Son dəqiqə! Alxanlıda yaşanan faciə ilə bağlı mühüm bəyanat - Media ictimaiyyətinə çağırış

Son dəqiqə! Alxanlıda yaşanan faciə ilə bağlı mühüm bəyanat - Media ictimaiyyətinə çağırışAzərbaycan Mətbuat Şurası 4 iyul 2017-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.

Dünyanın media ictimaiyyətinə ünvanlanmış bəyanatda bildirilir:

"Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu günədək erməni tərəfi bu razılaşmanı daim pozub, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik halları, atəşkəsin pozulması faktları zaman-zaman dünyanın media ictimaiyyətinin də diqqət mərkəzində olub.

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində azərbaycanlı mülki şəxslər qətlə yetirilib, xəsarətlər alıb, onların əmlakları dağıdılıb, bir sözlə insan faciələri yaşanıb. Belə faciələrdən biri iyulun 4-də erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində bir daha yaşandı. Quliyeva Sahibə İdris qızı, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak oldular, daha bir mülki vətəndaş Quliyeva Sərvinaz İltifat qızı yaralandı.

Göründüyü kimi, Ermənistan öz terrorçu mövqeyinin nümayişindən çəkinmir, günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir. Sıralarında Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrini, jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurası bu vandalizm aktını qətiyyətlə pisləyir, dünyanın media ictimaiyyətini Ermənistanın işğalçı və terrorçu mahiyyətini bir daha sübut etməyə çağırır.

Ermənistanın əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüquqa, insan haqlarına və fundamental azadlıqlara açıq həqarətdir, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə zərbədir. Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsinə birbaşa terror əməlidir. Mətbuat Şurası üzv olduğu Dünya Mətbuat Şuraları Assosiasiyasını, Avropa Mətbuat Şuraları Alyansını, digər beynəlxalq təşkilatları, o cümlədən jurnalistika sahəsində ixtisaslaşmış bütün xarici qurumları Ermənistanın minlərlə məsum azərbaycanlı uşağın qətlinə səbəb olmuş işğalçılıq siyasətinə biganə qalmamağa səsləyir. Şura hesab edir ki, dünyanın media ictimaiyyətinin hadisə ilə bağlı yüksək həssaslığı yeni insan faciələrinin yaşanmasının qarşısını ala bilər. Mətbuat Şurası həmçinin yerli kütləvi informasiya vasitələrinə də üz tutaraq bu vandalizm aktını geniş, peşəkarlıqla işıqlandırmağa, onun miqyasını özlərinin beynəlxalq tərəfdaşları ilə bölüşməyə, mövcud istiqamətdə daha fəal mövqe tutmağa çağırır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3512   Tarix: 05 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Prokuror "Qurtuluş 93"ün sahibinin kürəkəninin cəzasının ağırlaşdırılmasını istəyir

Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovu

5 mart
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart