Azərbaycanda Dəhşətli namus cinayəti - "Evində fahişə saxlayan, tez ol..."

Azərbaycanda Dəhşətli namus cinayəti - "Evində fahişə saxlayan, tez ol..."Bir evdə yaşadıqları keçmiş gəlinini namus üstündə öldürən şəxsin cəzası azaldılıb. Aldığı 16 illik cəzadan şikayət verən Məlikməmməd Adıgözəlovun cəzası 12 ilə endirilib. Təqsirləndirilən şəxsin cəzasını 9 yaşlı nəvəsinin verdiyi ifadə azaldıb.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlovun apellyasiya şikayətinə baxılıb.

M.Adıgözəlov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Xaçmaz rayonu, Uzun-oba kənd sakini olan M.Adıgözəlov keçmiş gəlini Rəmziyyə Abdurahmanovanı xüsüsi amansızlıqla qəsdən öldürmədə təqsirləndirilib.

İki əli ilə onu boğaraq öldürüb

İttihama görə , M.Adgözəlov 2016-cı iyulunda yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evinin həyətində əlindəki yaba ilə mal-qaraya yem verdiyi zaman oğlu Elsevər Adgözəlovdan bir neçə il əvvəl boşanan, lakin məhkəmənin qərarı ilə bir evdə yaşadığı keçmiş gəlini R.Abdurahmanova 9 yaşlı oğlu Muradla evə gəlib.

Keçmiş gəlini taksidən düşüb və həyətin darvazasını döyərək M.Adıgözəlovu təhqir edib. Təhqirə səbəb isə qapının gec açılması olub. M.Adıgözəlov qapını açdıqdan sonra keçmiş gəlini ilə mübahisə etməyə və bir-birlərini təhqir etməyə başlayıblar. Mübahisənin davamında M.Adıgözəlov keçmiş gəlinin başına yaba ilə bir neçə dəfə vuraraq yerə yıxıb və iki əli ilə onu boğaraq öldürüb.

M.Adıgözəlov apellyasiya şikayəti verərək keçmiş gəlinini xüsusi amansızlıqla və nəvəsinin gözü qarşısında öldürmədiyini bildirərək cəzasının azaldılmasını xahiş edib.

"Oğlum onu evində başqa kişi ilə tutdu"

O, şikayətini əsaslandırarkən deyib ki, keçmiş gəlini oğlundan rəsmi surətdə boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməklə ailəsinin nüfuzuna xələl gətirib, nəvələrini döyüb incitməklə ona mənəvi əzab verib, ailəsinin ünvanına tez-tez nalayiq söyüşlər işlədib.
M.Adıgözəlov ifadəsində deyib ki, arvadı, oğlu və yeni gəlini ilə birlikdə kənddəki evlərindı yaşayıblar. Keçmiş gəlini də eyni evdə bir otaqda yaşayırmış. Oğlu ilə keçmiş gəlinin nikahından 3 uşaqları olub.

"2001-də evlənmişdilər. Rəmziyə əxlaqsız hərəkətlər etdiyi üçün oğlumla aralarında münaqişə başladı. 2009-da Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə münasibətdə olanda tutdu və boşandılar. Məhkəmə uşaqlar körpə olduğu üçün mənim evində yaşamaları ilə bağlı qərar verdi. Amma o, yenə də əxlaqsız hərəkətlərindən əl çəkmədi. Onun pozğun həyat tərzi bütün kəndə bəlli oldu. Uşaqlar məktəbə gedəndə sinif yoldaşaları onları lağa qoyaraq analarının əxlaqsız olduğunu deyirdilər"- deyən M.Adığözəlov ifadəsində bildirib.

"Evində fahişə saxlayan, tez ol, aç qapını"

Daha sonra hadisəni günü baş verənlər haqda danışan M.Adıgözəlov bunları deyib:

"Həmin gün Rəmziyyə darvazanı döyüb itələməyə başladı. Dayan açıram dedim. "Evində fahişə saxlayan, tez ol, aç qapını" deyib qışqırdı. Məni təhqir eləməyə başladı. Bu söyüşlərdən qəzəblənərək başına yaba ilə vurdum. Ayağa qalxıb yenə məni söyərək küçəyə qaçdı. Arxasınca gedərək ikinci dəfə başından vurdum. Qaçmağa davam elədi. Çatıb bir də vuranda yaba qırıldı. İki əlimlə tutaraq boğmağa başladım. Sonra qonşular polisə xəbər verdi".

Mərhumun atası Qabil Abdurahmanov da məhkəmədə ifadə verib.

O deyib ki, qızı ilə keçmiş kürəkəni Elsəvər arasında münasibətlər yaxşı olub. Amma 2009-da yola getməyərək boşanıblar.

"Qızımı döyüb barmağını sındırdılar"

"Qızım boşanandan sonra da o evdə qaldı. Elsevər işləmək üçün Rusiyaya getdi. Qayıdanda özü ilə Samirə adlı arvad gətirdi. 2013-cü ildə qızımı döyüb əl barmağını sındırdılar. Sonra alimenti ödəmədikləri üçün aralarında mübahisələr oldu. Onlar qızımdan könüllü olaraq alimentdən imtina etməsini tələb edirdilər. Qızımı tez-tez hədələyirdilər"- deyə mərhumun atası qeyd edib.

Məhkəmədə 9 yaşlı Murad hadisənin əsas şahidi kimi ifadə verib.

O, babasının anası Rəmziyyəni onun gözü qarşısında heç vaxt vurmadığını deyib.

Apellyasiya məhkəməsi 9 yaşlı Muradın ifadəsindi nəzərə alaraq qərara gəlib ki, təqsirləndirilən şəxs mərhumu azyaşlı övladının gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirməyib. Buna görə də bu hal təqsirləndirilən şəxsin cəzasını ağırlaşadıran hərəkət kimi qiymətləndirilə bilməz.

Apelyasiya məhkəməsində dindirilən Murad Adıgözəlov ifadəsində onu da göstərib ki, anası ilə babası mübahisə etməyə başlayanda söyüşlərə qulaq asmamaq üçün orada qalmayıb və təzə oyuncağı ilə oynamaq üçün evlərinə gedib.

9 yaşlı Muradın ifadəsi və azaldılan cəza

Murad ifadəsinə bildirib ki, anası takisi ilə gələrkən mahnının səsini özü qəsdlə yüksəldib. Bununla da babasına acıq vermək sitəyib. Anası darvazanı içəriyə itələyərək babasına qışqırmağa və onu təhqir etməyə başlayıb.

Məhkəmə kollegiyası qərara gəlib ki, qəsdən adam öldürmənin ağırlaşdırıcı halı kimi nəzərdə tutulan maddəsi təqsirləndirilən şəxs Məlikməmməd Adıgözəlovun ittihamından xaric edilməlidir. Belə olan halda M.Adıgözəlovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Cinayət işinin materiallarından görünür ki, Məlikməmməd Adıgözəlov ilk dəfə cinayət məsuliyyətinə cəlb edilib, ailəli və yaşlı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. O, əməlindən peşman olub və cinayət hadisəsini gəlininin əxlaqsız hərəkətlərinin təsiri altında törədib.
Məhkəmənin hökmü ilə M.Adıgözəlovun cəzası 12 ilə endirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 9234   Tarix: 26 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021