Ərazilərimizə soxulan erməni postu zərərsizləşdirildi - FOTO

Ərazilərimizə soxulan erməni postu zərərsizləşdirildi - FOTOQusarda xüsusi təntənə

Azərbaycan Silahlı Qüvvələri yaranmasının 99-cu ildönümü ərəfəsində Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsində möhtəşəm tədbir keçirilib. Əvvəlcə hərbi hissəsindən gəlmiş qonaqlar, rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri, keçmiş hərbçilər Heydər Əliyevin hərbi hissənin həyətindəki büstünü ziyarət edib önünə gül dəstələri qoyublar. Sonra təntənəli mərasim keçirilib.

Azərbaycan Silahlı qüvvələrinin keçdiyi 99 illik həyat yolu barədə ətraflı məruzə edilib. Hərbi hissənin komandiri Asif Fərəcov şəxsi heyətin hər an Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirməyə qadir olduğunu deyib. Xidmətdə fərqlənən hərbçilər həm Müdafiə Nazirliyinin, həm də hərbi hissənin hədiyyələri, fəxri fərmanları ilə təltif olundular. Əsgərlər arasında qısamüddətli məziniyyətə göndərilənlər, nümunəvi xidmətinə görə ailələrinə təşəkkürnamələr göndərilənlər də bayram günündə sevindilər.

Hərbi hissənin rütbələri artırılan hərbçilərinin də kimliyi də mərasimdə elan edilidi. Mərasim boyu ən çox alqışlara hərbi hissənin kəşfiyyat bölüyü əməkdaşlarının çıxışı səbəb olub. Müxtəlif döyüş səhnələri ifa edən hərbçilərimiz Ermənistan bayrağını sındırıb Azərbaycan bayrağını ucaltdılar.

Mərasimdə ən bəyənilən səhnə reallıqda olduğu kimi, rəmzi olaraq Azərbaycanın ərazisinə soxulub lövbər salan erməni postunun darmadağın edilməsi, kəşfiyyatçılarımızın erməni hərbçilərini öldürməsi səhnəsi oldu. İtki verən düşmən hərbçiləri geri çəkilməli oldular. Sonra hərbçilər meydanda bayram keçidi etdilər.

Mərasimdə bu gün Müdafiə Nazirliyinin ölkənin hərbi hissələrində keçirdiyi "Açıq qapı" günü çərçivəsində gələn valideynlər hərbi hissənin texnikaları ilə tanış oldular. Sonra hərbi hissənin yeməkxanasında əsgərlərin valideynlərilə birgə naharı oldu. Həm valideynlər, həm də qulluq edən əsgərlər onlara belə şərait yaratdığına görə Azərbaycanın müdafiə naziri Zakir Həsənova minnətdarlıq etdilər. Balakəndən və Siyəzəndən olan valideynlər Eminət Dabaxova və Şamil Fərzəliyev, əsgərlər Sənan Dabaxov və Elşən Məmmədov belə nümunəvi şəraitə və əlverişli görüşdən olduqca razı qaldıqlarını dedilər. Sonra Respublika Həmkarlar İttifaqı Konfederadiyasının xəttilə Qusara gələn musiqiçilər hərbçilərə xoş musiqi ərmağanını hədiyyə etdilər. Valideyn və əsgərlər 5 metr uzunluğu olan bayram tortundan da daddılar.(istipress)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4647   Tarix: 26 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021