Son dəqiqə! Reanimasiyaya yerləşdirilən tanınmış xalq artistimizdən təcili xəbər gəldi - "Vəziyyəti qəfil..."

Son dəqiqə! Reanimasiyaya yerləşdirilən tanınmış xalq artistimizdən təcili xəbər gəldi - "Vəziyyəti qəfil...""Lənkəran Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Böyükxanım Əliyevanın vəziyyəti nisbətən yaxşıdır".
Bunu Publika.az-a açıqlamasında Xalq artistinin yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinin həkimi Təranə Rüstəmova deyib.
T.Rüstəmova Xalq artisinin yaxın zamanda palataya köçürüləcəyini deyib: "Hemoqlobini 53-dən 80-ə qalxıb, təzyiqi də normaldır. 12 barmaq bağırsağındakı xora endoskopiya olunacaq. Lakin bunun üçün müalicəsi başa çatmalıdır. Çünki xoraya USM müaliyənəsi ilə baxmaq mümkün deyil, zond udmalıdır. Hazırkı durumda isə bu məsləhətli deyil. Yaxın günlərdə reanimasiyadan palataya köçürüləcək. Orada da müalicəsi davam etdiriləcək. Xəstənin ümumi vəziyyəti isə normaldır".
Qeyd edək ki, Xalq artisti Böyükxanım Əliyevanın iyulun 3-də qəfildən halı pisləşdiyində qanaxma ilə xəstəxanaya yerləşdirilib. Çoxlu qan itirdiyindən ailəsi qan donorluğu üçün ictimaiyyətə müraciət etmişdi.

Mədəniyyət   Baxılıb: 1842   Tarix: 07 iyul 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR