Təcili! Azərbaycanın tanınmış həkiminin həbsi ilə bağlı heç kimin bilmədiyi DETALLAR ORTAYA ÇIXDI - Sən demə o....

Təcili! Azərbaycanın tanınmış həkiminin həbsi ilə bağlı heç kimin bilmədiyi DETALLAR ORTAYA ÇIXDI - Sən demə o....Gürcüstan prokurorluğu Tbilisidə fəaliyyət göstərən "Lanset" klinikasının direktoru, qalmaqallı doktor Fərman Ceyranovn həbsi ilə bağlı rəsmi açıqlama yayıb.
Prokurorluq Ceyranovun orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunduğunu açıqlayıb.
Açıqlamada deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan cərrah-transplantoloq dəvət edib, hansı ki, onun heç bir tibb sahəsi üzrə Gürcüstan sertifikatı olmayıb. Bundan sonra təqsirləndirilən şəxs pasiyentləri klinikaya cəlb etmək üçün sosial şəbəkələrdə və telekanallarda belə məlumat yayıb ki, guya klinikaya transplantologiya üzrə Türkiyədən həkim-mütəxəssis dəvət olunub, həmin mütəxəssis klinikada qara ciyər problemlərindən əziyyət çəkənlər üçün pulsuz müayinələr təşkil edir. 2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya müraciət edib. Klinikada pasiyentlərə bildiriblər ki, onların qara ciyər transplantasiyasına ehtiyacı var, ölkədə isə Türkiyədən olan mütəxəssis-transplantoloqlardan ibarət qrup fəaliyyət göstərir, guya həmin qrup dəfələrlə uğurlu qara ciyər nəqli həyata keçirib. Pasiyentlərdən biri klinikanın direktoruna 99 min lari (41 min dollar) ödəyib, ikincisi isə borc müqaviləsi bağlayıb və müqaviləyə görə 2016-cı il aprelin 10-a qədər klinikaya 40 min dollar ödəməli idi. "Əməliyyatların keçirilməsinə qədər "Lanseti" MMC-nin direktoru F.C. pasiyentlərə, donorlara və onların ailə üzvlərinə qara ciyər nəqli ilə bağlı risklər haqda məlumat verməyə borclu idi. Habelə əməliyyat barədə transplantologiya Şurasını məlumatlandırmalı, qara ciyər nəqli üçün icazə almalıydı. Lakin o, bunları etməyib", Gürcüstan Baş prokurorluğu bildirir. Qara ciyər nəqli üçün birinci əməliyyat klinikada 2016-cı il martın 3-də, ikincisi martın 8-də keçirilib. Hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb. Faktla bağlı iri məbləğdə dələduzluq, insanların sağlamlığı üçün risk yaradan saxtalaşdırma, məlumatların gizlədilməsi maddələri ilə iş qaldırılıb.
Bu maddələr üzrə 6 ildən 9 ilə qədər həbs nəzərdə tutulur. İstintaq cinayətin digər iştirakçılarının aşkara çıxarılması üçün işləyir. Fərman Ceyranovun qara ciyər nəqli üçün Azərbaycandan dəvət etdiyi və türk kimi qələmə verdiyi həkimin kimliyi göstərilmir. (Virtualaz.org)
***
"Lanset" klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib.
Həbs edilən Fərman Ceyranlı cinayət məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır.
Qeyd olunan maddə isə dələduzluqdur. Cinayət işində iki nəfərin adı keçir.
Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl "Lanset" in lisenziyası geri alınıb.
Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək.
Hazırda o baş polis idarəsinin müvəqqəti təcridxanasındadır.
Fərman Cahan oğlu Ceyranlı 1957-ci ildə Saqareco rayonunda anadan olub. 1974-cü Yor-Muğanlı kəndində orta məktəbi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.
1980-ci ildə institutu bitirib və sonra 1 saylı Tbilisi şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.
1985-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.
On il Moskvada elmi fəaliyyət göstərməklə yanaşı, həm də praktik cərrah kimi çalışan F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm idarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub. (Xəbər.ge)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2956   Tarix: 24 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021