Təcili! Sarkisyan Qarabağı geri qaytarmağa hazırlaşır

Ermənistan prezidentinin bu addımı Rusiyanın diqtəsi ilə atdığı iddia edilir

Ermənistan prezidenti Serj Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahında ciddi kadr islahatları həyata keçirməyə hazırlaşır.​

Bu barədə "Joxovurd" erməni qəzeti yazır.

Qəzet Baş Qərargahdakı mənbələrinə istinadən xəbər verir ki, Sarkisyan 2016-cı ilin aprelində baş vermiş "Dördgünlük müharibə"dən sonra təyin etdiyi Baş Qərargah rəisi Movses Akopyanı vəzifəsindən uzaqlaşdıracaq.

Mənbə həmçinin bildirib ki, onun yerinə Baş Qərargah rəisinin birinci müavini, general-mayor Onik Qasparyan təyin olunacaq. Bu barədə artıq razılıq əldə olunub.
I Birinci Qarabağ müharibəsinin iştirakçısı Movses Akopyanın gələcək taleyi barədə heç bir məlumat verilmir.

Ola bilər ki, keçmiş müdafiə naziri Seyran Ohanyan kimi M.Akopyan da Sarkisyan rejiminə qarşı çıxsın və Moskvaya qaçsın.

"Past" erməni qəzeti isə yazır ki, bu kadr islahatlarının arxasında yeni müharibəyə hazırlıq durur. Sarkisyan müharibəni bu dəfə Azərbaycanda anadan olan və Qarabağın işğalında yaxından iştirak edən generallarla aparmaq istəmir.
Qəzet son islahatların təsadüfi olmadığını, yeni təyin ediləcək rəhbərlərin xüsusilə seçildiyini yazır.

Qarabağ ermənisi M.Akopyanın yerinə Qarabağ klanından uzaq duran, İcevan rayonunda anadan olan Onik Qasparyan təyin ediləcək.

Və ya Azərbaycanın Xanlar rayonunda anadan olmuş Baş Qərargah rəisinin müavini general-leytenant Aykaz Baqmanyan və Qarabağ klanına yaxınlığı ilə tanınan general-leytenant Stepan Qalstyan da vəzifəsindən uzaqlaşdırılır.

Erməni KİV-lərinin yazdığına görə, Serj Sarkisyan qarabağlıları ordu rəhbərliyindən qəti şəkildə uzaqlaşdırmağa və onların yerinə təcrübəsi olmayan generalları gətirməklə Qarabağı Azərbaycana qaytarmağa çalışır.

Sarkisyan bu prosesə Şuşada anadan olan müdafiə naziri Seyran Ohanyanı vəzifədən uzaqlaşdırmaqla başlayıb. Erməni mətbuatı Sarkisyanın bu addımı Rusiyanın diqtəsi ilə atdığını iddia edirlər.

Saməddin Mehralıy
Təcili! Sarkisyan Qarabağı geri qaytarmağa hazırlaşırTəcili! Sarkisyan Qarabağı geri qaytarmağa hazırlaşırTəcili! Sarkisyan Qarabağı geri qaytarmağa hazırlaşırMənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2353   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel