Milyarderlər axirət gününə belə hazırlaşır

Milyarderlər axirət gününə belə hazırlaşırAxirətdən sağ çıxmaq mümkündürmü? Hər halda buna ümid edənlər var.

Sonxeber.az virtualaz-a istinadən xəbər verir ki, söhbət milyarderlərdən gedir, ABŞ-ın California ştatındakı məşhur Silikon vadisinin sakinlərindən. .

Onlar bütün ciddiliklə Axirət gününə hazırlaşırlar. Bəziləri dəmdəsgahlı, hovuzu, idman və kino zalları olan, nüvə zərbəsindən də qoruya biləcək bomba sığınacaqları alırlar.

Şayiələrə görə, misal üçün, Bill Gates-in California və Washington ştatında belə bir bunkerləri var.

Mayfield Fund şirkətinin başçısı Tim Chang bu yaxınlarda New Yorker jurnalına bildirib ki, gözlənilməz hadisə baş verəcəyi halda sığınmağa bir yer tapmaq üçün daşınmaz əmlak almaqdadır.

Reddit şirkətinin təsisçisi və başçısı Steve Huffman lazer göz korreksiyası əməliyyatından keçməyə hazırlaşır.

"Axirət günündən sonra göz linzaları əldə etmək problemə çevriləcək", - o deyir.

Görəsən, nə baş verir?

Facebook-un keçmiş əməkdaşı Antonio Garcia-Martinez bu yaxınlarda Washington ştatındakı Orcas adasına köçüb.

Keçən il Martinez bu adada 2 hektara yaxın torpaq sahəsi aldıqdan sonra orada bomba sığnağı tikib, Günəş batareyaları quraşdırıb və ömürlük bəs edəcək miqdarda patron ehtiyatı alıb.

"Nasosla işləyən artezian quyusu da qazdırmışam",- o deyir.

Martinez deyir ki, Silikon vadisində çalışanlar gələcəyi digərlərindən daha yaxşı görə bilirlər.

"Bu adamlar, demək olar ki, artıq gələcəkdə yaşayırlar, - o deyir. - Təkcə texnoloji cəhətdən yox, o cümlədən, iqtisadi və sosial baxımdan da".

Və həmin gələcək heç də ürəkaçan deyil.

Martinez hesab edir ki, robotların tətbiqi və süni intellekt ABŞ-da 20-30 ildən sonra iş yerlərinin yarıyadək ixtisarına gətirib çıxaracaq.

Sənayedə iş yerlərinin sürətlə bağlanması isə sosial partlayış törədə bilər. Böyük var-dövlət sahibləri isə proqnozlaşdırılan həmin dövrdən sağ çıxmaq üçün hazırlığa artıq indidən başlayıblar.

Bir çox hallarda belə bir hazırlıq dəmdəsgahlı bunker tikintisindən başlayır.

ABŞ-ın Survival Condo şirkəti nüvə müharibəsi şəraitində yaşayıb sağ çıxmaq üçün nəzərdə tutulmuş sığınaq blokları tikir.

Şirkətin təsisçisi Larry Hall deyir ki, belə blokda sığınaq funksiyasına malik mənzilin qiyməti 4 milyon dollaradək ola bilər. Həmin mənzillərin hovuzu, kitabxanası və bilyard zalı var.

Hall bu layihə üzərində düşünməyə 2001-ci il 11 sentyabr hadisələrindən dərhal sonra başlayıb. O dövrdə bunkerlərə tələbat kəskin sürətdə artmışdı.

"Hər dəfə, təbii fəlakət və ya münaqişə baş verəndən sonra, bu cür qurğulara tələbat artır", - Hall deyir.

Amma o, müştərilərinin adını açıqlamaqdan imtina edir.

Texas ştatında hazırda Trident Lakes adlı yeraltı qəsəbə tikilməkdədir.

Qəsəbə ən yüksək səviyyəli (Defсon-1) nüvə müharibəsinə hazır olan kurort kimi reklam olunmaqdadır.

Qəsəbədə qolf və polo meydançaları, idman mərkəzi, vertolyotların qalxıb enməsi üçün ayrılan yerlər nəzərdə tutulub.

Britaniyada 1979-cu ildən başlayaraq varlı və yoxsul təbəqələr arasında fərq sürətlə artır. Əhalinin ən varlı 1 faizinin var-dövləti ən yoxsul 20 faizinin varidatından 20 dəfə artıqdır.

ABŞ-da isə varlılarla yoxsullar arasında bərabərsizlik daha böyükdür. Rəsmi statistikaya əsasən, 1980-ci ildə əhalinin ən varlı 1 faizinin qazancı ən yoxsul 50%-in qazancından orta hesabla 27 dəfə artıq olub, hazırda isə bu əmsal 81-dən yuxarıdır.

Antonio Garcia-Martinez qeyd edir ki, bütün bunlarla yanaşı cəmiyyətdə siyasi qütbləşmə də güclənməkdədir. "Sosial şəbəkələr isə hamıya söz və ifadə azadlığı verib, - Martinez qeyd edir. - Belə halın axırı yaxşı olmayacaq" .

Onun fikrincə, vətəndaş müharibəsi, üsyan və digər xoşagəlməz hadisələrin ehtimalı artmaqdadır.

Sadalanan risk amillərinin əksəriyyəti - robotlaşdırılma, süni intellekt, sosial şəbəkələr - məhz Silikon vadisində yaradılıb.

Yaradıcıların özləri isə, belə görünür ki, icad etdikləri ixtiraların nəticələrindən yaxa qurtarmaq üçün aradan çıxmağa hazırlaşırlar.

"Bu yaramazlar iqtisadiyatın bir sıra sahələrini çökdürüb, demokratik siyasi prosesləri pozublar, hamının başını sosial şəbəkələrlə qatıblar, özləri isə indi, partlayışdan yaxa qurtarmaq üçün, aradan çıxmaq barədə düşünürlər", - Antonio Garcia-Martinez deyir.

Martinez hesab edir ki, yaxınlaşmaqda olan fəlakətdən sağ çaxmaq istəyənlər, buna indidən hazırlaşmalıdırlar - talançılardan xilas olmaq üçün silahlı özünümüdafiə dəstələri yaradılmalıdır.

"Hərc-mərclik başlasa belə bir dəstələri yaratmaq lazım gələcək", - o deyir.

Axirət, güman edildiyindən daha tez baş verə bilər. Axirətdən sağ çıxmaq istəyənlər isə bəzi bacarıqlara malik olmalıdırlar

Misal üçün onlar hərbi hazırlıq kursları keçməlidirlər.

Və əlbəttə ki, bank hesabında heç olmasa 1-2 milyard pul, sahibini dərdə salmaz. Nə böyük işdir ki, 1-2 milyard?
Milyarderlər axirət gününə belə hazırlaşırMilyarderlər axirət gününə belə hazırlaşırMilyarderlər axirət gününə belə hazırlaşırMilyarderlər axirət gününə belə hazırlaşır


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1842   Tarix: 24 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18 aprel
.

Kişi ona borc verməyən dostunu öldürüb basdırdı

Dağıstanda kişi dostunu öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, Dağıstan sakini dostundan borc olaraq 10 min rubl istəyib. Ancaq rədd cavabı aldığı üçün onu bıçaqla vuraraq kəndin kənarında basdırıb. Hadisə İrganay kəndində baş verib. Cinayətkar özü polis şöbəsinə gedərək, törətdiyi cinayəti etira

17 aprel
.

Dünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi

ABŞ-da bir restoranın müştərisi ofisiant üçün böyük bir bəxşiş qoyub. Bu barədə onun dostu Reddit platformasında məlumat yayıb. xarici KİV-ə istinadla bildirir ki, istifadəçilərdən biri aprelin 8-də baş vermiş son Günəş tutulması ilə bağlı qeyri-adi hekayəni paylaşıb. Məlumata əsasən, müştəri müntəzə

18 aprel
.

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - Video

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, partlayış hökumətin qərarı ilə həyata keçirilib. Bildirilir ki, bina son illər ölkənin Dövlət Gəlirləri Komitəsinin balansında olub. Sözügedən tikilini

17 aprel
.

Ölən əmisini banka gətirib kredit götürməyə çalışdı - VİDEO

Braziliyada bir qadın ölən əmisini banka gətirərək kredit götürməyə çalışıb. xarici mediaya istinadən xəbər verir ki, bank rəsmiləri vəziyyəti görüb polisə məlumat verib. Braziliyada bir bankda cib telefonu ilə lentə alınan görüntülər qısa zamanda sosial mediada trend mövzusu olub. Qadın ölən əmisi bankda

17 aprel
.

1 yaşlı körpənin faciəvi ölümü: eyvanda oynarkən...

8-ci mərtəbədən yıxılan 1,5 yaşlı körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Əldə edilən məlumata görə, binanın eyvanında oynayan 1,5 yaşlı uşaq 8-ci mərtəbədəki evlərinin eyvanından yıxılıb. Ətrafdakı insanlar cəld sağlamlıq qruplarına məlumat verib

18 aprel
.

Dəhşət! Ata fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq...

Fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq 4 il ərzində cinsi təcavüz etdiyi məlum olub. xarici mediaya istinadən xəbər verir ki, atanın şübhəli qızını izləmək üçün hamam və tualetə kamera yerləşdirdiyi məlum olub. Fiziki qüsuru səbəbilə axsayaraq yeriyən qız 2022-ci ildə anası və bacısını

19 aprel
.

Restoranda dəhşətli yanğın olub

Türkiyədə restoranda dəhşətli yanğın baş verib. xarici mediaya istinadən xəbər verir ki, başlayan yanğın qısa müddət ərzində park edilmiş avtomobilə və ona bitişik 3 mərtəbəli binaya keçib. Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə çoxlu xilasetmə qrupları sövq edildi. Hadisə yerinə gələ

18 aprel
.

Telefon yanıb sahibini öldürdü

Rusiyanın Perm şəhərində mobil telefon evdə yanğına səbəb olub. yerli KİV-ə istinadla xəbər verir ki, Raboçe-Krestyanskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində mobil telefon kortəbii alışıb. Nəticədə 72 yaşlı kişi xəsarət alıb. O, daha sonra xəstəxanada dünyasını dəyişib. "İlki

17 aprel