Zaur Əzizov: "Çox oyunçu ikiqat maaşla belə Azərbaycana gəlməyə razılaşmır" (MÜSAHİBƏ)

Zaur Əzizov: "Çox oyunçu ikiqat maaşla belə Azərbaycana gəlməyə razılaşmır" (MÜSAHİBƏ)Sonxeber.az xəbər verir ki, "Qəbələ"nin baş meneceri Zaur Əzizov klubun transfer dönəmindəki fəaliyyəti, komandanın yay hazırlığı, avrokubok və növbəti çempionat üçün hədəfləri ilə bağlı "Futbolpress"in suallarını cavablandırdı...

- Keçən mövsüm başa çatandan sonra "Qəbələ"də sanki yarpaq tökümü başladı: Kvekveskiri, Sadiqov, Zenyov, Viks kimi əsas oyunçular da daxil olmaqla çoxlu oyunçu getdi. Narahatlıq yaranmışdı ki, boşluqlar necə doldurulacaq...

- Mövsümün sonunda futbolçuların komandanı tərk etməsi, yeni gələnlərin olması təbii prosesdi. Biz də istərdik ki, eyni heyətlə sabit olaraq, bir neçə il oynayaq. Gedənlərin hərəsiylə bağlı müxtəlif səbəblər var idi. Eləsi oldu ki, bizi qane etmədi, eləsi oldu ki, müqavilə məsələsində razılıq əldə olunmadı və s. Hazırda demək olar, boşluqların əksəriyyəti doldurulub. Əsas narahatlığımız transferləri bir qədər gec eləməyimizdi. Ancaq ümid edirik ki, yeni gələnlər tezliklə uyğunlaşacaqlar və yenə Avropada uğurlu çıxış edəcəyik.

- "Qəbələ"də son illər belə bir maraqlı tendensiya formalaşıb ki, hər dəfə vacib adlar gedir, ancaq yeni gələnlər tezliklə əhəmiyyətli fiqura çevrilirlər. Burda müəyyən strategiya elementləri sezilir. Sanki artıq pul istəyənlər saxlanmır, dərhal yerinə daha sərfələsi gətirilir...

- Komandanın əsas heyət üzvlərindən gedənlərin hamısı sırf pul məsələsinə görə ayrılmayıblar. Dediyim kimi, hər oyunçu ilə bağlı səbəblər müxtəlif oldu. Vacib adları saxlamağı biz də istəyirik. Bu təkcə hazırkı transfer dönəminə aid deyil. Əvvəllər də cəhdlərimiz olub. Bəzən qıraqdan əsas heyət oyunçusu kimi görünənlərlə bağlı artıq mövsümün gedişindən qərar qəbul edirik ki, onunla yollarımızı ayıracağıq. Biz burda çox məsələləri nəzərə alırıq: məşqləri, komandadakı rolu, müqavilə şərtlərini və s. Bəli, yalnız maliyyə məsələlərinə görə gedənlərimiz də var, ancaq burda ən vacib məqam pul deyil. İndi elə dönəmdəyik ki, yalnız gələnlərlə maraqlanmalıyıq. Gedənlərə uğurlar arzulayıb, sağollaşmışıq.

- Legionerlərdən ikisi (Endi Hallidey, Famussa Kone) icarə əsasında cəlb edilib. Bu, yenidən sabit heyət, davamlılıq baxımından narahatlıq doğurur. Hətta Endi Hallidey açıqlamasında hələ "Reyncers" karyerasının onun üçün bitmədiyini və "Qəbələ"də özünü göstərib yenidən Şotlandiya klubuna qayıtmağı düşündüyünü deyib. Avropada icarə müqavilələrinə çox zaman transfer hüququ bəndi də daxil edilir. Bu praktikadan "Qəbələ" niyə istifadə etmir? Ümumiyyətlə, bu amil klubda narahatlıq yaradırmı?

- Ən çox çətinlik çəkdiyimiz yay transfer dönəmlərindən birini yaşayırıq. Demək olar ki, heç bir futbolçunu asanlıqla cəlb eləmək olmur. Bunu mətbuat bilmir, Dion Malone Avstriya toplanışına bir dəfə gəldi, getdi. Burda Avropadan Azərbaycana gəlmək, Hollandiya kimi ölkənin çempionatını tərk etmək kimi məsələlər var idi. Futbolçular ciddi tərəddüd edirlər. Bizim iki yolumuz var: ya Azərbaycana qaça-qaça gələcək oyunçuları – onların da səviyyəsi bizi qane etmir – gətirmək, ya da daha yaxşıları ilə razılaşmağın yollarını axtarmaq. Birincilərlə də uğur qazanmaq olar, amma bu, çox böyük riskdi. Belə bir vəziyyət əmələ gəlib ki, istədiyimiz futbolçular bizi ikinci plana atırlar, digərləri, yəni bura gəlməyə hər an hazır olanları isə biz ikinci plana atırıq. Bizim üçün ən vacib olan bəyəndiyimiz futbolçuları gətirməkdir və bununçün maksimum çalışırıq. Belə olanda müəyyən şərtlər ikinci plana keçir. Əgər müqaviləyə transfer hüququ bəndini salsaq belə, burda çox ciddi məbləğlərdən gedir söhbət. Digər tərəfdən vaxtımız çox deyil və belə məsələlərə əlavə zaman xərcləmək istəmirik. İndi ən vacibi azı növbəti mövsümün heyətini formalaşdırmaq və oyunçularla bir illik şərtlərdə razılığa gəlməkdir. Belə məsələlərin klub üçün problem olduğunu fikirləşmək olar, ancaq "Reyncers" tərəfi də, əslində, bizə sual verir ki, Hallidey Azərbaycana gedəndən sonra onun nə dəyəri qalacaq? Hər kəs özünü fikirləşir. Hallidey Şotlandiyada ən azı ildə iki dəfə bütün Avropanın izlədiyi "Seltik"lə oyunlarda iştirak edirsə, Azərbaycanda onun oyununa neçə nəfər baxacaq? Belədə oyunçuları razı salmaq çətinləşir. Başa düşürük ki, jurnalistlər də, azarkeşlər də klublarımızdan yaxşı transferlər gözləyirlər. Ancaq burda heç də həmişə pul ən həlledici məqam olmur. Artıq neçə ildir, işin içindəyəm və təkcə bu transfer dönəmi üçün 10-larla oyunçu göstərərəm ki, öz klubunda qazandığının ikiqatına Azərbaycana gəlməyə qətiyyətlə "yox" deyib. Tərəddüd belə etmir, konkret razılaşmır. Danışıq apardığımız futbolçunu bir gün sonra düşərgədə gözləyirik, ancaq həmin gün axşam xəbər edir ki, mən tərəddüd içindəyəm, "Qəbələ"nin ev oyunlarına baxdım və gördüm ki, stadionda min azarkeş var. Bu, onlar üçün ciddi amildir. Əgər futbolçu öz ölkəsində 15-20 min nəfər önündə meydana çıxırsa, Azərbaycanda bundan qat-qat az izləyicinin olmasına razılaşa bilmir. Hələ onlar min nəfər deyirlər, bizdə heç min nəfər də olmur. Transferlərdə müqavilə şərtləri, puldan çox belə amillər rol oynayır. Ona görə də klublarımızı çox qınamaq lazım deyil ki, transferlər azdır, gecikir və s. Dəfələrlə oyunçular "qapıdan qayıdıblar". Hər şey razılaşdırılıb, ancaq məişət şəraiti, ümumi futbol atmosferinə gəldikdə vəziyyət tamamilə dəyişib.

- Demək olar, bütün çətinlikləri qeyd etdiz. Bəs transfer bazarında bahalaşma varmı?

- İnanmıram ki, bunun bizə ciddi aidiyyatı olsun. Bahalaşma əsasən transfer məbləğiylə bağlıdı. Biz isə əsasən azad agentləri cəlb edirik. Büdcəmiz var və ona uyğun davranırıq. Bu il keçən mövsümlərdən fərqli olaraq, universallığı olan, bir neçə mövqedə oynaya bilən futbolçulara fikrimizi yönəltmişik. Demək olar ki, heç bir futbolçu yalnız bir mövqedə oynamır. Bu transfer dönəmində büdcəni nəzərə alıb, həmin amilə daha ciddi yanaşdıq. Demək istədiyim, bahalaşma olsa da, olmasa da, bəlli bir maliyyəmiz var və yalnız onunla işləyirik.

- Bundan sonra yeni transferlər olacaqmı?

- Bəli, planımızda var. Hazırda danışıq getdiyi üçün ad çəkməyəcəm. 1 və ya 2 oyunçu alacağıq.

- Yoxlama oyunlarında o qədər də yaxşı olmayan nəticələr komandada müsbət olmayan hansısa məqamlardan xəbər verə bilərmi?

- Hazırda toplanışdayıq. Bu, komandanın hazır olması, bir-birinə uyğunlaşmasıyçündü. Yoxlama oyunlarındakı nəticələrin o qədər də yaxşı olmamasına səbəb komandanın hələ hazır olmaması, yeni oyunçuların tam uyğunlaşa bilməməsi, bu matçların sadəcə hazırlıq xarakteri daşıması ola bilər. Zamanla komanda forma yığacaq. Həm də oyun var ki, nəticə yaxşı olmasa da, oyunçuların çıxışından razı qalırsan, ya da əksinə. Yoxlama görüşlərində əsas məsələ heyətin bundan nə qazanmasıdı. Hazırda komanda olaraq tam hazır deyilik. Əsas məqsədimiz ilk rəsmi oyuna qədər mümkün olan ən yaxşı səviyyəyə çatmaqdır.

- Həmin oyun da yaxın zamanda Avropa Liqasında olacaq. Son iki mövsümdə "Qəbələ" 4 mərhələ keçərək, qruplara düşub. Bu dəfə yol daha qısadı. Baş məşqçinin də olimpiya sistemiylə keçirilən oyunlarda daha inamlı göründüyünü nəzərə alsaq... Gözləntiləriniz nədir?

- Yenə də qrup mərhələsinə qədər irəliləmək istəyirik. Bilirik ki, kifayət qədər çətin hədəfdi. Komanda olaraq, bunun üçün nə lazımdısa, edəcəyik. İndiyə qədər klubun gördüyü işlər də hədəfin nə olduğunu bəlli edir. Alınıb-alınmayacağını zaman göstərəcək. Bu mövsüm ilk rəqib belə çox ciddidir. Polşa futbolu hamıya məlumdu. "Yagelloniya" keçən mövsüm çempionluq uğrunda sona qədər mübarizə aparıb. Bu baxımdan da hazırda bütün fikrimizi məhz bu komanda ilə Bakıdakı ilk oyuna yönəltmişik. Ümid edirik ki, əvvəlcə "Yagelloniya"nı keçəcəyik, sonra isə mərhələ-mərhələ istəyimizə çatarıq.

- Bakıdakı ilk oyun dediz... "Qəbələ" əvvəlcə avrokubokda doğma meydanda oynadı, daha sonra Bakıya köç baş verdi. Səbəb Qəbələdəki stadionun tribuna problemi, UEFA tələblərinə uyğun gəlməməsidi. Bunu yoluna qoymaq üçün nə lazımdı? Stadiona yeni tribunaların əlavə edilməsi planlara daxildimi?

- Ümumi olaraq, onu deyə bilərəm ki, stadionun hazır vəziyyətə gətirilməsi üçün, layihə, plan... – hər şey kağız üzərində tam hazırdı, təsdiqlənib. Bu işlərin nə vaxt görüləcəyi barədə konkret nəsə demək çətindi. Bir məsələ də var ki, azarkeşlərin stadionu doldurması ciddi rol oynayır. "Bakcell Arena"dakı oyunlarda tribunalar demək olar ki, tam dolurdu. Qəbələdə bu baş verəcəkmi? – demək çətindi. Yeni tribunaların quraşdırılması üçün tələbat da olmalıdı. Ehtiyac olduqda, stadion, tribuna tikilir, yaxud yenisi əlavə edilir. Tələbat olmayan yerdə isə belə məsələlər uzanır və daha vacibləri həll olunur. Mənə elə gəlir ki, Qəbələdəki oyunlarda tribunalar çox nadir hallarda dolursa, avrokubok oyunlarımızı Bakıda keçirməyimizçün ilk səbəb də elə budu.

- Baş məşqçidən tələb olunan/gözlənilən çempionluq hədəfinə gələn mövsüm çatmaq real görünürmü? Özü bu haqda dəqiq heç nə deməsə də...

- Komandanın qarşısında yeni mövsüm üçün qoyulan hədəf çempionluqdu. Ancaq heç bir idarəçi, məşqçi, futbolçu bununla bağlı zəmanət verə bilməz. Məşqçini, oyunçunu gətirəndə ondan çempionluq üçün söz verməsini istəmirik. Roman Qriqorçuku kifayət qədər tanıyırıq. Onun bacarıqları, komandanın potensialı bizə bəllidi. Bunların hamısını ümumiləşdirəndə hədəf çempionluq olmalıdı. Düzdü, bunun zəmanəti yoxdur ki, hər il belə olacaq, amma praktikada heyətdə köklü dəyişikliklər olsa belə, növbəti mövsüm uğur qazana biləcək komanda yığmağı bacardığımızı görmüşük. Artıq baş məşqçi də bunu sübut edib. Əsas odur ki, biz klub olaraq, bu istiqamət üzrə lazım olan işləri görürük. Hədəfə çatıb-çatmayacağımızı mövsümün sonu göstərəcək.

Faiq Tahirov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1771   Tarix: 07 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Kantanhede şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər. xəbər verir ki, yığmanın heyətində Mədinə Mustafayeva, Vladimir Dolmatov və Dilarə Qurbanovadan ibarət üçlük həlledici mərhələdə iştirak hüququ qazanıb. Martın 22-s

24 mart
.

KİV: "Əl-Hilal" "Barselona"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu növbəti transfer pəncərəsində "Barselona"nın hücumçusu Rafinyanı almağa hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Məlumata görə, Səudiyyə klubu braziliyalı futbolçunun transferi üçün 100 milyo

24 mart
.

Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək

Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək. İlk dəfə Bakıda təşkil olunan futbol üzrə "FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan millisi birinci görüşünə çıxacaq. Arif Əsədovun rəhbərli

22 mart
.

Elvin Cəfərquliyevə əlavə cəza verildi - SƏBƏB AÇIQLANDI

UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. "Report"un əldə etdiyi məlumata görə, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi söyməs

26 mart
.

Dani Alveş üçün 1 milyon avronu hansı futbolçu ödəyib?

Braziliyalı futbolçu və "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşə 1 milyon avro girov müqabilində həbsdən çıxmasına "Atletiko"nun niderlandlı hücumçusu Memfis Depay kömək edib. Bu barədə insayder Mabhut Al-Narri xəbər verib. Onun sözlərinə görə, Alveşin özünün borcları və dondurulmu

26 mart
.

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib. "Report" milli assosiasiyanın saytına istinadən xəbər verir ki, aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndin

23 mart
.

"Qarabağ"ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb. "Report"un "Sovsport"a istinadən məlumatına görə, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və "Qarabağ"a yönəltdiyini bildirib. "Hələlik diqqətimi millini

22 mart
.

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

"Qarabağ" FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovu da hiddətləndirib. " "a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib, Elvini külli miqdard

28 mart
.

Ronaldo İsveçlə oyunu buraxacaq

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İsveçlə yoldaşlıq oyununu buraxacaq. xəbər verir ki, millinin baş məşqçisi Roberto Martines dünya ulduzunu 23 nəfərlik heyətə daxil etməyib. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçında

19 mart