18 yaşlı qız "mən cihada gedirəm" yazıb evdən qaçdı

18 yaşlı qız "mən cihada gedirəm" yazıb evdən qaçdıKövsər Çelik adlı 18 yaşlı gənc qız İstanbuldakı evlərindən ötən bazar günü ayrıldıqdan sonra bir daha geri qayıtmayıb.

Türkiyə KİV-də yer alan məlumata görə, bu müddətdə qızlarından heç bir xəbər almayan Çelik ailəsi onun geridə qoyduğu və sonu "...şəhid olacağam. Haqqınızı halal edin. Məni axtarmayın, sormayın" şəklində bitən məktubuna görə qızlarının Suriyaya radikal qruplara qoşulmasından narahatdır. Ailə günlərdir göz yaşı tökür.

Ailənin 4 uşağından ən böyüyü olan Kövsər bazar günü bir məktub yazdıqdan sonra müəammalı şəkildə yoxa çıxıb. 18 yaşlı Kövsər məktubunda yazıb: "Mən cihada gedirəm. Allah yolunda döyüşəcəyəm. Şəhid olacağam". Bunu oxuduqdan sonra dünyası qaralan ata Cavad Çelik dərhal polisə müraciət edib.

Ata qızının son zamanlar telefonla daim mesajlaşdığını, telefon nömrələrini rəsmi orqanlardan tələb etmələrinə baxmayaraq, bu günə qədər ala bilmədiklərini söyləyib:
"40 gün ət yemədi. "Qızım, niyə yemirsən" deyəndə "nəfsimi tərbiyə edirəm" dedi".

Anası İsminaz Çelik də bu məlumatı təsdiqləyib. Qızının son dövrlərdə telefonla daim mesajlaşdığını, gecə yatmadığını, səhər də erkən oyandığını deyən ana bildirib: "Mən nişanlısı ilə danışır deyə, fikir verməmişəm. Son bir həftədir günahkar kimi görünürdü. Telefonu qoyar-qoymaz cinayətkar kimi qalxırdı. Çarşabla bağlı çox danışırdı. "Ana carşab geyəcəyəm, ərəbcə öyrənəcəyəm" deyirdi. Ərəbcə ilahilər dinləməyə çalışırdı. Bu nə, mən bundan bir şey başa düşmürəm deyəndə, o "ancaq mən anlayıram" deyirdi".

Qızının Suriyaya getdiyini düşündüyünü deyən Cavad Çelik deyib: "Suriyanın öz problemləri özünə bəsdir. Bizim problemlərimiz də özümüzə. Öz ölkəmizi xilas etdik ki, Suriya qaldı?".

10 aydır nişanlı olduğu 18 yaşlı Abdullah Yeryudan ilə son dəfə 10 gün əvvəl görüşən Kövsər ona da heç nə deməyib. Telefonla əlaqə saxladıqları nişanlısı aralarında hər hansı bir mübahisə və ya ayrılıq olmadığını bildirib. Nişanlısı da Kövsərin yoxa çıxmasına bir səbəb olmadığını bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1316   Tarix: 04 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər. -a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalisti

22 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

22 aprel
.

"Qız qülləsi" bağlanır - SƏBƏB

Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adadakı "Qız qülləsi" bir həftə müddətinə bağlı olacaq. Türkiyə mediasına istinadən xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsim məlumat yayıb. "Qız qülləsi" Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən nəzarət işlərini

23 aprel
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23 aprel
.

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb. -ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb. Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğ

22 aprel
.

Məşhur yarışmanın iştirakçısı keçmiş sevgilisi tərəfindən öldürdü: "Instagram"da paylaşdığı... -FOTO

Türkiyənin məshur "İşte benim stilim" yarışmasının iştirakçısı olan Yağmur Taktaş keçmiş sevgilisi tərəfindən öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, stil yarışmasının iştirakçısı Yağmur Taktaşın Amerikada keçmiş sevgilisi tərəfindən öldürüldüyü iddia edilib. Keçmiş sevgilinin qətldə

22 aprel
.

Yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb QAÇDI

Türkiyənin Bursa şəhərində yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Baş verən davada 16 yaşlı gənc anasına qışqıran atasına bıçaqla xəsarət yetirib. Hadisə saat 23:00 radələrində evdə baş verib. 42 yaşlı ata və 38 yaşlı ana arasında evdə mübahisə baş verib

23 aprel
.

DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı

ABŞ-nin Oklahoma Siti şəhərində beş nəfərin meyiti tapılıb. xəbər verir ki, bu barədə ABC televiziyası şəhər polisinə istinadən məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları onları kütləvi qətlin qurbanı hesab edir. Meyiti tapılanlardan ikisi uşaqdır. Hadisə ilə bağlı araşdırmalara başlanılı

23 aprel
.

Polis yubileyində özünü öldürdü

Rusiyanın Klin şəhər rayonunda 40 illik yubiley tədbiri zamanı polis əməkdaşı intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə qonaqlar gedəndən sonra baş verib. Polis serjantı yubileyini yaxınları ilə bağçada qeyd edib. Ailə üzvləri ilə yanaşı, qonşular, iş yoldaşları da məclisə toplaşıb. Bi

23 aprel