Azərbaycanda kişiləri evə çağırıb başına oyun açan qadın: "Ərim onları döyüb pulunu alırdı" (VİDEO)

Azərbaycanda kişiləri evə çağırıb başına oyun açan qadın: "Ərim onları döyüb pulunu alırdı" (VİDEO)ARB TV-nin "Rezonans" verilişində bu dəfə 8 il 6 ay azadlıqdan məhrum edilmiş Əfsanə Hüseynovanın həyat hekayəsinə yer verilib.

Əfsanə Hüseynova (8 il 6 ay): "12 yaşında məni qaçırtdılar. Onlar anamın öz adamları idi. Oğlan məndən 5-6 yaş böyük idi. Sonra atam xəbər tutdu, hirsləndi. Atam razı deyildi o yaşda evlənməyimə. Atam oğlanı şikayət etdirib tutdurdu. Əmisi gəlib barışıq üçün danışdı, atam razılaşdı. Oğlanı buraxdılar, sonra biz Rusiyadan gəldik Azərbaycana. Mən gəlmək istəmirdim, oğlanı istəmirdim. Oğlan hər gün məni döyürdü, işgəncə verirdi. Onunla bir xoş günümüz olmadı. Elə söyüşlər söyürdü ki, götürə bilmirdim. Uşaqlarımı götürüb rayona getdim. Sonra barışdıq yenə. Sonuncu dəfə ayrılanda isə 3 uşağımın üçünü də özüylə aparmaq istəyirdi. Sonra razılaşdı ki, balaca mənimlə qalsın. Məni aldatdı ki, get maqazinə uşaqlara nəsə al, gələndə gördüm ki, hamısın aparıb. Kor-peşman qayıdıb Bakıya gəldim. Kafelərdə ofisantlıq etdim. Özümü saxlayıb, dolandırdım. Orada tanış olduğum biri ilə qeyri-rəsmi nikaha girdim və uşağım oldu. Atamgil razılaşdı, onun valideynləri razılaşmadı. Atam bizi Rusiyanın Çelyabinsk şəhərinə apardı. Bir müddət orada qaldıq. Uşağımın sənədləri düzgün olmadığı üçün atamgilin yanında qaldı.

Nə üçün tutulmağıma gəlincə isə, yoldaşım metroda bir nəfəri gördü dedi ki, o, sənə baxır. Onu evə çağır, dərsin verəcəm. Mən də onun nömrəsin götürdüm, zəng elədim evə çağırdım. Yoldaşım onu evdə pis döydü. Günahı oğlanda görmürəm, günah bizdədir. Bilsəm belə olacaq çağırmazdım. Yoldaşım işdən çıxandan sonra dedi ki, gəl belə işlə məşğul olaq. Adamları tapırdı, mən də evə çağırırdım. Döyüb pulunu alırdı. Çox peşmanam. Həmin adamı görməyə gözüm yoxdur. 4 uşağım var, 2 ildir ki, üzlərini görmürəm. Valideynlərimin günahı çoxdur. Uşaq vaxtı məni nənəmin yanına atıb Rusiyaya getdilər. İndi isə nə uşaqlarımı yanıma gətirirlər, nə də telefonda səslərini eşidirəm"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 13910   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021