Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir - FƏLAKƏT SSENARİSİ

Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir - FƏLAKƏT SSENARİSİTürkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünən "Habertük" telekanalına açıqlamasında Rusiya ilə Qazaxıstan və Qırğızıstan hərbiçilərinin Suriyada hərbi əməliyyatlara cəlb edilməsi haqda müzakirələrin aparıldığını bildirib.

Kalının bu açıqlaması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Suriyadakı əməliyyatlarda iştirakı məsələsini yenidən gündəmə gətirib. Hansı ki, Moskva bir müddət öncə belə planının olduğunu açıqlamışdı.

Lakin Qazaxıstan Xarici İşlər Nazirliyi qazax ordusunun Suriyaya yeridilməsi haqda xəbəri təkzib etdi. Eyni təkzib Qırğızıstandan da gəldi. Amma Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Vladimir Şamanov bu məsələ ilə bağlı Astana və Bişkeklə danışıqlar apardıqlarını bildirdi.

KTMT-nin baş katibinin müavini Valeri Semerikov isə dünən qeyd etdi ki, təşkilatın sülhməramlı qoşunları BMT-nin icazəsi ilə münaqişə bölgələrinə yerləşdirilə bilər. Ehtimal edilir ki, Rusiya-Türkiyə-İran razılaşması çərçivəsində qazax və qırğız hərbiçiləri də Suriyaya yerləşdiriləcək. Hələlik bu məsələ açıq olaraq qalır.

KTMT-nin Suriya əməliyyatlarında iştirakından ən çox narahat olan ölkə isə Ermənistandır.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ay bildirmişdi ki, "Gümrüdəki hərbi bazadan Suriya əməliyyatlarında istifadə oluna bilər". Rəsmi İrəvan bu haqda sussa da, erməni cəmiyyətində "Rusiya bizi yeni müharibəyə soxur, bu, Ermənistanın fəlakəti olacaq" etirazları səsləndi. Hərçənd, Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bir müddət öncə Rusiya mediasına müsahibəsində "Erməni silahlı qüvvələri Suriya xalqına kömək edə bilər" deyə bildirmişdi.

Erməni jurnalist Sarkis Artsruni yazır ki, Rusiya Ermənistanı Suriya müharibəsinə salacaq: "Bunun üçün hazırlıq gedir".

Onun sözlərinə görə, bunun baş verməsi Ermənistanı zərbə altına qoyacaq.

"Suriya müharibəsinə girmək Ermənistanı terrorizmin yeni hədəfi halına salacaq. Digər tərəfdən, bu, Suriya məsələsində birtərəfliliyin pozulması və Qərbdə narazılıq yaradacaq. Hansı ki, bu, Qərbin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasını dəyişə və danışıqlar prosesində Ermənistan üçün neqativ nəticələrə səbəb ola bilər", - deyə o bildirib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3335   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021