İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTOİyunun 15-dən Abşeron yarımadasında çimərlik mövsümü başlayıb. Amma çimərliklərin "özəlləşdirilərək" hasarlanması, bəzi ərazilərdə suyun çirkli olması, sahilboyu antisanitariya istirahət üçün çimərliyə gələnlərin seçim imkanını daraldıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dəniz suyundan götürülmüş nümunələrə əsasən, "Sahil" və "Şıx" çimərlikləri istisna olmaqla digər əraziləri istifadəyə yararlı hesab edib. Bakı Şəhər İcra Hakimiyyəti isə çimərlik ərazilərinə girişin ödənişsiz olduğunu bildirib.

Bəs real vəziyyət necədir? Hasarlanmış çimərlik ərazilərinə pulsuz giriş mümkündürmü? Çimərlik əraziləri vaxtlı-vaxtında təmizlənirmi?

Hövsan, Türkan və Mərdəkanda sahilboyu onlarla çayxana və kafelər tikilib. Çimərliklər dəmir və beton arakəsmələrlə hasarlanıb, əraziyə daxil olmaq üçün ödəniş etmək lazım gəlir.

Hövsan çimərliyi-antisnitariya mənbəyi

Hövsan və Türkan ərazisində ödənişsiz çimərlik tapmaq müşkül məsələyə çevrilib. Əksər çimərliklərə giriş 5 manatdan - 20 manatadəkdir. Amma hətta hasarlanaraq ödənişli elan edilən çimərliklərdə belə antisanitariya hökm sürür. Xüsusilə Hövsanda kanalizasiya çirkabı birbaşa dənizə axıdılır, tullantılar vaxtı-vaxtında daşınmır.

"Son iki ilədək bu ərazilər çimərlik hesab olunurdu. İndi evlərlə dəniz arasında 10-15 mert məsafə var. Kanalizasiyanın çirkabı dənizə axıdılır", -Hövsan sakini Abbas Vəliyev deyir.

Sahilboyu tikilmiş evlərin əksəriyyətinin üzərinə "satılır" elanları yapışdırılıb. Abbas Vəliyev əlavə edir ki, dəllallar əvvəlcə ərazini hasarlayaraq balaca gecəqondu tikir, sonra da dəniz sahillərində hazır ev adı ilə satışa çıxarırlar: "Gördüyünüz evlərin əksəriyyəti dəllallar tərəfindən inşa edilib. Bu evlər tikiləndən sonra üfunət iyindən çimərliyə yaxın durmaq olmur".

Sahilboyu yayılan tullantılar azmış kimi dənizdə butulkadan tutmuş ayaqqabı tayınadək hər şeyə rast gəlmək mümkündür.

Hövsan sakini Şakir İsmayılov isə artıq 2-3 ildir ki, Hövsanda suyun çirkli olduğunu söyləyir: "Çimərliyə girişin pullu olub-olmamasının fərqi yoxdur, burda kanalizasiya dənizə axır, 2 metr kənarda isə pullu çimərlik var. Sadəcə olaraq orada oturacaq, çətir, bir də çay, yemək verilir".

Türkan çimərliyində istirahət-20 manat

Türkanda pulsuz çimərlik azdır, yol kənarında maşın saxlamaq üçün yer olmadığından istirahətə gələnlər ödənişli dayanacaqlardan istifadə etməyə məcbur olurlar. Ödənişli çimərliklərdə isə giriş üçün pul ödənilməsi rahat istirahət üçün yetərli deyil, oturacaq, çətir, ən azı çay dəstgahı sifarişi verilməlidir.

Amma bir məqamı da qeyd edək ki, bütün çimərliklərdə soyunub-geyinmə otaqları, duş kabinələri tikilib. Pulsuz çimərliklərdə kərpicdən tikilmiş yarımtikililərdə soyunub-geyinmək üçün 20 qəpik ödənilməlidir. Pullu çimərliklərdə isə soyunub-geyinmə otaqları 5 manat, duş kabinəsindən istifadə etmək üçün 3 manat ödənilməlidir. Çətir və ya oturacaqlar üçün 5 manat tələb olunur.

Daha bir məqam. Nə Türkan, nə də Hövsandakı pulsuz çimərliklərdə tullantılar üçün zibil qabları qoyulmayıb.

Mərdəkanda istirahət istəyirsənsə...

Mərdəkan qəsəbəsinə doğru çimərlik ərazisi də hasarlanıb. Bəzi ərazilərdə sahilboyu zibil tullantıları, daş-kəsək var.

Mərdəkanda pulsuz çimərlikdə istirahət etmək istəyirsinizsə, maşınsız gedin. Çünki maşın saxlamaq üçün ən azından 2 manat ödəməli olacaqsınız. Soyunub-geyinmə otağından istifadə 2 manat, duş kabinəsi 2 manat, həsirdən düzəldilmiş və içərisinə balaca masa qoyulmuş kabinə üçün 5 manat ödənilməlidir. 11 manatlıq istirahətdən sonra yediyiniz meyvə-tərəvəzin, qarpızın qabıqlarını elə həsirdən düzəlmiş kabinədə tullayıb çıxmalı olacaqsınız. Zibil qutusunun olmaması və ya günorta saat 1 olmamış dolması sizi çıxılmaz vəziyyətdə qoyacaq.

Hövsan və Türkandan fərqli olaraq Mərdəkanda "elit" çimərliklər də var. Bu çimərliklərə giriş 15 manatdan başlayır, ərazidə uşaqlar üçün yellənçəklər quraşdırılıb, rəngli oturacaqlar, duş kabinəsində isti su var. "Elit" çimərliklərində 2 uşaqlı ailənin istirahəti 100 manatdan artığa başa gəlir. Təbii ki, yemək, çay dəstgahı sifariş etməyəcəksinizsə...

Bir sözlə, çimərlik mövsümü beləcə bitəcək: nə təmizliyə ciddi nəzarət ediləcək, nə də çimərlik ərazisini hasarlayaraq ata malı kimi pul qazananlardan hesab sorulacaq...
İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTOİstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTOİstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTOİstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTOvirtualaz


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1798   Tarix: 26 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021