Azərbaycanda RƏZALƏT! Bakıda gənc oğlan evli qadınla cinsi əlaqəyə girdi, onun videosunu çəkib, şantaj etdi

Azərbaycanda RƏZALƏT! Bakıda gənc oğlan evli qadınla cinsi əlaqəyə girdi, onun videosunu çəkib, şantaj etdiXırdalanda cinsi əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1989-cu il təvəllüdlü Roland Abdıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Roland Abdıyev "Onlar.az" internet saytında Aysu Babayeva (ad və soyad şərti verilib – red.) tanış olub. O, Aysu ilə özünün kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "AFF park" yaşayış kompleksinin yaxınlığında yerləşən fərdi evdə görüşüb.
Cinsi əlaqədə oldu, videoya çəkdi, şantaj etdi
Roland Abdıyev Aysu Babayeva ilə orada cinsi əlaqədə olub və cinsi əlaqədə olduğu həmin prosesi özünə məxsus mobil telefonun videokamerası vasitəsilə çəkib.
Videoçəkilişlə müşayiət olunan cinsi əlaqədən bir müddət sonra, yəni 2014-cü ilin noyabr ayında Roland Abdıyev Aysu Babayeva ilə mobil telefonda danışıb.
Bu zaman o, Aysu Babayevanı haqqında rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafık xarakterli həmin videogörüntüləri onun ərinə göndərəcəyi və sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, Aysudan 50 manat verməsini hədə-qorxu ilə tələb edib.
Ərli qadın görüşdüyü oğlana niyə pul verib?
Aysu Babayeva tələb olunan məbləğdə pulu Roland Abdıyevə verməyəcəyi halda, sonuncunun onunla cinsi münasibətdə olarkən çəkdiyi pornoqrafık xarakterli videogörüntünü həqiqətən onun ərinə göndərəcəyindən və sosial şəbəkələrdə yayacağından qorxub. O, həmin tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, "Sentralniy" adlanan yerdə Roland Abdıyevlə görüşüb və 50 manatı ona verib.
Növbəti şantaj
Bundan bir ay sonra o, Aysu Babayevanı yenidən şantaj etməyə başlayıb. Həmin ilin dekabrında Roland Abdıyev Aysu Babayevanı yenidən şantaj edib və 100 manat istəyib.
Bundan qorxuya düşən Aysu Babayeva əvvəlki görüşdüyü yerdə Roland Abdıyevlə yenidən görüşüb və tələb olunan 100 manatı ona verib.
Köhnə tanışlar bir ildən sonra rastlaşdılar
Roland Abdıyev bu pulu alandan sonra bir il Aysu Babayevanı şantaj etməyib. Buna səbəb isə onların rastlaşmaması olub. 2015-ci ilin noyabr ayının əvvəllərində Aysu Babayeva sosial şəbədələrdən birində yenidən Rolandla rastlaşıb.
Bir qədər danışadan sonra Roland Abdıyev həmin qadının Aysu Babayeva olduğunu bilib. O, Aysu Babayevanı aldadaraq görüşə çağırıb və bu zaman köhnə tanışalar yenidən üz-üzə gəliblər.
100 manatlıq şantaj
Bu zaman Roland Abdıyev bir il əvvəl onunla cinsi əlaqədə olduğunu həmin zaman video çəkiliş etdiyini, həmin çəkilişi özündə saxladığını deyib.
Roland Abdıyev qadından hədə-qorxu yolu ilə növbəti dəfə 100 manat verməsini tələb edib. Əks halda cinsi əlaqədə olduqları zaman çəkdiyi videonu ərinə göndərəcəyini, həmçinin sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Şikayət və əməliyyat
Roland Abdıyevin şantajlarından bezən Aysu Babayeva Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. O, baş verənlər barədə məlumat verib.
6 noyabr 2015-ci il tarixdə, saat 13 radələrində Aysu Babayevanın müraciəti əsasında həmin idarənin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilib. Əməliyyat zamanı Roland Abdıyev seriya və nömrələri əvvəlcədən protokollaşdırılmış A63782886 seriya və nömrəli bir ədəd 100 manatlıq pul əsginasını Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 51 ünvanda yerləşən "Çudo Peçka" şirniyyat evinin qarşısında Aysu Babayevadan alarkən yaxalanıb.
Ərli qadını şantaj edənə güzəşt edildi
Roland Abdıyev Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Roland Abdıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Roland Abdıyev apelyasiya şikayəti verib. O, şikayətində əməlinin Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsinin tövsüf edilməsini və barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəzasının şərti hesab edilməsini istəyib.
Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxsin şikayəti qismən təmin edilib və onun cəzası 5 ilə qədər endirilib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6736   Tarix: 11 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü

Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib. xarici mediaya istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərl

20 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel