"Qarabağ" üçün ilk sınaq

"Qarabağ" üçün ilk sınaqBu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Mərhələyə "Qarabağ" – "Samtredia" oyunu ilə start veriləcək.

"Qarabağ" gürcü rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Matçı türkiyəli hakim Mete Kalkavan idarə edəcək.

Qeyd edək ki, klubun mətbuat xidməti ötən gün 10 min biletin satıldığını açıqlamışdı.

"Qarabağ" – "Samtredia" qarşılaşması saat 21.00-da baş tutacaq.

(futbolxeber.az)

İdman   Baxılıb: 613   Tarix: 11 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR