Qeyri-təbii yolla münasibətdə oldu, videoya çəkdi, sonra... - Azərbaycanda nişanlısına qarşı İYRƏNC ƏMƏL

Qeyri-təbii yolla münasibətdə oldu, videoya çəkdi, sonra... - Azərbaycanda nişanlısına qarşı İYRƏNC ƏMƏLSevgilisi ilə cinsi əlaqədə olmaqda, ondan şantaj yolu ilə pul tələb etməkdə təqsirli bilinən Salyan rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olan Vüqar Əliyev paytaxtda 1997-ci il təvəllüdlü Vəfa Nəsirova (ad və soyad şərti verilib – red.) ilə nişanlanıb.
Nişanlısını şantaj etdi
Vüqar Əliyev Vəfanın nişanlı münasibətindəki asılılığından istifadə edib. O, Vəfa ilə könüllü şəkildə qeyri-təbii yolla cinsi əlaqədə olub və bu zaman həmin hərəkətlərini videoya çəkib.
Vüqar Əliyev sonra qeydə aldığı videogörüntüləri yayacağı ilə nişanlısını hədələyib. O, bu hədə ilə 2012-ci ilin noyabr-dekabr aylarında yaşadığı Nəsimi rayonundakı evdə bir neçə dəfə Vəfa Nəsirova ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Cinsi əlaqədə oldu və fotoları yaydı
O, Vəfa Nəsirovanın özündən asılı vəziyyətə salmaqla, növbəti dəfə qeyri-təbii yolla cinsi əlaqəyə girib və onu seksual xarakterli hərəkətlərə məcbur edib.
Bundan başqa, Vüqar Əliyev nişanlısına qarşı etdiyi seksual xarakterli hərəkələri olan video çəkilişi Vatsap mesencer proqram təminatının profilində paylaşıb. O, həmçinin həmin sosial proqramda nişanlısının lüt və seksual xarakterli fotolarını da yayıb.
Anasını söyən qonşusuna amansız oldu
Vüqar Əliyev 2015-ci ilin mayın 3-də, saat 16.00-da yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 21 saylı binanın qarşısında qonşusu İlqar İsmayılovun avtomobilinin onlara məxsus qarajın qarşısında saxlamasını və anasını söyməsini görüb.
Bu zaman Vüqar Əliyev aralarında yaranmış mübahisə zamanı İlqar İsmayılovu əlləri və təpiklərilə bədəninin müxtəlif nahiyələrindən vurub. Ona çoxsaylı bədən xəsarətləri yetirib.
Üç maddəli cinayət işi
Bu əməlləri ilə Vüqar Əliyev Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham edilib.
Vüqar Əliyevin barəsində başlanan cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elman İsayevin sədrliyilə araşdırılıb.
2 il 6 ay cəza və narazı tərəflər
Məhkəmənin hökmü ilə Vüqar Əliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlə Vüqar Əliyev razılaşmayıb və onun vəkili apelyasiya şikayəti verib.
Vəkil şikayətində göstərib ki, birinci instansiya məhkəməsi işinin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına, şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş bir sıra hallara düzgün hüquqi qiymət verməyib: "Məhkəmə hesab edib ki, Vüqar Əliyevin qeyd olunan cinayət əməllərini törətməsi iş üzrə olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi və cinayət işinin hökmdə şərh olunan halları ilə tam sübuta yetirilir. Məhkəmənin hökmündə şəxsin cinayət törətməkdə təqsirli hesab edilməsinə və azadlıqdan məhrum edilməsinə dair gəldiyi hazırkı nəticə qanunsuz və əsassızdır. Ona görə ki, həmin ekspertiza rəyi, maddi sübut, zərərçəkmiş və şahidlərin ifadələrinin heç biri Vüqar Əliyevə aidiyyəti olan və onun belə cinayətlər törətməsinin yetərli, mötəbər sübutları deyil".
Sinif yoldaşlığı, nişanlanmaq və isti münasibət...
Vəkilin qeydinə görə, Vüqar Əliyevin hərəkətlərindən zərər çəkdiyinə işarət edən Vəfa Nəsirova işin istintaqı və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı birmənalı şəkildə heç bir ifadə verməyib: "O, başına gələnlərlə bağlı birmənalı mövqe bildirməyib. Zərərçəkmiş şəxs məhkum olunan şəxsə münasibətdə ifadələrini və mövqeyini bir neçə dəfə dəyişib, bir-birinə zidd ifadələr verib. Əksər hallarda isə Vüqar Əliyevə qarşı sonradan yaranmış mənfi münasibətinin nəticəsi kimi ondan heyfini çıxmaq məqsədilə belə hərəkət etdiyini açıq şəkildə büruzə verib".
Vəkil qeyd edib ki, Vüqar Əliyevin Vəfa Nəsirova ilə əvvəlki yaxın sinif yoldaşı kimi isti münasibətləri olub. O, sonradan Vüqar Əliyevə böhtan atıb. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Eyni zamanda prokurorluq və zərərçəkmiş də apelyasiya protesti və şikayəti veriblər. Onlarsa Vüqar Əliyevin cəzasının daha da ağırlaşdırılmasını istəyiblər.
Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Faiq Qasımovun sədrliyilə baş tutan prosesdə tərəflərin şikayəti araşdırılıb.
Hakim heyəti müdafiə tərəfinin şikayətini təmin etməyib. Prokurorluq və zərərçəkmişin şikayəti təmin edilib. Vüqar Əliyevin cəzası 3 il 6 aya qədər artırılıb.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6149   Tarix: 08 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi - Həbs edildi

Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib

26 fevral
.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart
.

21 il əvvəl qadının ərini öldürərək quyuya atmasının TƏFƏRRÜATI

Naxçıvanın Kəngərli rayon Qarabağlar kəndində 21 il əvvəl törədilmiş qətlin bəzi təfərrüatı məlum olub. APA-ya istinadən xəbər verri ki, hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub. O, spirtli içki qəbul edərək arvadı və uşaqlarını döyürmüş. Hadisə günü də Məhəmməd Kərimo

1 mart
.

Ağdamda atası tərəfindən öldürüldüyü deyilən qızla bağlı YENİ TƏFƏRRÜATLAR - VİDEO

4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb. Xəzər TV-yə istinadən bildirir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası onu qətlə yetirdiyini və həyətdə basdırdığını bildirib. Axtarış rayonun Ağdam rayonud

23 fevral
.

Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI - 14 yaşlı qızı zorlayıb, qətlə yetirdi - VİDEO

2023-cü il fevralın 22-nə keçən gecə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 1

24 fevral
.

Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

Tovuzda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir

7 mart
.

4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu

Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyatyanı sahədə basdırıldığı ehtimal olunur. Trend xəbər verir ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı

22 fevral
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədə

2 mart