Təcili! Bakının müharibə hazırlıqları- Düşmən QORXUDA

Təcili! Bakının müharibə hazırlıqları- Düşmən QORXUDAAzərbaycana Rusiyadan növbəti iri partiya silahların gətirilməsi Ermənistanda ciddi təşviş doğursa da düşmən ölkənin hərbi rəhbərliyi hələlik bunu büruzə verməməyə çalışır.

Ötən gün Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan jurnalistlərin bu barədə suallarına cavab verməkdən israrla yayınıb. Habelə müdafiə naziri Vigen Sərkisyan bu haqda danışmaq istəməyib.

"Azadlıq" radiosunun erməni xidməti bildirir ki, Ermənistan müdafiə naziri Rusiyanın Azərbaycana yeni ağır hücum silahları göndərməsinə dair suallarla üzləşib, lakin şərh vermək istəməyib. Jurnalistlər sualı bir də təkrarladıqda Vigen Sərkisyan bildirib ki, iki gün sonra mətbuat konfransı keçirəcəklər "Eşitmədiniz? Mən dedim ki, iki gün sonra mətbuat konfransı keçirəcəyik"-nazir İrəvanın "Erebuni" aviabazasında Rusiya və Ermənistan aviasiyasının parad uçuşlarını izləyərkən onu sual yağışına tutan jurnalistlərə qəzəblənib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi, başqa vaxtlarda özünün Feysbuk səhifəsində Azərbaycanın hərbi sahədə atdığı istənilən addımı operativ şərh edən Artsurun Ovanisyanın da deyəsən bu məsələdə nitqi tutulub. Ovanisyan Feysbuk səhifəsində Azərbaycana gətirilən silahlar barədə ancaq bunları yazıb: "Deyəsən "Xrizantema-S" tank əleyhinə raket kompleksləridir".

Ötən həftə Azərbaycana Rusiyadan 42 eşalon hərbi texnika və silah, o cümlədən çoxsaylı "Xrizantema-S" tank əleyhinə raket kompleksləri gətirilib. Müdafiə Nazirliyi həmin komplekslərn tezliklə ön xəttdəki qoşun bölmələrinin sərəncamına veriləcəyini açıqlayıb və Rusiyadan silahların gətirilməsinin davam edəcəyini bildirib.

"Xrizantema-S" tank əleyhinə dünyanın ən güclü zirehli raket kompleksidir və Rusiyadan başqa cəmi iki-üç ölkənin silahlanmasında yer alır.

Ermənistan hərbi rəhbərliyinin Azərbaycanın Rusiyadan aldığı yeni silahlarla bağlı nitqi tutulsa da sosial şəbəkələrin erməni seqmentində və ekspert çevrələrində bu məsələ geniş rezonans doğurub. "Bu necə nadir həyasızlıqdır-silah partiyasını öz müttəfiqinin düşməninə bəstəkar Raxmaninovun adını daşıyan gəmidə göndərəsən. Heç olmasa özlərinin hansısa "Komsomolçu" və ya "Dzerjinski" gəmilərində göndərərdilər", - ermənipərəst publisist Denis Dvornikov Feysbukda yazıb.

"Bakılılar üçün daha nə qədər gəmi və "gül-çiçək" göndərmək planlaşdırılır?!"-media eksperti Samvel Martirosyan bildirir. Siyasi şərhçi Armen Abovyan isə yazır ki, rus siyasətçiləri "gec-tez bu silahların rus əsgərlərinə də atəş açacağını dərk etmir". Abovyan silah məsələsində nə rusları, nə azərbaycanlıları günahkar görmür. "Bu, bizim iflasımızdır", - o bildirir. Onun fikrincə, Ermənistan Rusiya ilə elə münasibətlər sistemi qurmalıydı ki, ruslara ermənilərin düşmənlərinin tərəfində oynamaq sərfəli olmazdı.

Qafqaz İnstitutunun rəhbəri, ekspert Aleksandr İsgəndəryan isə deyir ki, Azərbaycan bu silahları çoxdan sifariş vermişdi, sadəcə olaraq gecikmə olub və silahlar indi çatdırılır. İsgəndəryana görə onu narahat edən əsas məsələ İsrailin Azərbaycana verdiyi silahlardır. "Daha çox Rusiyanın verdiyi bu silahlara yox, İsrailin "Spayk" raketlərinin verilməsinə diqqəti yönəltmək lazımdır. Ötən ilin aprel eskalasiyasında erməni qüvvələri üçün əsas problem "Spayk"lar idi. Bu yaxınlarda isə həmin raketin yeni versiyası tətbiq edilib. Məsələ ondadır ki, "Xrizantema" birbaşa görünüş hüdudları daxilində 5-6 kilometr atır, "Spayk"lar isə daha uzaq məsafəyə", - İsgəndəryan deyir.

Mənbə:Virtualaz.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4395   Tarix: 27 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021