində "Mercedes Benz S-klass" markalı maşınımı verə biləcəyimi dedim. Avtomobilə baxış keçirərək 10 min manatla əvəzlədilər. Ramilə isə fikirləşməsi üçün vaxt verdilər".

İntizar Məmmədovun sözlərinə görə, onlara hələlik Ramillə birlikdə hərəsinə 500 dollar verməyi təklif ediblər. O, qeyd edib ki, onlar həmin 500 dolları düzəldərək Tahirə veriblər.

İntizar Məmmədov qeyd edib ki, Ramildən ilkin olaraq 6 min manat verməsini tələb ediblər: "Bir neçə gündən sonra Tahirə zəng etdi və görüş üçün evinə dəvət etdi. Ramil və Famil ilə birlikdə Tahirin evinə getdik. Orada Tahirin dostları da var idi. Həmin vaxt avtomobilimin açarlarını və sənədlərini Tahirə verdim. Ramil isə pulunun olmadığını söylədi. Tahirə Ramilə bir ay vaxt verdi və 4 min dolları ona çatdırmasını tələb etdi".

İntizar Məmmədov qeyd edib ki, 2017-ci ilin yanvarın 1-də Tahirin adından ona Emin adlı dostu zəng vurub: "Emin Ramillə hərəmizə 100 manat verməyimizi tələb etdi. Mən pul verməkdən imtina etdim. Yanvarın 5-də isə Tahirin özü zəng vurdu. O, Ramildən şikayətləndi. Bildirdi ki, vəd verdiyi pulu vaxtından çatdırmayıb, müxtəlif yerlərdə görüş təyin etsə də, həmin görüş yerlərinə gəlməyib. Məndən Ramillə əlaqə saxlamağımı tələb etdi.

Ramillə əlaqə saxladım, ondan nə baş verdiyini soruşdum, həyəcanlı şəkildə bildirdi ki, Tahir və dostları ona təzyiq göstərir, hədə-qorxu gəlir, təcili olaraq borclu olduğu pulu qaytarmasını bildirirlər. Sonradan eşitdim ki, Tahir və dostları gecə saatlarında Ramilin evinə gedib, buna görə də Ramil onlardan polisə şikayət edib".

İntizar Məmmədov ifadəsinin sonunda göstərib ki, Tahirgilin evində olarkən, onun dostlarından biri üzərlərinə zarafatla tapança tuşlayıb.

Növbəti proses mayın 25-də davam edəcək.

İttihama görə, Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Ariz Məmmədov və Əfsun Quliyev külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə əlbir olublar.

Onlar qrup halında özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri Lotu Qulinin qardaşı Lotu Namiqin adamları kimi təqdim ediblər.

Dəstə üzvləri hər yerdə cinayətkar aləmlə sıx əlaqədə olduqlarını deyib, gəzdirdikləri silahlarla hədə-qorxu gəliblər, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddətdə "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər, həmçinin müğənnilərə vaxt veriblər.

Dəstə üzvləri qoyduqları vaxtın artırılması üçün Lotu Namiqdən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 500 dollar olmaqla ümumilikdə 1000 dolları alıblar. Onlar bir qədər sonra isə İntizar Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatı ilə əvəzləşdiriblər.

Bundan başqa, Əfsun Quliyev və digərləri 2016-cı il noyabr ayının 30-da saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində Ramin Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə Ramin Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Əfsun Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nəsimi rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.

Mənbə: teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5777   Tarix: 22 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Ağdamda atası tərəfindən öldürüldüyü deyilən qızla bağlı YENİ TƏFƏRRÜATLAR - VİDEO

4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb. Xəzər TV-yə istinadən bildirir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası onu qətlə yetirdiyini və həyətdə basdırdığını bildirib. Axtarış rayonun Ağdam rayonud

23 fevral
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədə

2 mart
.

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey

7 mart
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart