DƏHŞƏT! Azərbaycanda insanları hamamda boğub, meyitlərini çaya atdılar, sonra... - FOTO

Öz zəngin tarixi memarlıq abidələri ilə ölkəmizin tarixinə rəng qatan regionlarından biri də Quba rayonudur. Quba rayonunun mərkəzində yerləşən "Günbəzli hamam" isə memarlıq üslubu və formasına görə seçilən abidələrdəndir.
"Günbəzli hamam" və ya el arasında "Çuxur hamam" kimi tanınan memarlıq abidəsi XVII-XIX əsrlərə aid edilir. O, Şərq memarlığının incilərindən sayılır.
Bu abidə həm də ona görə qiymətlidir ki, məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaz səyahəti zamanı "Çuxur hamam"da çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları "Çuxur hamam"ın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.
Hamamın binası qırmızı kərpicdən inşa olunub. Hamam planda dördbucaqlı olub. Əsas baş giriş qapısı şimal tərəfdəndir. Onun qırmızı kərpicdən tikilən günbəzi lazımi temperaturu və rütubəti saxlamağa kömək edir. "Günbəzli hamam" 6 otaqdan ibarət olub, 2 qapısı və 6 pəncərəsi var.

Sözügedən hamam 1985-ci ilə kimi istifadə olunub. Mədəniyyət Nazirliyinin istehsalat və elmi bərpa emalatxanasının Quba sahəsi üzrə briqadası 1986-1987-ci illərdə burada bərpa işləri aparıb. Bərpa işləri başa çatdıqdan sonra "Günbəzli hamam" bir neçə koorperativ şirkətə icarəyə verilib. Lakin onlar bu vaxta kimi orada heç bir iş görməyiblər.
Bina baxımsızlıq üzündən və nəmdən pis vəziyyətə düşüb. Qapı-pəncərəsi oğurlanıb, kanalizasiya sistemi tutulub, divarları dağılıb. Hamamın içərisi də bərbad vəziyyətdədir.
Rayonun ziyalıları, eləcə də digər sakinlər hamamın bu halından narahat olublar. Onlar qədim tarixi abidənin gözlər önündə məhv olduğunu görüb, əlaqədar qurumlara müraciət ediblər. Nəhayət, onların müraciətinə reaksiya verilib. Uzun illərdən sonra - 2016-cı ildə hamamın təmirinə qərar verilib.
Hamamın təmirində icraçı mühəndis vəzifəsini icra edən İsrayıl Cabbarov təmir işləri ilə bağlı məlumat verib: "Təmir işlərinə 2016-cı ilin əvvəllərində başlanılıb. Biz təmir işlərinə başlayanda, hamamın vəziyyəti çox acınacaqlı idi. Vəziyyət o dərəcəyə çatmışdı ki, hamamın divarları dağılıb, kərpicləri eroziyaya məruz qalmışdı".
"Təmir işləri üç mərhələli aparılır. Artıq ikinci mərhələdəyik. İlkin mərhələdə ancaq çat hissələri, sökülən yerləri təmir etdik. Demək olar ki, fasad hissələrini yenidən tikdik. Sökülüb-dağılmış hissələrin orijinallığını qoruyub saxlamaqla təmir etmək böyük ustalıq tələb edirdi. Çünki hamamın tikintisində demək olar ki, heç bir yapışdırıcı məhluldan istifadə olunmayıb" - mühəndis bildirib.
İ. Cabbarovun dediyinə görə, hər hansı kiçik bir səhv binanın tamamilə dağılmasına səbəb ola bilərdi: "Bu işi yüksək səviyyədə bacardığımız üçün çox şadıq. İkinci mərhələdə hamamın çöl hissəsində təmir və yenidənqurma işləri aparılır. Üçüncü mərhələdə isə içəri hissələrində kərpiclərin arakəsmələrinin yenidən işlənməsi olacaq. 2017-ci ilin sentyabr ayında təmir işlərinin başa çatdırılması nəzərdə tutulub".
O, hamamın təmirinin ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirildiyini deyd edib. Təmir-tikinti işlərini "Qaya" MMC həyata keçirir. O, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin təmir işləri ilə yaxından maraqlandıqlarını da vurğulayıb. (Sputnik Azərbaycan)
DƏHŞƏT! Azərbaycanda insanları hamamda boğub, meyitlərini çaya atdılar, sonra... - FOTODƏHŞƏT! Azərbaycanda insanları hamamda boğub, meyitlərini çaya atdılar, sonra... - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2605   Tarix: 24 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel