Azərbaycandan İrəvana sərt xəbərdarlıq - Dərhal və amansızlıqla...

Azərbaycandan İrəvana sərt xəbərdarlıq - Dərhal və amansızlıqla...Ermənilər ən yaxın saatlarda Azərbaycandan daha ağır zərbələr almağa hazır olmalıdırlar.

Bu sözləri Axar.az-a son günlər ermənilərin cəbhədə fəallaşmaları ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekpert bildirib ki, ermənilər çox həyasızcasına Azərbaycanı təxribata çəkmək istəyirlər:

"Erməniləri bu dəfə Azərbaycan əsgərinin cəngindən heç kim xilas edə bilməyəcək. Hətta İrəvanı üzləşəcəyi vəziyyətdən nə Rusiya, nə ABŞ, nə beynəlxalq qurumlar qurtara biləcək. Baxın, hazırda Azərbaycan 23 minlik şəxsi heyətlə hərbi təlimlər keçirir. Ermənilər sanki istəyirlər ki, bu 23 minlik ordu bunların daşını daş üstə qoymasın".

Azərbaycanın səbir nümayiş etdirdiyini bildirən ekspert Müdafiə Nazirliyinin Ermənistana son xəbərdarlığına da toxunub:

"Dünən müdafiə naziri Ermənistana növbəti dəfə xəbərdarlıq etdi. Əgər Ermənistan özünə hörmət etsəydi, o aparatı (Ötən gün cəbhədə məhv edilən Ermənistana məxsus PUA nəzərdə tutulur – red.) indiki məqamda havaya qaldırmazdı. Hazırda o aparatdan Belarus, Rusiya və bəzi orta Asiya respublikalarında kənd təsərrüfatında və gündəlik həyatda istifadə edirlər. Bu bədbəxtlər Azərbaycana qarşı oyuncaq aparatı havaya qaldırırlar və düşünürlər ki, Azərbaycan onların səviyyəsinə enəcək. Yaxud da Xankəndində iki nəfərlik birmotorlu oyuncaq effekti verən təyyarə ilə guya hansısa turist gəzintisi təşkil edirlər.

Ermənilər bu gün ləyaqətlərini o qədər itiriblər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülən kəşfiyyatçılarından da imtina edirlər. Aydın məsələdir ki, Baş nazir Karen Karapetyan və Ermənistanın hərbi siyasi rəhbərliyi çox çətin durumdadır və ona görə də hər vasitəylə Azərbaycan Silahlı Qüvvələrini təxribata cəlb etmək istəyirlər".

Ekspert bildirib ki, Azərbaycanın səbri Ermənistanın təxribatının başladığı yerə qədərdir:

"Cəbhədə hərbi təxribatın qarşısı dərhal və amansızlıqla alınır. Buna görə də düşünürəm ki, növbəti təxribat hazırlayan Ermənistan Azərbaycan Ordusunun daha ağır zərbələrini nəzərə almalıdırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2391   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel