"VAZ-2107"-də zorla İNTİM MÜNASİBƏT: qızı maşına mindirdi... - Azərbaycanda

"VAZ-2107"-də zorla İNTİM MÜNASİBƏT: qızı maşına mindirdi... - AzərbaycandaQazax rayonunda tanışına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü İsmət Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qazax rayon sakini İsmət Mahmudov tanışı ilə cinsi əlaqədə olmaqda ittiham edilib. İstintaq orqanını gəldiyi nəticəyə görə, hadisə 27 fevral 2015-ci il tarixdə baş verib.
Qadının gücsüzlüyündən istifadə etdi
İsmət Mahmudov həmin gün saat 13.00-da tanışı Samirə Babayeva (ad və soyad şərti verilib – red.) Qazax şəhərində görüşüb. O, Samirə Babayevanın müqavimət göstərmək imkanında olmamasından istifadə edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlib.
İsmət Mahmudov həmin gün saat 18.00 radələrində Samirə Babayevanı idarə etdiyi "VAZ-2107" markalı 35 BG 463 dövlət nömrə nişanlı avtomobili ilə Qazax rayonunun Ağköynək kəndinə gətirib.
Qadının etirazı
Daha sonra İsmət Mahmudov Samirəni həmin kəndə olan su kanalının kənarına aparıb. Orada Samirə Babayevaya qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirib. Lakin Samirə İsmət Mahmudovun istəyinə etiraz edib.
Qadının etiraz etməsinə İsmət Mahmudov əsəbiləşib. O, qadına bir-iki sillə vuraraq avtomobilin arxa oturacağına yıxıb və zorla onun paltarını əyinindən çıxarıb.
Zorlama
İsmət Mahmudov zorla qadınla qeyri-təbbi yolla cinsi əlaqədə olub və ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər edib. Cinsi əlaqədə olandan sonra İsmət Mahmudov onu orada ataraq gedib.
Samirə Babayeva baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında İsmət Mahmudov həbs olunub.
İstintaq orqanı İsmət Mahmudovu Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edib.
Bəraət və şikayət
Onun barəsində toplanan cinayət işi baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib. Hakim Məhərrəm Allahverdiyevin sədrlik etdiyi prosesdə İsmət Mahmudovun barəsində olan cinayət işi araşdırılıb.
Hakim apardığı araşdırma zamanı İsmət Mahmudovun əməlini sübuta yetirə bilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.
Bu hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq İsmət Mahmudovun barəsində ittiham hökmünün çıxarılmasını istəyib.
Prokurorluğun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Yaxın günlərdə bu şikayət üzrə apelyasiya instansiyasında məhkəmə prosesi başlanacaq.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 7819   Tarix: 04 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

21 il əvvəl qadının ərini öldürərək quyuya atmasının TƏFƏRRÜATI

Naxçıvanın Kəngərli rayon Qarabağlar kəndində 21 il əvvəl törədilmiş qətlin bəzi təfərrüatı məlum olub. APA-ya istinadən xəbər verri ki, hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub. O, spirtli içki qəbul edərək arvadı və uşaqlarını döyürmüş. Hadisə günü də Məhəmməd Kərimo

1 mart
.

Qaçırılan qızın öldüyü hadisə ilə bağlı hökm oxundu - "Maşını 150 ilə sürürdü"

Ötən ilin sentyabr ayında Quba rayonu ərazisində 23 yaşlı İnci Səfərlinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, qəzanı törədən sürücü, 22 yaşlı Nihat Nəsirov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Qub

28 fevral
.

Naxçıvanda 21 illik SİRR: Ərini öldürüb su quyusunda basdırdı

Ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən -a daxil olan birg

27 fevral
.

Qətlə yetirilən sabiq baş həkim bizneslə məşğul imiş- FOTO

Xəbər verdiyimiz kimi, Salyan Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov və 1963-cü il təvəllüdlü həyat yoldaşı Məmmədova Münəvvər Rza qızı yaşadığı evdə qətlə yetirilib. Qaynarinfo-ya daxil olan məlumata görə, 3 il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığ

1 mart
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi - Həbs edildi

Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib

26 fevral
.

Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI - 14 yaşlı qızı zorlayıb, qətlə yetirdi - VİDEO

2023-cü il fevralın 22-nə keçən gecə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 1

24 fevral