Rusiya və İran Qarabağda Ermənistana qarşı

İrəvanın son oyunları Kremli ciddi narahat edir

Rusiya xarici işlər naziri Sergey Lavrov belarus KİV-lərinə müsahibəsində əsasən Ermənistanı nəzərdə tutan sərt xəbərdarlıq səsləndirib.

Lavrov Avropa Birliyinin (AB) "Şərq tərəfdaşlığı " proqramı barədə danışarkən deyib:

"Yeri gəlmişkən, biz Avrasiya İttifaqından olan həmkarlarımızla əlaqələr zamanı demişik ki, biz istəməzdik ki, məlum "Şərq tərəfdaşlığı " proqramı adıkeçən fokus ölkələrini yanlış seçim qarşısında qoymaq üçün istifadə edilməsin".

"Şərq tərəfdaşlığı" proqramının fokusunda Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna var. Bu ölkələr içində hələ ki, "Şərq tərəfdaşlığı " sazişini hələ ki, Gürcüstan, Molova və Ukrayna paraflayıblar. 2013-cü ildə Ermənistan saziş barədə Avropa Birliyi ilə uzun-uzadı danışıqlar aparsa da, sonrada sazişə qol çəkməkdən imtina etdi. Daha sonra Ermənistan Moskvanı patronajı alğtında yarıdılmış Avrasiya İttifaqına daxil oldu.

Aradan 4 il keçib və Ermənistanda yenidən Avropa Birliyi ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq gündəmə gəlib, həm hakimiyyət, həm də müxalifət təmsilçiləri yeni variantda "Şərq tərəfdaşlığı " sazişini imzalmağın vacibliyini vurğulayırlar. Məsələn, Ermənistan parlamentinin müxalifət yönümlü üzvü Ararat Zurabyan Ermənistanın "1in" portalına bildirib ki, bu dəfə Ermənistan sazişi imzalmalıdır:

"Mən düşünürəm ki, biz artıq paraflanmış bü cür sənəddən imtina edəriksə, Şimali Koreyanın yolu ilə getmiş olarıq. Mən istəmirəm ki, belə şey baş versin".
Buna paralel olaraq Ermənistan NATO ilə də oyunlara gedir. Belə ki, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturay bu günlərdə İrəvanda olub. O, Ermənistan prezidenti Serj Sarkisyan və parlament spikeri Ara Babloyan ilə görüşüb. Bu məsələ Rusiyanın bir çox aparıcı KİV-lərinin, o cümlədən "Rosbalt" portalının diqqətini cəlb edib. Portalda bu barədə bu günlərdə dərc edilmiş "NATO Ermənistanı tovlayır" adlı məqalədə qeyd edilir ki, NATO bu Cənubi Qafqaz respublikasında gur fəaliyyət planlaşdırır. Serj Sarkisyan hətta NATO baş katibi Yens Stoltenberqi İrəvana dəvət edib ki, "gələcək addımları müəyyən etsinlər".
Təbii ki, bu, Ermənistanın üzvü olduğu və Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ruhuna ziddir. Hər halda, Moskva son zamanlar Avrasiya İttifaqı və KTMT müstəvisində ermənilərə çox rol verib - Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan Avrasiya İqtisadi komissiyasının kollegiya sədridir, Ermənistan ordusunun keçmiş baş qərargah rəisi Yuri Xaçaturov isə KTMT baş katibidir.

Həm də Rusiya Ermənistan ordusuna, dolayısı ilə bu ordunun Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutmasına böyük dəstək verir. Son bir ildə Moskva Ermənistana ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində Ermənistana dünya bazarı qiymətləri ilə 3 milyard dollarlıq silah göndərib. Bu silahların bir qismi pulsuz verilib ki, Rusiyanın ən güclü silahlarından olan "İsgəndər" raketləri bu qəbildəndir.

Erməni mətbuatını izlədikdə ermənilərin bu oyunun başında Qarabağ məsələsi, daha doğrusu, Qarabağ münaqişəsinin qərbin dəstəyi ilə Kosovo variantında həllinə nail olmaq istəyi durur. Bu ilin fevral ayında Brüsseldə Karneqi fondunda çıxış edən Serc Sarkisyan Dağlıq Qarabağ separatçıları ilə Kosovo albanların vəziyyətini eyniləşdirməyə çalışmışdı. Qərb Kosovo məsələsində Rusiyanı və Serbiyanı məğlub etmişdi və Seriyanın tərkibində muxtar vilayət olan Kosovonu zor gücünə ayıraraq müstəqilliyini tanımışdı. İndi ermənilər Rusiyaya Qarabağ məsələsində bağladıqları ümidlərin puç olduğunu görəndə NATO və AB ilə oynamağa çalışırlar.

Lakin "Rosbalt"ın yazdığına görə, bu məsələyə görə, Rusiya Ermənistanı sərt cəzalandıra bilər:

"İrəvanda bunu xarici siyasətin çoxvektorlu olması və Moskvadan mövcud olmayan müstəqilliyin nümayişi kimi təqdim edirlər. Amma bu "çoxvektorluluq" Ermənistan üçün pis qurtara bilər. Çünki Rusiya siyasi "çoxdəzgahlı"ları cəzalandırmağın yollarını yaxşı bilir - o, tam tabe olmağı tələb edir və nöqtə qoyur. Heç bir vergülə və üç nöqtəyə icazə vermir".

"Rosbalt" yazır ki, Rusiya bu məsələdə Ermənistanı məhz Qarabağ münaqişəsi ilə cəzalandıra bilər və İran da Rusiyaya dəstək verə bilər: "Onun əlində çox ağrılı qamçı - Qarabağ münaqişəsi var. Bu məsələdə İran da Rusiyanı dəstəkləyir. İran NATO-nu öz sərhədlərinə bu qədər yaxın buraxmaz. İrəvanla Tehran arasında nə qədər "qardaş" münasibəti olsa da, İran üçün öz marağı daha önəmlidir".

Lavrovun açıqlamasını Rusiyanın məsələ ilə bağlı ilk hədəsi saymaq olar. O, "Şərq tərəfdaşlığı" proqramının Rusiya əleyhinə yönələn oyuna çevrilməsindən ciddi narahatlıq ifadə edib.
Rusiya və İran Qarabağda Ermənistana qarşıRusiya və İran Qarabağda Ermənistana qarşıRusiya və İran Qarabağda Ermənistana qarşıRusiya və İran Qarabağda Ermənistana qarşıMənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3687   Tarix: 24 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart