Boumun transferi reallaşdı

Boumun transferi reallaşdıAzərbaycanı Avropa Liqasında təmsil edəcək "Zirə" növbəti transferini reallaşdırıb.

Sonxeber.az xəbər verir ki, bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov baxışda olan kamerunlu legioner Jozef Boum II ilə bağlı yekun qərarı verdiklərini bildirib: "Jozefi Boluda keçirdiyimiz hər 2 oyunda sınadım. O, həm Bakı "İnter"i, həm də həmyerliləri - Kamerunun "Kolumbe Sportivo" klubu ilə matçda start heyətində meydana çıxaraq yaxşı təsir bağışladı. Mərkəz müdafiəçisidir ki, bizə də bu mövqeyə legioner lazım idi. Uzun illər Türkiyədə oynayıb, Super Liqa təcrübəsi var. Boumla artıq rəsmi müqavilə imzalamışıq. O, 2 il bizim futbolçudu".

Boumlar nəslinin II nümayəndəsi olan Jozefin karyerası Türkiyə çempionatı, o cümlədən Super Liqa ilə bağlı olub. Belə ki, o, "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor", "Qaziantep Böyükşəhir Bələdiyyəspor"un şərəfini qoruyub. 1,86 metr boya malik legioner son vaxtlar oynamadığına görə baxışa dəvət olunmuşdu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1543   Tarix: 18 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Dünya qarşısında biabır olduq" - "Qalatasaray" prezidenti

"Qalatasaray" prezidenti Dursun Özbek Türkiyə Superkubokunun yarımçıq qalan matçından sonra jurnalistlərə danışıb. "Qafqazinfo" xəbər verir ki, o, ölkə futbolunun biabırçı duruma düşdüyünü bildirib: . "Üzülərək demək istəyirəm ki, bu durumu gözləmirdik. Şanlıurfadakı azarkeşlər

8 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş

15 aprel
.

"Qarabağ"ın futbolçusu: "Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq" - VİDEO

"Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq".  xəbər verir ki, bunu "İdman Bizimlə" verilişinin qonağı olan "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib. 23 yaşlı müdafiəçi bildirib ki, tənqidlə üzləşdikləri video heç də əvvəlcədən hazırlanmamışdı:. "Əslində

11 aprel
.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

7 aprel
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

"Qalatasaray" - "Fənərbağça" derbisində 90 ildən sonra ilk yaşandı

1909-cu il yanvarın 17-də "Papazın Çayırı" adlanan yerdə "Qalatasaray"ın 2-0 qalib gəldiyi matçla başlayan 115 illik rəqabətdə dünən bir ilk yaşanıb. "NTV Spor"a istinadən xəbər verir ki, 50-ci saniyədə "Fənərbağça"nın qapısına qol vuran Mauro İkardi qarşılaşmad

8 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel