Son dəqiqə! Qarabağda müharibə...

Son dəqiqə! Qarabağda müharibə...Xəbər verdiyimiz kimi, dünən Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib.

Hələlik rəsmi açıqlama verilməsə də, ehtimal olunur ki, ordu rəhbərliyinin iştirakı ilə baş tutan görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.

Ermənistan mətbuatının yaydığı məlumata görə, iclasdan sonra kadr dəyişikliyi həyata keçirilib. Mənbə bildirir ki, hərbi polisin rəisi Samvel Qukasyan vəzifəsindən azad edilib. Onun yerinə Sarkisyanın mühafizə xidmətinin rəis müavini Artur Bağdasaryanın təyin edildiyi deyilir.

Politoloqlar ötən gün baş tutan və nəticələri gizlin saxlanılan həmin görüşü Femida.az-a şərh edib.

Siyasi İnnovasiya və texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, dünənki toplantıda Emrənistan ordusundakı dərəbəylik, getdikcə artan qeyri-nizamnamə münasibətləri müzakirə olunub:

"Əslində Ermənistan ordusunun daxilindəki vəziyyət çox bərbad vəziyyətdədir. Ermənistan cəmiyyəti o qədər kriminallaşıb ki, orada prezident, parlament seçkilərini də kriminal qruplaşmalar təşkil edir. Eynilə ordu da bu qayda ilə kriminal avtoritetlər üçün bir məktəbə çevrilib. Son dövrlərdə düşmən ölkədə qeyri-hərbi itkilərin sayı hədsiz dərəcədə artıb. Ermənistan ordusunda ilin əvvəlindən bu günə qədər itkilərin sayı təqribən 50 civarındadır ki, bunların da yarıdan çoxunu qeyri-döyüş şəraitində həyatını itirənlər təşkil edir. Bütün bunlara görə Sarkisyan təcili müşavirə keçirdi. Qeyri-döyüş şəraitində baş verən itkilərə görə hərbi polis vəzifəsindən azad ediləcəyi gözlənilirdi".

Mübariz Əhmədoğlu vurğuladı ki, düşmən ordusu kriminalların yuvasına çevrildiyi üçün başı pozuq bir dəstədir, buna görə də onlardan hər an bir təxribat gözləmək mümkündür.

Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistan mətbuatı dünənki toplantını şişirdərək xof yaratmağa çalışır:

"Sözsüz ki, Ermənistan son vaxtlar Rusiyanın dəstəyi ilə cəbhədə fəallığını artırıb və daha tez-tez təxribata əl atır. Ermənistan faktiki olaraq müharibəyə hazırlaşdığını nümayiş etdirir. Rusiya onlara bu dəstəyi verməsəydi, Ermənistan çətin ki, danışıqlardan imtina edib təxribatlara əl atardı. Dünənki toplantının gizli keçirilməsi gözlənilən idi. Çünki söhbət hərbi müşavirədən gedir. Bu cür görüşlərdə jurnalistlər iştirak etmir. Bir az da ermənilər bundan istifadə edərək əhvali-ruhiyyəni qızışdıraraq xof yaratmaq istəyirlər. Ola bilsin ki, cəbhə bölgəsində hərbi təlimlərin keçirilməsi, yaxud da yeni silahların cəbhə xəttinə gətirilməsi ilə bağlı qərarlar qəbul olunsun.

Qabil Hüseynli onu da əlavə etdi ki, Azərbaycan xalqının əndişələnməsinə qətiyyən ehtiyac yoxdur və təmas xətti ordumuzun nəzarəti altındadır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3121   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021