Sevdiyi qızın evin yandıran gəncə 14 il həbs verildi - FOTOLAR

Bundan başqa, təqsirləndirilən şəxs atasının dostu Asif Əsgərovu döyüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon sakini Röyal Fətəliyevin (1994-cü il təv.) CM-nin 186.2.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 221.1 (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

İttiham aktına əsasən Röyal Fətəliyev 2013-cü il dekabrın 4-də tanışı Əli Musayevlə küçədə mübahisə edib, onu döyərək evə aparıb. Orada Əlini zorla soyundurub bıçaqla sifət və sinə nahiyəsinə xəsarət yetirib, sonra isə çılpaq vəziyyətdə küçəyə çıxarıb, xalasıgilin evinədək elə vəziyyətdə aparıb.

Bundan başqa, təqsirləndirilən şəxs atasının dostu Asif Əsgərovu döyüb. Röyal atası haqda nalayiq ifadələr işlədən Asifi "Binə" ticarət mərkəzinin ərazisində yerləşən kafenin arxasına çağırıb və orada ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 2014-cü ilin iyunun 12-də isə, Röyal Fətəliyev sərxoş vəziyyətdə sevdiyi Vüsalə Məmmədovanın (1996-cı il təv.) valideynləri ilə birgə Lökbatan qəsəbəsində yaşadığı evi yandırıb və hadisə yerindən qaçıb.

Zərərçəkən ailənin şikayəti əsasında cinayətin törədilməsində şübhəli bilinən Röyal Fətəliyev Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən ayın 23-də tutulub və istintaqa təqdim edilib. Dindirmə zamanı tutulan şəxs Vüsalə adlı qızı sevdiyini, sonuncunun isə ona "yox" cavab verdiyini bildirib. Buna görə, o əsəbiləşərək qıza, onların yaşadığı evi yandıracağını söz verib.

Məhkəmə prosesində R.Fətəliyev ittiham üzrə özünü qismən təqsirli hesab edib. Təqsirləndirilən şəxs sevdiyi qızın evini yandırarkən onları öldürmək niyyəti olmadığını qeyd edib. Röyal Fətəliyev Vüsalə Məmmədova ilə telefonla tanış olduğunu bildirib:

"Lökbatan qəsəbəsində Mədəniyyət evinin qarşısında görüşdük. Ondan sonra yenə telefonla danışmağa başladıq. Bununla da, bizim aramızda qarşılıqlı sevgi yarandı. Bir gün getdim Vüsaləgilin evinə, fikirləşdim ki, ona sevdiyimi sübut edəcəyəm. Gecə saat 2 radələri idi, qapılarını döysəm də açan olmadı. Telefonda Vüsaləyə demişdim ki, gələcəyəm, düşündüm ki, yəqin, qohumlarıgilə gediblər. Mən də gəldiyimi bilsinlər deyə zirzəmidəki palazın qırağını alışqanla yandırıb, çıxıb getdim. Dedim qoy palaz biraz yansın, gələndə görsünlər və bilsinlər ki, mən gəlmişəm".

Şahid qismində dindirilən Vüsalənin anası Zəminə Məmmədova təqsirləndirilən şəxsə ağır cəza verilməsini və onlara dəyən maddi zərərin ödənilməsini istəyib.

Ardınca iş üzrə ifadə verən Vüsalə Məmmədova da Röyal Fətəliyevə ömürlük cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. /Apa
Sevdiyi qızın evin yandıran gəncə 14 il həbs verildi - FOTOLARSevdiyi qızın evin yandıran gəncə 14 il həbs verildi - FOTOLARSevdiyi qızın evin yandıran gəncə 14 il həbs verildi - FOTOLARSevdiyi qızın evin yandıran gəncə 14 il həbs verildi - FOTOLARSevdiyi qızın evin yandıran gəncə 14 il həbs verildi - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 824   Tarix: 04 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021