Qandonduran etiraf: "14 yaşım olanda mənə dedilər ki..." - Azərbaycanda

Qax rayonunun Tanqıt kəndində yaşayan 102 yaşlı Rəziyyə Nəbiyeva "Sputnik Azərbaycan"a müsahibə verib.
O, müsahibəsində doğum gününü dəqiq bilmədiyini deyib: "Qış aylarında anadan olmuşam. O dövrdə heç kim ad gününü bilmirdi. Təxmini deyirdilər ki, hansı fəsildə anadan olmusan. İndi insanlar hər il ad günü qeyd edirlər. O dövrdə heç kimin yadına düşmürdü ad günü".
Şəkinin Göynük kəndində dünyaya gələn R. Nəbiyeva deyir ki, yaşı yüzü keçsə də, özünü 100 yaşındakı kimi hiss etmir: "Bu yaxınlarda Bakıya getdim, həkim məni yoxladı, dedi ki, "ciyərlərin, ürəyin çox sağlamdır". Səbəb bilirsən, nədir? Mən sağlam qidalanmışam. Ac qalaram, indiki yeməklərdən yemərəm. Kolbasa, sosiska, dükan toyuqları mənlik deyil. Həmişə kəpəkli undan bişən çörək yemişəm. İndi də dükanda satılan undan bişirilən çörəyi yemirəm. Həmişə möhkəm yeyib, möhkəm də işləmişəm".
Rəziyyə nənənin ailə qurma tarixçəsi də maraqlı olub: "On dörd yaşımda ərə getdim. Heç ərimi tanımırdım. Dedilər, "bu adama ərə gedəcəksən", mən də getdim. Bizim dövrümüzdə bizdən soruşmurdular, "sən ərə getmək istəyirsən, ya yox". Sonra müharibə başladı, qayınlarım, qardaşlarım, yoldaşım, bir sözlə, nəsildə bir nəfər də olsun, başıpapaqlı qalmadı, hamısı müharibəyə getdi. Yoldaşım müharibədən qayıtmadı. Bilmədim, itkin düşüb, ya ölüb, xəbərim olmadı.
İkinci dəfə ailə qurdum. İkinci ərim də tez rəhmətə getdi. Ona ərə gedəndə 2 yetimi var idi. Onları da böyütdüm. 5 oğlum, 1 qızım, 15 nəvəm, 10 nəticəm və 2 kötükcəm var".

R. Nəbiyevanın dediyinə görə, nənəsi də uzunömürlü olub, 120 yaşında rəhmətə gedib: "Mənim dövrümün adamları çox işgüzar olublar. Ona görə də sağlam və gümrah idilər. İndiki cavanlar hər işlərini texnika ilə edirlər. Mən qoca arvadam, öz paltarlarımı əlimlə yuyuram. İndikilər deyirlər, mütləq maşın olsun. O vaxt tütün sahəsinə getmək üçün neçə kilometr piyada yol gedirdim. İndiki cavanlar rahatlığa qaçırlar, 5 metr yolu piyada getmək istəmirlər. Ona görə də canları zəifdir".
Qandonduran etiraf: "14 yaşım olanda mənə dedilər ki..." - AzərbaycandaQandonduran etiraf: "14 yaşım olanda mənə dedilər ki..." - Azərbaycanda


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3253   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır - FOTO

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. xəbər verir ki, Ohanyanla birlikdə "Ermənistan" fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağani

29 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart