Şad xəbər - Bu evlər kəskin ucuzlaşdı

Şad xəbər - Bu evlər kəskin ucuzlaşdıBakının mərkəzi hissələrində evlər kəskin ucuzlaşıb. Söhbət şəhərin mərkəzi hissələrində yerləşən köhnə beşmərtəbələrdəki mənzillərdən gedir. Bu barədə fins.az-a əmlak elanları saytının rəhbəri, ekspert V. Hüseynov deyib. Onun sözlərinə görə, 28 May küçəsi, Rəşid Behbudov küçəsindən Türkiyə səfirliyinə qədər olan, Xəqani küçəsi və digər mərkəzi ərazilərdə mənzillər son bir ayda 30%-dən çox ucuzlaşıb.

3 otaqlı ev dolu əşya ilə 200 mindən 130 minə düşüb

Evlərin ucuzlaşmasını əmlak elanları vasitəsilə də müşahidə etmək mümkündür. Məsələn, R. Behbudov küçəsində 75 kv.m-lik 3 otaqlı ev əşyalarla birlikdə əvvəl 180-200 min manata təklif edilirdisə, indi saytda 120-130 min manata yerləşdirilib. Başqa sözlə, bu evlər 60-70 min manat ucuzlaşıb.
Eyni mənzərə Xəqani küçəsindəki köhnə beşmərtəbə mənzillərə də aiddir. Məsələn, əvvəl 58-60 kv.m-lik tam təmirli əşyalarla birlikdə 2 otaqlı mənzil 220 min manata satılırdısa, bir qədər təəccüblü olsa da 130 min manata təklif edilir. V.Hüseynov bildirib ki, mebel və digər daşınar əmlakları və nəzərə alsaq, evin qiyməti faktiki olaraq 70-80 min manat deməkdir. Başqa sözlə, şəhərin mərkəzində evin kv.m-i 2 min manata düşür. Bu isə çox aşağı qiymətdir.

5 ayda qiymətlər 4 dəfə dəyişib

Ekspert bildirib ki, Bakının kənar hissələrindən fərqli olaraq mərkəzi ərazilərdə, xüsusilə də köhnə yaşayış binalarında evlərin qiymətləri dəyişkəndir. Belə ki, şəhər ətrafı ərazilərdə MTK-lar mənzillərin qiymətlərini tənzimləyir. Ona görə də bu ərazilərdə qiymətlər stabil qalıb. Şəhərin mərkəzi hissələrində isə geniş tikinti olmadığı üçün mənzil bazarında qiymətlər tez-tez dəyişir: "İlin əvvəlindən indiyə qədər bu ərazilərdə qiymətlər 4 dəfə dəyişib. Qiymətləri tənzimləyəcək amil yox səviyyəsindədir".

"Evləri satıb pulu dollara çevirirlər"

Bu ərazilərdə evlərin yenidən ucuzlaşmasının səbəbinə gəlincə, V.Hüseynov bildirib ki, yay aylarında Azərbaycanda bütün bazarlar üzrə durğunluq müşahidə edilir. Bu amil evlərin də qiymətinə təsir edir. Digər tərəfdən, dolların yenidən bahalaşması ilə bağlı gözləntilər insanları yenidən bu valyutaya yatırım etməyə marağını artırıb. O qeyd edib ki, sadalanan ərazilərdə ucuzlaşan evlərin çoxu eyni adamlara məxsusdur. Yəni, manatın ucuzlaşması şəraitində əldə pul saxlamaq istəməyən vətəndaşlar onu daşınmaz əmlaka yatırmışdılar. İndi isə onu satıb dollara çevirməklə daha çox gəlir əldə etməyə çalışırlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1857   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Yeddinci sinif şagirdini bıçaqlayan şəxs SAXLANILDI - RƏSMİ - YENİLƏNİB

Şəmkir rayonunda məktəblini bıçaqlayan şəxs ələ keçib. Bu barədə -in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. "Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkd

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27 mart