Son dəqiqə! Prezidentdən çox mühüm açıqlamalar - Yenilənib

Son dəqiqə! Prezidentdən çox mühüm açıqlamalar - Yenilənibİqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Varşavada Azərbaycan-Polşa biznes forumuda çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib: "Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır.

Azərbaycana gəlincə, ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.

Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik".

***
İqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir.

Sonxeber Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Varşavada Azərbaycan-Polşa biznes forumuda çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib: "Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır.

Azərbaycana gəlincə, ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.

Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2724   Tarix: 28 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hitlerlə Stalinin qonşu olduqları şəhər - MARAQLI

Vyana əsrlər boyu dünyanın ən böyük şəhərləri sırasındadır. Sonsuz turist axını bu gün də zəngin mədəni irsi ilə buraya cəlb olunur. Ancaq şəhər həm də onunla məşhurdur ki, bir zamanlar orada 20-ci əsrin bütün tarixinə sonradan təsir edən və barışmaz düşmənə çevrilən insanlar yaşayırdı. Belə ki, 1913-c

18 aprel
.

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır. Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir. Təlimçi İlahə Əhmədova qeyd edib ki, sürücülük vəsiqəsi almaq üçün praktiki imtahan verməyə hazırlaşırsınızsa, bu halda cərimə yalnız təlimçiyə tətbiq olunur. Ətraflı ATV-ni

18 aprel
.

Bayden: "Əmimi adamyeyənlər yedi" - FOTO+VİDEO

ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatına səfəri zamanı İkinci Dünya Müharibəsi zamanı Sakit okean əməliyyatında iştirak etmiş əmisinin döyüş abidəsini ziyarət edib. xarici mənbəyə istinadən xəbər verir ki, Bayden əmisinin İkinci Dünya Müharibəsi zamanı təyyarəsi qəzaya uğradıqdan sonra Yeni Qvineyad

18 aprel
.

Tək damlası zəhər yayır: Dünyanı lərzəyə gətirən HƏQİQƏT ÜZƏ ÇIXDI

ABŞ kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inın qlobal öhdəlikləri pozan aqressiv bioloji silah proqramına malik olduğunu irəli sürüb. xarici mənbəyə istinadən xəbər verir ki, Bildirilir ki, Kim Çen Inın silah arsenalında ölümcül xəstəlikləri yaya bilən mikrob spreyləri və zəhərli qələmlər var. Xaric

18 aprel
.

"Onlar niyə tutulsun?! Onlar Azərbaycan üçün canla-başla böyük işlər görürlər!.."

"Çox dedi ki, mən DTK-nın işinə qarışmayım, başımı xataya salmayım. Cavab verdim ki, nə olursa-olsun, sözümü deməliyəm. "Üzünün ifadəsindən anladım ki, Bağırov bütün bunlardan xəbərsiz imiş. Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaa

17 aprel
.

"Crocus" terrorçularını saxta yolla qeydiyyata salan şəxs həbs edilib

Tver məhkəməsi Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalına hücumla bağlı təqsirləndirilən şəxslərin evində saxta qeydiyyatını təşkil edən Aşurov soyadlı şəxs barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə Tver şəhərinin Moskva Rayon Məhkəməsinin mətbuat xidməti məluma

17 aprel
.

"Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir" - Xalq artisti

"Bu konsertdən çıxıb toya getməliyəm. Bir nəfər toyuna çağırıb. Bütün müğənnilərə pul verib toyuna oxumağa dəvət edib. Mənə deyir, həm gəl oxu, həm də pul yazdır. Dəvətnamə göndərib". -ın xəbərinə görə, bu fikirləri Xalq artisti Gülyanaq Məmmədova Mahnı Teatrındakı konsertdə çıxışı zamanı səsləndirib

18 aprel
.

80 yaşlı atanın 32 illik oğul nisgili: İtkin düşən Vahid Əliyevin yaralandığı yerdən GÖRÜNTÜLƏR - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşən Vahid Əliyevin doğmaları Cəbrayıl rayonunda olublar. 32 ildir gözləri oğul həsrəti ilə yol çəkən ata bildirib ki, yeddi yerə köç salıb. Qeyd edək ki, şəhid Vahid Əliyev Birinci Qarabağ müharibəsinə könüllü qoşulub. Cəbrayılda doğulub, boya-başa çatan qəhrəman

17 aprel
.

Azyaşlıların gözü qarşısında evlərinı başlarına yıxdılar- Nə baş verir? - VİDEO

Abşeron rayonu Xırdalan şəhərinə binada yaşayış ola ola söküntü işləri aparılır. İkimərtəbəli binada bütün ailələr köçürülüb. Sadəcə olaraq 1 ailə qalıb. xəbər verir ki, ailə "Atv Xəbər"ə tikinti şirkəti ilə razılığa gələ bilmədiklərini deyib. İndi isə onları mənzillərindən zorla çıxarıblar

17 aprel