Son dəqiqə! Azərbaycanda həkim daha bir ailəni başsız qoydu - SƏHVƏN...

Son dəqiqə! Azərbaycanda həkim daha bir ailəni başsız qoydu - SƏHVƏN...Azərbaycanda həkim səhlənkarlığı, savadsızlığı üzündən daha bir faciə baş verib. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının cərrahı Çingiz Həsənov ayağı qırılan xəstəni əməliyyat edərkən səhvən arterial damarı kəsib.

Qanaxma nəticəsində rayonun Qiyaməddinli kənd sakini, 59 yaşlı Zahid Quliyev həyatını itirib.

Sonxeber.az bildirir ki, mərhumun qardaşı Əmrah Quliyev BakuPost.az-a deyib ki, qardaşının heç bir xəstəliyi olmayıb. Həyətlərində təsərrüfat işləriylə məşğul olduğu vaxtda hündürlükdən yıxılıb və ayağı iki yerdən sınıb: "Hadisə baş verən gün – ayın 21-də dərhal qardaşımı xəstəxanaya çatdırdıq. Çingiz həkim baxıb dedi ki, qorxulu heç nə yoxdu. İki gün sonra isə əməliyyata ehtiyacın olduğunu bildirdi. Həyatı üçün təhlükə olub-olmadığını soruşanda güldü və dedi ki: "siqaret çəkmir, araq içmir, sapsağlam adamdı, nə problem olacaq ki? Xırda əməliyyat olacaq, mil qoyacağıq". Əməliyyata girəndən təxminən iki saat sonra çıxıb təcili 150 manat pul lazım olduğunu bildirdi. Səbəbini soruşanda Bərdədən təcili həkim briqadasını çağırdığını dedi. Razılaşdıq. Bərdədən həkimlər gəldi, amma nəticə olmadı. Sən demə, onlar gələnə kimi qardaşım keçinibmiş".

Ə.Quliyev bildirib ki, həkim əməliyyat otağından çıxanda üst-başı tamam qan imiş: "Həkim məndən pul almağa çıxanda qanın içindəydi. Sonra əməliyyat otağına girəndə gördüm ki, otaq qan gölüdür. Sən demə, qardaşımın arterial damarını kəsib, qanı saxlaya bilməyib".

Əlavə edib ki, Ş.Həsənovun ölümünü onlardan 7 saat gizlədiblər. Məsələ bilindikdən sonra həkimlə mərhumun ailə üzvləri arasında dava düşüb. Hadisə yerinə polis cəlb edilib.
Ölüm hadisəsiylə bağlı Ağcabədi Prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı nə həkimin özü əlaqə yaratmaq mümkün olmayıb. Xəstəxananın baş həkimi Azad Hüseynov də telefonlara cavab vermir.
Xəstəxananın baş həkminin müavini Əli İbadov BakuPost.az-a hadisəni təsdiqləsə də, burada təəccüblü heç bir işin olmadığını bildirib: "Kəmin xəstə sadəcə əməliyyatdan çıxmayıb. Belə hallar olur da..."

Hadisədə həkim səhvinin olub-olmamasıyla bağlı suala isə belə cavab verib: "Siz yaxşı olar ki, o biri müavinə zəng edəsiz. Çox danışa bilmirəm. Bakıdayam, maşın sürürəm, bu dəqiqə məni cərmələyəcəklər..."
Son dəqiqə! Azərbaycanda həkim daha bir ailəni başsız qoydu - SƏHVƏN...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 9143   Tarix: 27 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel
.

Taxta bazarında zərərçəkən sahibkar: 70-80 min manatlıq ziyan dəyib

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib. Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov "Report"a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb. "Yanğın qonşu sexdə

20 aprel
.

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb. Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədə

21 aprel
.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

Kürdə batan Səmanın meyiti tapıldı

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, azyaşlının meyiti çayın Zərdab rayonu

21 aprel
.

Mərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə MAR mətbuatı məlumat yayıb. Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub. Bildirili

21 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel