Beş dövlətin QORXUNC PLANLARI: bəşəriyyətin sonunu gətirəcək BÖYÜK TƏHLÜKƏ - VİDEO

Beş dövlətin QORXUNC PLANLARI: bəşəriyyətin sonunu gətirəcək BÖYÜK TƏHLÜKƏ - VİDEOOnlar daha kiçik ölçülərə və ən böyük dəqiqliyə malikdirlər: tədqiq edilmiş nüvə döyüş başlıqları dünyada nüvə tarazlığında inqilabı edə bilər. Nüvə silahının yeni nəsli dünya səhnəsinə çıxmağa hazırlaşır.
Bu haqda İtaliyanın "Corriere Della Sera" nəşri yazıb.
Mövcud döyüş başlıqlarının tədricən köhnəlməsi böyük dövlətləri nüvə arsenalının genişmiqyaslı və radikal yenilənməsinə itələyir. Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa və Böyük Britaniya ("Nüvə klubu"na daxil olan ölkələr –red.) artıq faktiki olaraq nüvə arsenalının müasirləşməsini həyata keçirirlər. Hədəf "etibarlı və təhlükəsiz" təchizatın təminatıdır. "Nüvə klubu"na daxil olmayan ölkələrə gəlincə, Hindistan, Pakistan, İsrail və Şimali Koreya da həmçinin yeni müxtəlif taktik" potensialı inkişaf etdirirlər. Və bu, regionlarda döyüş əməliyyatları zonalarında onun tətbiqi ehtimalını göstərir.
ABŞ
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI)məlumatına görə, ABŞ-da bunkerlərdə 7 min nüvə döyüş başlığı var. 2009-cu ildə hakimiyyətə dünyanı nüvə silahından azad edəcəyi barədə vədlə gələn Barak Obama onun müasirləşdirilməsi proqramını təsdiqlədi. Yeni prezident Donald Tramp administrasiyası nüvə arsenalının bütün triadasının - yerüstü, hava və sualtı silahlarının yenilənməsini nəzərdə tutur: "Ohayo" sinfindən olan 14 sualtı gəminin əvəzlənməsi, B-52 və B-2 bombardmançılarının müasirləşdirilməsi, həmçinin "Trident D-5" və Minuteman III" sistemlərinin yenilənməsi. B61-12 bombası yeni arsenalın əsas qüruru olub. Pentaqonun versiyasına görə, B61-12 bombaların dörd müxtəlif növünü əvəz edəcək.
Rusiya
2016-cı ilin məlumatlarına görə, Rusiyanın 7290 döyüş başlığı var. Moskva dünyada ən geniş, amma ən müasir olmayan nüvə arsenalına malikdir. Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi doktrinasında nüvə komponentinin əhəmiyyətli rolunu təsdiq edib. Nüvə arsenalının müasirləşdirilməsi proqramın mərkəzində yeni SS-27-2 və ya "Yars" qitələrarası raketlər, həmçinin MIRV texnologiyasına (Multiple Independent Re-entry Vehicle/ sərbəst tuşlanan bloklara və ayrılan başlıq hissələrinə malik) əsaslanan raketlər yer alır. ABŞ-ın fikrincə, bu sistemlər 2010-cu ildə Praqada ABŞ və Rusiya arasında imzalanmış SNV-III razılaşmasını pozur. Rusiya və ABŞ arasında müqavilə 2010-cu ilin aprelində imzalanan razılaşma 1991-ci il SNV-1 razılaşması və 2002-ci il strateji hücum potensialının ixtisarı (DSNP) haqqında müqaviləni əvəz edib. 5 fevral 2011-ci ildə qüvvəyə minən SNV-3 strateji hücum silahlarının ixtisarı və sayının məhdudlaşdırılmasını nəzərdə tutur. Silahların başqa növləri – SS-30 "Sarmat" və döyüş sualtı gəmilərinin yeni nəsli hazırlanma mərhələsindədir. Tu-160 və Tu-95MS bombardmançılarının müasirləşdirilməsi nəzərdə tutulur.
Çin
2016-cı ilin məlumatlarına görə, 250 nüvə döyüş başlığına malik olan Çin öz potensialını genişləndirmək niyyətindədir. Çinin dünya ambisiyaları, ən azından texnologiyalar üzrə ABŞ-ın səviyyəsinə çıxmaq cəhdi, qonşu Hindistan və Rusiya ilə rəqabəti, narahatlıq, qarşısı alınmaz Şimali Koreya Pekini genişmiqyaslı tədqiqatlara və çox sürətli sistemlərin inkişafına itələyir. Çin öz monoblok raketlərini yeni nəsillə əvəz edəcək. Bunun üçün xərclənən Çin büdcəsinin həcmi məlum deyil, ancaq proqramların miqyasının olduqca nəhəng olduğu bildirilir.
Fransa
Yeni sualtı döyüş gəmiləri və "Triumfan" sinfinin varisləri 2035-2048-ci illərdə istismara qəbul edilməlidir. Eyni zamanda, Paris M51 qitələrarası raketləri və "Rafale" qırıcılarından buraxılan ortamənzilli ASMP raketlərini müasirləşdirir. Sonuncular "Şarl de Qoll" təyyarədaşıyanı kimi 2040-cı ilə kimi əvəz ediləcək. Ancaq Fransa sərəncamında olan nüvə döyüş başlıqlarının miqdarını 300-ə qədər (mövcud səviyyə) məhdudlaşdırmaq niyyətindədir.
Böyük Britaniya
Bir il əvvəl London 215 nüvə döyüş başlığına malik idi. Britaniya hökuməti "Venqard" sinfindən olan gəmilərin əvəzlənməsi üçün dörd yeni atom sualtı gəmisinin tikintisini elan edib. İnvestisiyalar 46 milyard avro təşkil edir. Sualtı gəmilərdə "Trident" raketləri yerləşdiriləcək.
Geosiyasi mənzərə
Geosiyasi şəkil yaxşı heç nə vəd etmir. Şimali Koreyanın nüvə proqramının sürətlənməsi vəziyyətə növbəti qeyri-sabitlik elementi gətirir. Bundan başqa, əgər Tramp administrasiyası İranı atom bombasının yaradılmasından çəkinməyə məcbur edən razılaşmadan imtina edərsə, Tehranı bu şərtə riayət etməyə saxlayan heç bir səbəb olmayacaq. Nəticədə, Yaxın Şərqdə görünməmiş nüvə silahlanması yarışı başlaya bilər. Ancaq silahlanma üzrə yeni yarışın perspektivi ilk növbədə Ukrayna böhranı və Krımın zəbt edilməsindən sonra yaranmış gərginliyin hesabına yaradılır. İstənilən hərbi qarşıdurmadan sonra Almaniyadan Yaponiya və Səudiyyə Ərəbistanına (nüvə silahlarına malik olmayan, amma onun yaradılması üçün texniki bazaya malik olanlar) qədər öz hərbi arsenalını nüvə silahı ilə təchiz etmək istəyəcəklər.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2657   Tarix: 24 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel