Bakıda dünyanın ən zəhərli balığı satılır - FOTO + VİDEO

Bakıda dünyanın ən zəhərli balığı satılır - FOTO + VİDEO"Əgər bu balığı yeyib səhhətində problem yaranan insanlar varsa, bizə müraciət etsin"

Eyyub Hüseynov: "Bu balıq növü Rusiya vasitəsi ilə ölkəmizə idxal olunur və çox təhlükəlidir"

Avropa və Amerikada Panqasius balığının qida məhsulu kimi istifadə olunması qadağandır. Buna səbəb isə bu balıqların tərkibində sənaye tullantıları, mərgümüş, toksik maddələr, polixrolin bifenil, metavbolit, heksaxloritloheksangen və heklaxlorbenzol kimi zəhərli maddələrin olmasıdır. Panqasiusu dünyanın ən zəhərli balığı hesab etmək olar. Avropa və Amerikada satışı və yeyilməsi qadağan edilən bu balığa paytaxtımızın istənilən mağazasında rast gəlmək mümkündür.

Hətta bu balığı onlayn alış-veriş saytlarındada satırlar.
Bakıda dünyanın ən zəhərli balığı satılır - FOTO + VİDEOPanqasiusun belə rəngarəng maddələrlə zəngin olması bu növ balıqların Vyetnamın Mekonq çayında yaşaması ilə bağlıdır. Yer kürəsinin ən çox çirklənən çaylarından sayılan Mekonq kanalizasiya sularının, minarel gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur.

Panqasius bir çox ölkələrdə qadağan olunduğu üçün bəzi tamahkar biznesmenlər gizli yollarla bu balığı ayrı-ayrı balıq məhsullarının tərkibinə daxil edirlər.

Maraqlıdır ki, balığın vətəni Vyetnamda da yerli balıqçılar Panqasius balığının bir dənəsini 10 sentə satırlar.
Bakıda dünyanın ən zəhərli balığı satılır - FOTO + VİDEODövlət Statistika Komitəsinin məlumatına görə, son 5 ildə Azərbaycanda balıq və balıq məhsulları istehlakı 21% artıb. Azərbaycanda ildə 69 557 ton balıq (2013-cü il) istehlak edilir. Balıq və balıq məhsullarının istehlak balansına əsasən, 29% və ya 20 177 ton satılan balıq idxalın payına düşür.

Qeyd edək ki, bu balıqların vətəni Vyetnamın Mekonq çayındır.

Bircə onu əminliklə deyə bilərik ki, hazırda Bakıdakı mağazalarda və bazarlarda satılan dondurulmuş Panqasius balıqları məhz Vyetnamdan idxal olunur.
Bakıda dünyanın ən zəhərli balığı satılır - FOTO + VİDEOBu çay Yer kürəsinin ən çox çirklənən çaylarından sayılan Mekonq kanalizasiya sularının, mineral gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur. Panqasius bir çox ölkələrdə qadağan olunduğu üçün bəzi biznesmenlər gizli yollarla bu balığı ayrı-ayrı balıq məhsullarının tərkibinə daxil edirlər. Onun böyüməsi və çoxalması üçün Vyetnamdan bəzi hormonlar gətirilir və bu balıqlara müxtəlif üsullarla yerləşdirilir. Avropada məhsulların tərkibini araşdıran qurumlar dəfələrlə balıqlara yerləşdirilən hormonların tərkibi haqda məlumat istəsələr də Vyetnam bu məlumatları verməkdən imtina edib. Bu isə şübhələri daha da artırır. Bütün bu şübhələr isə Azərbaycan əhalisi arasında narahatlıq yaradıb. Biz də paytaxtda fəaliyyət göstərən bir neçə marketə baş çəkib Panqasisus balığının satışda olub olmaması ilə maraqlandıq. "Neftçilər" metro stansiyası yaxınlığındakı marketdə bu balıqlar okean balığı adı ilə həm açıq, həm də sellofan torbada dondurulmuş halda satılırdı. Qiyməti isə 4 manat 50 qəpiyə idi. Satıcının diqqətinə balıq haqda deyilənləri çatdırdıqda o, balığın kifayət qədər alıcısı olduğunu, bu günə qədər də bir şikayət almadıqlarını dedi. Balıq haqdakı məlumatları da ilk dəfə eşitdiyini deyən satıcı balığın digərlərindən həddən artıq yağlı olması ilə fərqləndiyini bildirdi. Qeyd edək ki, "okean balığı" adı altında təklif olunan Panqasius yalnız paytaxtda deyil, həm də Azərbaycanın rayonlarında da satılır. Balığın vətəni olan Vyetnamda isə Panqasius balığının bir dənəsini bizim pulla təxminən 50 qəpiyə satılır. Dünyanın ən zəhərli balığının Azərbaycana necə, hansı yollarla gətirildiyini öyrənmək üçün Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə telefon əlaqəsi saxladıq. Y.Xanvəli bu balıqlarda insan üçün hansısa bir zərərli maddənin olmadığını dedi: "Vyetnamdan bizə balıq gətirilir və satışda var. Bir müddət əvvəl həmin balıqla əlaqədar yenə də belə bir söhbət yaranmışdı. Bizə o balıqların gətirilməsi haqda müraciət olunmuşdu. Biz həmin balıqlardan nümunələr götürərək həm Respublika Baytarlıq Laboratoriyasında, həm də Türkiyənin Baytarlıq Laboratoriyasında müxtəlif istiqamətlərdə yoxlanılıb. Nəticə olaraq da insan üçün heç bir təhlükə olmadığı müəyyən edilib. Biz bundan sonra həmin balığın gətirilməsinə icazə vermişik. Bu balıqdan hər hansısa bir zəhərlənmə faktı olsaydı, hər halda Səhiyyə orqanları bizə müraciət edərdi. Bizdə bu haqda heç bir müraciət yoxdur. Əgər bu balığı yeyib səhhətində problem yaranan insanlar varsa, bizə müraciət etsinlər. Biz də bir daha bu məsələni qaldıraq və Panqasius balığının beynəlxalq səviyyədə müayinəsinin aparılmasını təşkil edək, lazımı addımları ataq. Biz bu məhsulların sağlamlığına cavabdeh olduğumuza görə yenə də qeyd edim ki, öz laboratoriyamızda yoxlamaqla yanaşı, Türkiyədə də yoxlatdıq, bu məhsulun insan sağlamlığı üçü heç bir təhlükəsi yoxdur".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu balığın Rusiya vasitəsi ilə ölkəmizə idxal olunduğunu bildirdi: "Bu balıq növü Rusiya vasitəsi ilə ölkəmizə idxal olunur. Azad İstehlakçılar Birliyi yaxın vaxtlarda bununla bağlı müəyyən işlər aparacaq. Təəssüf ki, Azərbaycanda bütün mallara yaxşı deyilir və qəbul edilir. Lakin həmin məhsulun gətirildiyi yer, mənbə araşdırılmır. Ona görə də bugünkü gündə bu cür problemlər meydana çıxır. Yəqin ki, bu sahədə Azərbaycan ekspertiza orqanları iş aparacaq və bu balığın satışının qarşısı alacaq. Çünki mənbələr göstərir ki, bu çox təhlükəli balıqdır. Azərbaycanda normal ekspertiza olmadığında və hər şeyə sertifikat verildiyi üçün bu gün bazarda belə balıqlar mövcuddur. Biz istehlakçılar arasında iş aparmalıyıq ki, bu balıq boykot edilsin, alınmasın ki, bazardan çıxsın".

Balıq zəhərlənməsinin insan orqanizminə dərhal və ya tədricən təsir edib etmədiyini öyrənmək üçün isə tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. A.Qeybulla bunun qidanın tərkibində olan toksidlərin gücündən asılı olduğunu dedi: "Balıqların içərisində zəhərliləri də ola bilər. Bəzi heyvanlarda olan toksid maddələr qoruma vasitəsi kimi meydana çıxıb. Bu uzun müddət ərzində formalaşan bir prosesdir. Müəyyən toksid maddələr orqanizmə düşdükdən sonra onu tədricən də sıradan çıxara bilər, dərhal ölümə də səbəb ola bilər. Məsələn ilan zəhəri qana düşdükdə zəhərin növündən asılı olaraq hedyahemalitik ya da neyroparalitik təsir göstərir və insan qısa bir müddətdə öldürür. Amma bu zəhər ağız boşluğuna düşdükdə qana keçmədiyi üçün ola bilsin ki, heç bir təsir etməsin. Elə zəhərlər var ki, ağız boşluğuna düşərək dərhal ölümə gətirib çıxarır. Yəni bu toksid maddələri növündən asılı olaraq orqanizmə göstərdiyi təsir də müxtəlif olur. Təbii ki, bu toksid maddəni daşıyan heyvanda toksid maddənin orqanizmdə törətdiyi dəyişiklik kimi hərəkət edir"./femida.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2422   Tarix: 07 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021