Qorxanda dil niyə tutulur?

Qorxanda dil niyə tutulur?İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində baş verən qətl zamanı nazirlərdən birinin qardaşının dili tutulub. Ümumiyyətlə, qorxudan, stressdən dil tutulmaları hallarına çox rast gəlinir. Maraqlıdır, dil tutulmasını ciddi xəstəlik hesab etmək olarmı və bu daha çox hansı hallarda baş verir?

Həkim-mütəxəssislərə görə, əslində dil tutulması xəstəlik deyil, insan bədəninin xarici faktorlara verdiyi bir reaksiyadır. Qorxu, həyəcan, çaxnaşma və bənzər duyğular insanın dilinin tutulmasına və danışma qabiliyyətinin bir anlıq itməsinə səbəb ola bilir.

Dil tutulması bəzi insanlarda yalnız bir neçə saniyə, bəzi hallarda isə bir neçə dəqiqə çəkir. Bəzi dil tutulması hadisələrində isə problem qalıcı ola bilir. Buradakı ən əhəmiyyətli faktor bədənin özünü kilidləməsidir. Bu tip vəziyyətlərdə mütləq psixoloji dəstək almaq şərt kimi göstərilir.

Dil tutulmasının müalicəsinə gəlincə, psixoloq Dəyanət Rzayev bunun müalicəsinin falçı, ekstrasens yanında yox, psixoloq yanında mümkün olduğunu dedi: "Bu, sırf psixoloji faktordur. Müəyyən ruhi xəstəliklər nəticəsində insan daxili aləminə gedir. Buna autizim deyilir. Özünə qapanır və danışmır. Hər şeyi eşidir anlayır, sadəcə olaraq, danışmır. Şüuraltı bir proses baş verir. Amma sağlam insanlarda da müəyyən stress nəticəsində dil tutula bilir. Bu, orqanizmin müdafiə mexanizmləridir. Orqanizm özü muxtar formada fəaliyyət göstərir. Ola bilər ki, emosional gərginlikdə insanın dili tutulur. Çünki həmin emosional vəziyyətdə ona danışmamaq lazımdır. Əgər qorxudan, stressdən dili tutulan adam yaxşı psixoterapevtin yanına getsə təbii ki, dərman təyin olunacaq və dili açılacaq. Bu cür hallarla tez-tez rastlaşmışıq. Bu hal insan gərginlik, stress keçirəndə baş verir. Ancaq dil tutulması daha çox qorxu nəticəsində baş verir. Əgər dili tutulan insan əvvəllər danışıbsa, onun dili mütləq açılır. Stress orqanizmin ümumi adaptasiya sindromudur. Dili tutulan adamın üzərində psixoloq iş aparmaqla və düzgün müalicə etməklə həmin insanın dili açılacaq. Burada qorxulu və təhlükəli bir şey yoxdur. Psixiatrın məqsədyönlü dərmanlar tərtib etməsi ilə bu problem qısa zamanda aradan qaldırılır".

Tibb elmləri doktoru, professor Adil Qeybulla da dil tutulmanın stress nəticəsində baş verən bir hadisə olduğunu dedi: "İnsanın danışıq, nitq qabiliyyəti çox incə bir mexanizmlərlə idarə olunur. Hansısa stressdən, ağır xəstəlikdən bəzən xəstələrin dilində kəkələmə, rabitəsizlik və nitqin digər pozuntuları baş verə bilər. Ona görə də bu sahə, yəni beynin bu hissəsi daha çox zərifliyə və təsirə məruz qala bilir. Stress zamanı dil tutulmasından başqa göz tutulması, qulaq pozulması, yəni eşitmə qabiliyyətinin itməsi və digər hadisələr də baş verə bilər. Bu beyində idarə olunan mərkəzlərdən asılıdır. Beyində emosional motivasiyaların idarə olunduğu yer var. Bu özü xəstələrdə həddən artıq depressiyada nevrozlara və sairəyə gətirib çıxarır. Yəni bütün bunların hamısı keçirilmiş stressin qalıq əlaməti hesab edilə bilər. Bu cür stresslər, müvəqqəti baş verən həmin epizodlar müəyyən bir müalicə, beynin sakitləşməsi nəticəsində keçib gedir. Hesab edirəm ki, bu situasiyadan daha çox asılıdır. Əgər bu hansısa bir funksiyanın pozulması, dil tutulması və sairə beyində həm də digər patologiyalarla müştərək baş verirsə, əlbəttə, onun müalicəsi xeyli ağırlaşmış olur". (musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1639   Tarix: 07 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021